Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə177/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   173   174   175   176   177   178   179   180   ...   321
Фирузя Мяммядли 
səslərin dəyişməsi ilə sözdə yaranan məna 
fərqlərinin müəyyənləşdirilməsinə dair çalışmalara 
«Ana dili» dərsliyində kifayət qədər yer 
ayrılmışdır. 
Müəllim hər dəfə dərsin sonunda şagirdlərin 
zehni yorğunluğunu dəf edə bilən əyləncəli 
süallarla, əslində əməyin ən müxtəlif cəhətləri ilə 
onları tanış etmək məqsədi ilə yuxarıdakı üsuldan 
istifadə edə bilər. 
«Gənc bağbanlar» (Tofiq Mütəllibov) şeiri 
əməyin şan-şöhrət işi olmasını tərənnüm edir və 
uşaqları zəhmət dünyası ilə tanış olmağa səsləyir. 
Şeirin məzmunundan çıxış edərək, burada uşaqların 
əmək təsəvvürlərini zənginləşdirən müsahibə apar-
maq olar. Ağac əkməyin, bəsləməyin necə şərəfli iş 
olması ulu babalarımızdan şöhrət kimi, işıq kimi, 
nur kimi bizə çatan, bəzən bir obanın, bir xalqın 
vüqarı kimi söz və musiqi sənətkarlarımız 
tərəfindən tərənnüm olunan çoxillik, yadigar 
ağaclar barəsində danışmaq, ümumiyyətlə ağac 
əkib bağ salmağın, yaşıllığa xidmət etməyin tibbi-
mədəni, sosial-iqtisadi əsaslarını uşaqlara başa 
salmaq faydalıdır. Qeyd etmək lazımdır ki, birinci 
sinfin «Ana dili» kitabında bilavasitə əmək və onun 
şərəfli nəticələrini tərənnüm edən şeirlərə, eləcə də 
başqa bədii materiallara müəyyən qədər yer 
verilmişdir. Məsləhət görərdik ki, müəllim bu 
materialları sadəcə əzbərlətmək, nəql etdirmək və 
ya 
bunlar 
üzərində 
yazı 
işi 
aparmaqla 


359 
Сечилмиш ясярляри 
lX 
kifayətlənməsin. Mətndə zəhmət işığı gələn yeganə 
sözdən də istifadə edib, əməyə məhəbbət 
aşılamaqla şagirdləri gələcəyin böyük quruculuq 
işlərinə hazırlamaqda ilk gündən qoyulan özül 
daşının 
möhkəmləndirilməsinə 
köməyini 
əsirgəməsin. 
«Vətən» adlı qiraət materialında belə bir 
cümlə verilmişdir: «Ölkəmizdə böyük dənizlər, iri 
çaylar, geniş düzənliklər, qalın meşələr, uca dağlar, 
ucsuz-bucaqsız səhralar var. Bol məhsullu tarlalar, 
bağlar ölkəmizə yaraşıq verir». 
Vətən haqqında uşaqların yaş psixologiyası 
səviyyəsində verilən məlumatlar içərisində bu 
cümlələr əmək tərbiyəsi baxımından xüsusi izahat 
tələb edir. Belə ki, Vətənin təbii relyef xü-
susiyyətini təsvir edən birinci cümlə şagirdlərdə 
belə təsəvvür oyada bilər ki, dənizlər, iri çaylar, 
düzənliklər, qalın meşələr, uca dağlar, ucsuz-
bucaqsız səhralar insan qüvvəsi xaricində, 
dəyişilməz qalmalıdır. Ümumiyyətlə, təbiətin bu 
nəhəng varlıqlarına insanın gücü çata bilərmi, insan 
əli müdaxilə edə bilərmi? Belə bir sualdan sonra 
əlbəttə ki, böyük dənizlərin iqtisadi əhəmiyyəti, iri 
çayların enerji mənbəyi kimi rolu, qalın meşələrin 
fauna və ən mühümü – atmosferanın təmizliyinin 
qorunmasındakı yeri, hətta uca-uca dağların, ucsuz-
bucaqsız səhraların belə vətənimizin təbii sərvətləri 
olması və bunlardan xalqımızın mənafeyi naminə 
istifadə, bu zaman sərf olunan əmək işinin şərəfli 


360 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin