ÜÇÜNCÜ FƏSİL BİTKİ VƏ HEYVAN MƏNŞƏLİ FUNKSİONAL QİDA MƏHSULLARI 3.1. FUNKSİONAL ÇÖRƏK-KÖKƏ MƏMULATLARI 3.1.1. Çörək-kökə məmulatlarının qida dəyəri və funksional xüsusiyyətləri Çörək məmulatlarının qida dəyəri onun tərkibində qida mad-
dələrinin olması, enerji dəyəri və mənumsənilməsi ilə müəyyən
olunur. Mənimsənilməyə çörəyin içinin strukturu, onun məsaməli-
yi, dadı, ətri, xarici cəlbedici görkəmi təsir edir.
Rusiya Tibb Elmlər Akademiyası Qida İnstitutu tərəfindən
gün ərzində çörəyin 450-500 q istifadə norması tövsiyə olunur.
Eyni zamanda bu rasionun 50%-ni çovdar çörəyi təşkil etməlidir.