315
İlin mövsümündən asılı olaraq aşağıdakı gündəlik rasion va-
riantları mümkündür:
Qışda:
Birinci səhər yeməyi: suda bişmiş balıq və kartof (treska,
sudak),
qara və boz çörək, yulaf unlu süd və ya südlü çay.
İkinci səhər yeməyi: südlü qarabaşaq sıyığı; pomidor şirəsi
(konservlər).
Nahar: vegetarian borşu, şorlu blinçik, şəkərli alma və ya
quşüzümü.
Şam: kartoflu, düyülü, yumurtalı piroşkilər; İtburnunun
vitaminləşdirilmiş cövhəri əlavə edilmiş kompot və kiseli.
Saat 21-də 1 stəkan kefir və ya qatıq.
Yazda:
1-ci səhər yeməyi: kartof və göy noxuddan salat, bitki yağı ilə;
südlü çay və ya kofe; kəsmik kütləsi ilə çörək və ya ərimiş pendir.
2-ci səhər yeməyi: yaşıl salat bitkilərindən salat, qatıqla birgə
və ya xama və şəkərlə; kəsmik qoğalı və ya şəkərli vareniklər;
südlü
çay və ya kofe, yağ ilə çörək.
Nahar: ispanaqlı və ya gicitkənlı və kartoflu, xamalı, yaşıl turş
kələm şorbası (vegeterian); suda bişirilmiş ət, pörtlədilmiş itburnu
cövhəri.
Şam: südlü lapşa, qarabaşaq sıyığı və ya südlü yulaf sıyığı;
gilas və ya kompot-konservi.
Saat 21-də kefir və ya şəkərli qatıq.
Yayda:
1-ci səhər yeməyi: xiyar salatı, qatıqlı şor və ya kəsmik qoğalı;
südlü çay, çörək və yağ.
2-ci səhər yeməyi: səbzə tərəvəzlərdən salat, bitki yağı ilə;
qızardılmış salaka və koryşka balıqları.
Nahar: kvas, göyərti və yumurtadan hazırlanan soyuq şorba
(vegetarian botvinyası), çuğundur və digər tərəvəzlər qatıqla və ya
xama ilə, ətli qarabaşaqlı və ya kövrək arpa yarması sıyığı ilə və
təzə xiyarlı zraza; südlü giləmeyvə (ciyələk, meşə çiyələyi,
qaragilə, cır mərsin və s.).
Şam: yunan qabağının oladisi, südlü krem və ya gel.
316
Saat 21-də qatıq və ya kefir.
Payızda:
Birinci səhər yeməyi: təzə kələmdən hazırlanan bitki yağlı sa-
lat və şəkər.
Ikinci səhər yeməyi: almalı kəsmik tikələri, isti süd qara çörək
dilimləri ilə.
Nahar: qızardılmış balıq kartofla və təzə tərəvəz salatı ilə
(xiyar, pomidor, bişmiş çuğundur və s.); bişmiş və ya pörtlədilmiş
alma süd ilə.
Şam: bişmiş düyü-yerkökü
və ya yerkökü-alma, isti süd.
Saat 21-də alma, gavalı, armud və ya digər meyvələr.
Dostları ilə paylaş: