Сечилмиш ясярляри
lX
Çalışmanın mətnindən göründüyü kimi, burada pe-
şələrin açımı verilmişdir. İzahat mahiyyətində
verilmiş bu ifadələrin daşıyıcıları – adları
tapılmalıdır. Məsələn, «traktor sürən» sözünün
«traktorçu»nun açıqlanması olduğunu şagird
bilməlidir. Eləcə də «kolkozun üzvü» - «kolkozçu»,
«qayıq sürən» - «qayıqçı», «kitabxana işçisi» -
«kitabxanaçı», «ovla məşğul olan adam» - «ovçu»
və s. kimi ifadələrin leksik işarələri müxtəlif peşə
adları olduğundan, bu peşələrə dair informasiyanın
genişləndirilməsinə o qədər də ehtiyac duyulmur.
«Söz köklərində samitlərin işlənilməsi»nə
dair verilmiş çalışmalardan 20, 21, 23 nömrəli
çalışmalar kənd təsərrüfatı məhsulları, istehsal
prosesləri və əmək alətlərinə dair ən müxtəlif
məlumatlarla zəngindir. Belə ki, istehsal prosesi ilə
bağlı «briqadanın müvəffəqiyyəti», «bitkilərə
qulluq», kənd təsərrüfatı məhsulları olan «pomidor
şitili», «sarı sünbüllər» kimi ifadələrin yazılışı və
məna açımı istiqamətində təhlil şagirdlərə bu ba-
rədə aşağı siniflərdə eşidib-bildiklərini, həyatda
görüb müşahidə etdiklərini xatırlatma yolu ilə
aparıla bilər.
23 nömrəli çalışmada verilmiş «çiyid səpini»,
«şabalıd meşəsi», «həyət qapısı», «istirahət
zonası», «almaz mədəni», «gilas ağacı», «nəbatat
bağı», «sement zavodu», «təzə noxud» kimi
sintaktik birləşmələrin düzgün yazılış qaydaları
üzrə dərsin əsas məqsədi ödənildikdən sonra qalan
394
Фирузя Мяммядли
bir neçə dəqiqəlik vaxtdan şagirdlərin peşə
təsəvvürlərini zənginləşdirmək üçün səmərəli
istifadə etmək olar. Belə ki, müəllim hər bir
ifadənin
informasiya
imkanlarını
düzgün
qiymətləndirməklə, şagirdlərə göstəriş verə bilər ki,
bu mövzuda («həyət qapısı», «gilas ağacı»,
«sement zavodu» və s.) görüb-bildiklərini,
eşitdiklərini və təsəvvür etdiklərini bir neçə cümlə
ilə ayrıca dəftərə yazsınlar. Ola bilər ki,
şagirdlərdən bəzisinin valideynləri məhz bu sahədə
əmək fəaliyyəti göstərir. Belə olan surətdə şagird
valideyninin fəaliyyəti barədə bildiklərini yazsın.
Tapşırığa əməl olunduqdan sonra nəticəni kollektiv
şəkildə oxuyub müzakirə etmək faydalıdır. Vaxt
imkan
verməzsə,
belə
müzakirələri
əlavə
məşğələlərə keçirmək olar. Nümunə olaraq, bu
istiqamətdə aparılası işin qısa planını veririk:
«Təzə noxud»
1. Noxud – kənd təsərrüfatı bitkisi kimi.
2.
Noxudun
əkilib-becərilməsinə
dair
bildiklərin.
3. Noxud məhsulları barədə.
4. Sizin bostanınızda (kəndinizdə, məktəbyanı
sahənizdə) noxud əkilirmi?
5. Noxud hansı xörəklərdə işlənir?
Yaxud:
«Almaz mədəni»
1. Almaz – sənaye məhsulu kimi.
2. Almazdan neçə məqsədə istifadə edilir?
|