Сечилмиш ясярляри
lX
yaradıcılığına «Leksik yolla söz yaratma»nın
tərkib hissəsi kimi baxmaq düzgün deyildir. Bu
üsulla söz yaratma prosesi həm morfoloji və həm
də sintaktik yolla söz yaratmanın bir sıra üsul və
vasitələrini özündə birləşdirdiyindən onu söz
yaradıcılığının müstəqil yollarından biri kimi qəbul
etmək daha məqsədyönlüdür.
H.Həsənov kalka üsulu ilə söz yaratmanı
«Leksik-sintaktik üsul»la söz yaradıcılığına daxil
edir. Müəllif bu üsulla söz yaratmanın yeddi
növünü verir və S.Cəfərovun «Sintaktik üsulla
sözlərin yaranma prosesinə daxil etdiyi «Mürəkkəb
sözlərin yaranmasında maddi əsas» bölməsində
verilmiş müddəaların hamısını qəbul edir. Yeri
gəlmişkən, S.Cəfərov kalka yolu ilə söz yaratmanı
sintiktik üsulla söz yaradıcılığı kimi qəbul edir.
Bunun bir səbəbi hərfi tərcümə zamanı yaranan söz
formalarının qrammatik norma baxımından
sintaktik üsulla söz yaradıcılığının qrammatik
maddələrinə uyğun gəlməsidirsə, digər səbəbi
yaranan yeni leksik vahidlərin milli dilin bazasına
əsaslanmasıdır. S.Cəfərov bu vahidləri mürəkkəb
söz mövqeyindən şərh edərək yazır: «Mürəkkəb
sözlərin bir qismi də başqa dillərdən hərfi tərcümə
(kalka) yolu ilə düzəlir.
Bu yol ilə düzələn mürəkkəb sözlər bu və ya
başqa bir dildən hərfən tərcümə edilir. Məsələn,
dalnovidnıy-uzaqgörən, samokritika-özünütənqid,
zubnoy paroşok-diş tozu
və s». (6.210)
530
Фирузя Мяммядли
Söz
yaradıcılığının
yolları
sırasında
«Semantik yolla söz yaradıcılığı»na münasibət də
birmənalı deyil. Alimlərin bir qismi (S.Cəfərov)
semantik yolla söz yaradıcılığını «Sözlərin leksik
yolla əmələ gəlmə prosesi»nə daxil edir və «Yeni
məna kəsb etmə hesabına söz artımı» başlığı
altında verir. Diqqət yetirilsə, müəllifin məsələyə
«söz yaradıcılığı» yox, «söz atrımı» kimi yanaşdığı
görünür. Bu mənada, S.Cəfərovun yeni məna kəsb
etmə hesabına yeni sözün yarandığını qəbul
etmədiyini müşahidə etmək çətin deyil. S.Cəfərov
bu
bölməyə
çoxmənalılıq,
omonimləşmə,
substantivləşmə, atributivləşmə və adverbial-
laşmanı daxil edir. Təbii ki, bu proseslərin heç biri
yeni söz yaratmır. Bu və ya başqa sözün məna
genişlənməsi kəsb etməsi isə semantik əsasda «söz
artımı» olub, lüğət tərkibini zənginləşdirən
vasitələrdəndir.
H.Həsənov söz yaradıcılığını tiplərə ayırır və
göstərir ki, Azərbaycan dilində söz yaradıcılığının
əsas tipləri aşağıdakılardır: a) leksik-semantik, b)
morfoloji-sintaktik, v) leksik -morfoloji, c) leksik-
sintaktik. (6.298)
Deməli, «müəllif söz yaradıcılığının yollarını
araşdırarkən onları bir-birindən təcrid edilmiş
vəziyyətdə deyil, biri-digərinin daxilində tədqiq
edir. Bu isə nəticədə nə ayrıca leksik, nə semantik,
nə də qrammatik baxımdan açıqlama vermir. Elə
buna görə də müəllif leksik-semantik tipdən danı-
|