«Tərcih etmək»
- ərəb mənşəli, «tərcih» sözü
ilə «etmək» köməkçi felindən formalaşıb, «bir şeyi
başqasından üstün tutmaq» mənasındadır.
«Tərcih
etmək» 1930-ci illər Azərbaycan bədii nəsr dilində
(Y.V.Çəmənzəminli. «Qızlar bulağı» romanı)
işlənsə də, ədəbi dilimizdə işlək vahid olmamışdır.
Bu söz də gənc yazıçı Kənan Hacının publisist
dilində işlənmişdir:
– Belə olduqda yazmağı
tərcih edir.
Ərəb
mənşəli
«fəci»
sözü
dilimizin
qrammatik normalarına uyğun «faciəli» şəklində
işləndiyi halda, A.Turan bu sözü mənbə dildəki
kimi «fəci» fonetik tərkibində verir:
«O
fəci
bir aqibət yaşamışdır».
Yaxud başqa bir nümunə:
– Hüseyn Bayqaranın nəslinə
xatimə
çəkmişdi.
Müəllif dilində işlənən «xatimə çəkmişdi»
arxaik ifadə tərzi «son qoymuşdur» ifadəsinin
602
Фирузя Мяммядли
əvəzində işlədilmişdir. «Son qoymaq» bilavasitə
dilimizin özünə məxsusdursa, «xatimə çəkmək»
ərəb mənşəli «xatim» sözü ilə xalis Azərbaycan
sözü olan «çəkmək» sözünün birləşməsindən
yaranmışdır. Müasir dilimizdə dini mərəsimlərlə
bağlı işlənən «xətm etmək» ifadəsində sözün ilkin
ifadə forması qorunub saxlanmışdır.
b) Tarixən dilimizdə iĢlək olub sonradan
arxaik plana keçən qədim türk sözləri
Gənc müəlliflərin dilində işlənən köhnəlmiş
sözlərin bir qismi qədim türk mənşəli olub, öz
işləkliyini çoxdan itirmiş sözlərdir.
Bu qəzetin səhifələrində gedən yazılarda
qədim türk fonetik tərkibində işlədilən sözlər də
maraqlı məqamlarla bağlıdır. Aşağıdakı nümu-
nələrə diqqət yetirək:
– Hələ Tacizadə kimi
bilgə
bir adam Taclıya
toxuna bilmirdi.
«Bilikli», «bilici» sözlərinin
bilgə
fonetik
tərkibində, həm də tarixi mövzuda yazılmış bədii
əsərin təhlilində işlədilməsi tarixi keçmişimizə
ehtiramdan irəli gəlsə də, müasir ünsiyyət
mövqeyindən yanaşdıqda dildə işlək olan «bilikli»,
«bilici» sözlərinin arxaik plana keçməsi məqsədi
daşıdığından rəğbət doğurmur.
|