92
Hal-hazırda şirinləşdiricilərdən aspartam, asesulfam K, saxa-
rin, steviazid, sukraloza, siklamat, neoqesperid və s. göstərmək
olar.
Şirinləşdiricilərin çörək-kökə məmulatlarında maksimum yol
verilən miqdarı mq/kq-la belədir: aspartam – 1700; natrium
saxarinat -170; asesulfam K-1000. Bu, şirinliyinə görə ekvivalent
olaraq 340, 68 və 200q şəkərin miqdarına bərabərdir. Adətən çö-
rək-kökə məmulatlarının reseptində 1 kq məhsula 50q şəkər nə-
zərdə tutulur.
Hər şirinləşdirici maksimum şirinlik həddinə və dad xüsusiy-
yətlərinə malik olub, konsentrasiysıanın sonrakı artımı ilə o,
artmır.
Aspartam artıq
şirin dada malik olub,
şirinliyi şəkərə nisbətən
uzun müddət hiss olunur. İstehsalatda (70
0
C-dən yuxarı tem-
peraturda və pH 9,2-dən aşağı olduqda şirinlik itir) və saxlanma
prosesində 25
0
C-dən yuxarı temperaturda dayanıqlığı aşağı düşür.
Asesulfam K istifadə edilən zaman dad tez hiss olunur və tez
də itir.
Saxarin məhdud miqdarda digər şirinləşdiricilərlə qarışdırıl-
maqla istifadə edilə bilər. Artıq dozalaşdırma tamı pisləşdirir və
bu zaman metal və acı tam yarana bilir.
Steviya bitkisindən (şəkil 3.1.) alınan zteviozid yüksək qiy-
mətləndirilsə də, ancaq hal hazırda onun kütləvi istehsalı təşkil
olunmamışdır.
Sukraloza “sadələşmiş” şirinlik hissi yaradır və praktik olaraq
heç bir şirinləşdirici ilə miqdar sinerqizmi müəyyən olunmamışdır.
Natrium siklamat yüksək şirinlik dərəcəsinə malik deyildir. O,
şirin tamı yaratmaq üçün az miqdarda istifadə olunur.
Şirinləşdiricilər istehsalı ilə məşgul olan sənayenin inkişafının
əsas istiqaməti müxtəlif pH-a, şirinlik dərəcəsinə, şəkər - turşu
indeksinə, alkoqol miqdarına və s. malik olan müxtəlif şirinləşdi-
ricilərdən ibarət olan kompleks qarışıqların yaradılmasıdır.
Bu istiqamətdə müvəffəqiyyətli işlənmə “Sabi” firmasına
(Moskva) məxsus olub, şıirinləşdirici qarışıqlarının geniş çeşidini
93
vermişdir. Onlar şəkərə nisbətən fərqli istilik, turşu və spirtə da-
vamlılığa və müxtəlif şirinlik əmsalına malikdirlər.
Dünya təcrübəsində şəkərli məhsulların istifadəsində azalma-
ğa doğru güclü ənənəvi meyl müşahidə olunur.
Şəkil 3.1. Steviya (
Stevia Cav)
Dostları ilə paylaş: