598
Фирузя Мяммядли
Gözəl
xarakterə əxlaqa
yapıya
sahib olduğunu
da yaxşı anlayırdılar.
«Ədəbiyyat»
qəzeti
15.
Titiz
Fateh burada olduqca
titiz
davrandığı kimi,
vaxtının
azlığından
olduqca
tələsməyinin
fərqindəydi.
Yenə
orada
Cümlənin Azərbaycan dilində olduğuna az
qala şübhə yaranır.
16. Bəsmələ
İlk
bəsmələ
çəkilişi
peyğəmbərin mübarək
adının yazılışıyla gerçəkləşir.
Yenə
orada
17. Varoluş, dirəniş
O yazının millət və ümmət
varoluşu
yolundakı gerçəkləşməsinə kimi bir
dirənişin
diriliyini yaxşı anlayır.
Yenə
orada
18. Etikiləyici
Bu,
düşündürücü və
etkiləyici
bir vaqiədir.
599
Сечилмиш ясярляри
lX
Yenə
orada
19. Hünkar, karal, yasa
Bu
hünkar
Cahan sultanı dərk edir ki, bu fəth
olayı yalnız ilahi
kurallarla
, ilahi
yasalarla
öz
həqiqətini tapır.
Yenə
orada
Xanəmirin
üslubunun
dil
qanunlarını
ayaqlaması
bir yana, bu cümlədə işlənmiş üç
alınma ünsiyyəti bir qədər də qəlizləşdirmişdir.
600
Фирузя Мяммядли
II. Klassik yazılı materialların leksik
fondundan gələn söz və ifadələr
Gənc müəlliflərin dilində ədəbi dilimiz üçün
işləkliyini çoxdan itirmiş
ərəb və fars mənşəli
sözlərə də təsadüf edilir. Belə sözlər vaxtı ilə
Azərbaycan dilinin fəal sözləri sırasında olsa da,
sonradan dilin passiv fonduna keçmişdir. Bunların
bir qismini izləmək maraqlıdır:
Umur
Xalqın, millətin taleyi onların
umurunda
deyil.
Kənan Hacı. «Ədəbiyyat»
qəzeti.
Ərəb mənşəli «ümur» sözünü yenidən fəal
mövqeyə gətirməklə müəllifin hansı məqsədi
izlədiyi məlum deyil. Halbuki bu fikri «Xalqın,
millətin taleyi onların vecinə deyil»
kimi də
işlətmək olardı.
Yaxud başqa bir nümunə
Bədəl
Günahlarının
bədəlini
ödəmək üçün çalışırdı.
«Bədəl» ərəb mənşəli söz olub «əvəz»
mənasındadır. Bu söz canlı danışıq dilində
qorxuluğu götürmək üçün pambıqdan düzəldilib,
601
Сечилмиш ясярляри
lX
xəstənin sinəsinin üstündə yandırılan müqəvva
mənasında işlədilir.
«Əvəz» də ərəb mənşəli sözdür. Lakin bu söz
müasir ədəbi dilimizin işlək vahidlərindəndir.
«Əvəz»in «bədəl»
sözü ilə əvəzlənməsi, görünür
müəllifin mütləq bir yenilik yaratmaq iddiası ilə
bağlıdır.
Dostları ilə paylaş: