Фирузя Мяммядли
A.Babayevin «Bizim təzə qonşular» şeiri
uşaqların əmək təsəvvürünü inkişaf etdirmək üçün
yaxşı bədii materialdır. Şeirdə işlənmiş
ev tikmək,
ağac əkmək, bağ-bağça
kimi sintaktik modellərin
leksik-semantik imkanları və görülən iş haqqında
informasiya tutumunun açımından çıxış edərək
uşaqların əmək tərbiyəsinə yaxşı mənada əlavələr
etmək olar.
«Sevinc hamıdan güclüdür» mövzusu müasir
texnikanın
insanın
həyat
şəraitinin
yüngülləşdirilməsindəki rolu barəsində kiçik bir
epizoddur. Hekayənin əvvəlinin məzmunla heç bir
bağlılığı olmasa da, bunu balacaların diqqətini
cəmləşdirmək baxımından mənalandırmaq olar. Bu
balaca epizoda əmək tərbiyəsi baxımından
müəllimin diqqətini nə cəlb edə bilər?
Balaca Sevincin gördüyü çox adi bir işlə.
Sevinc altı yaşında balaca bir qızdır. Onun üçün
dünyada sevindirici şeylər çox-çoxdur. Amma bir
iş, məhz özünün gördüyü bir iş onu hamıdan artıq
sevindirir: hər dəfədə liftin düyməsini basmaqla lif-
tin hərəkətə gəlməsi ona böyük fərəh gətirir.
Əsərdə uşaq psixologiyasının bu incə ştrixi
müəllimin balaca məktəblilərin əmək tərbiyəsinə
düzgün praktik istiqamət götürməsi üçün çox mü-
nasibdir.
«Keçmişdə və indi» mövzusu keçmiş
insanların
fantastik
xəyallarının
həqiqətə
çevrilməsini əks etdirən texniki nailiyyətlərimizin
363
Сечилмиш ясярляри
lX
bədii-publisistik bir dillə müqayisəsinə həsr olun-
muşdur. Burada
uçan xalça – təyyarə, özü yeriyən
çəkmə – avtomobil, sehrli güzgü – televizor
haqqında ən adi məlumatlara rast gəlirik. Yaxşı olar
ki, müəllim bu müqayisələri verərkən kiçik
haşiyələrlə insan təfəkkürünün uçan xalçadan
təyyarəyə, özü yeriyən çəkmədən avtomobilə və
sehrli güzgüdən televizora keçdiyi yolu zehni və
fiziki əmək mövqeyindən işıqlandırsın. Bu zaman
uşaqların telefiziyada dəfələrlə tamaşa etdiyi mul-
tifilm və sənədli filmlərin xatırlanması və ya
baxmağı tövsiyə edilməsi yerinə düşər.
«Adamsız sex» adlı bədii parçada başdan-
başa avtomatlaşdırılmış, robotlaşdırılmış sexdə
mürəkkəb qurğuların, maşın və mexanizmlərin
istehsalı prosesində insan əməyinin insanın bilik və
bacarığının
əhəmiyyəti
uşaqların
qavrama
səviyyəsində yaxşı təsvir olunmuşdur. Mətnin
tədrisi uşaqların valideynlərinin iş yeri ilə
əlaqələndirilsə, nəticə daha effektli olar. Bu tövsiy-
yələr şagirdlərin əmək tərbiyəsində müsbət rol
oynayası «Metro», «Təyyarədə», «Mən də
yaradım», «Bizim kənd» mətnlərinin tədrisində də
nəzərə alınna bilər.
Ümumiyyətlə, heca nitqdə söz bölüşmələrini
müəyyən nizama, ahəngə, ritmə salan qaydadır.
Sözlərin heca bölümləri zəngin intonasiya və ritm
taktlarına malikdir. İntonasiya və ritm isə lap
ibtidai icma dövründə, insan əlinin primitiv əmək
|