Сечилмиш ясярляри
lX
imkan verir. Bu yaş dövründə uşaqların müstəqil
işlərinə düzgün və ciddi rəhbərlik etməklə onlara
daha çox sərbəst yaradıcılıq imkanı vermək
lazımdır. Təcrübə göstərir ki, təxəyyülün gələcək
inkişaf istiqaməti uşaqların məhz yeniyetməlik
dövrü ərəfəsindəki psixi və fizio-bioloji oyanışı
zamanı müəyyənləşmiş olur. Elə buna görə də
dərsliyə daxil edilmiş mövzular getdikcə mü-
rəkkəbləşmə istiqamətində daha ciddi elmi
əsaslarla təqdim olunur. Bunu nəzərə alaraq, yəni
şagirdlərin tədris yükünü ağırlaşdırmamaq üçün dil
dərslərinin hamısında ucdantutma peşəyönümü
məsələləri üzrə söhbətlər etmək vacib deyildir.
Lakin bu işdə laqeydliyə, məqsəddən uzaqlaşmaya
da yol vermək olmaz. Dərslik üzərindəki
müşahidələrimizdən aydın oldu ki, «Fonetika»
bölməsində verilmiş çalışmaların heç biri peşə tə-
səvvürü aşılama, əmək tərbiyyəsi mövzusunda
söhbət aparmaq imkanına malik deyildir. Bu o
demək deyil ki, həmin bölmənin tədris olunduğu
bütöv bir dövr ərzində bu məsələdən uzaqlaşmaq,
arada uzun bir fasilə vermək olar. Əksinə,
təsəvvürlərinin
köhnəlməməsi,
eşidib
öyrəndiklərinin zehnindən silinməməsi məqsədi ilə
heç olmasa, iki saatda bir dəfə bu vacib məsələyə
vaxt ayırmaq, şagirdləri nəzəri müddəaların
möhkəmləndirilməsi
üzərində
işlədərkən
nümunələri müvafiq səslə başlayan (məsələn, a –
səsinin tələffüz mexanizminin tədrisində: aşbaz «t»
416
Фирузя Мяммядли
səsində – toxucu, «b» səsində – baramaçı və s.)
peşə adlarından seçmək olar. Dərsin əsas məqsədi
tam mənası ilə ödənildikdən sonra əlbəttə ki, həmin
peşəyə dair maraqlı söhbətlər aparmaq olar.
Bu baxımdan, «Danışıq səsləri və onların
əmələ gəlməsi», «Sait və samit səslər», «Sait
səslərin növləri» mövzuları üzrə verilmiş
çalışmalardan peşə informasiyası imkanına malik
nümunələrə rast gəlmədik. Lakin yuxarıda
dediyimiz kimi, bu mövzular uşaqların sərbəst
çalışmasına geniş imkanlar verir. Məsələn, növbəti
yeni dərsin izahından və buna dair möhkəmlən-
dirici çalışmaların icrasından sonra müəllim keçmiş
dərsi uşaqların yadına salmaq və bir daha
təkrarlatmaq məqsədi ilə həmin mövzuya dair bir
neçə söz yazdırır. Məsələn, «sait və samit səslər»
mövzusunda olan «ü», «e» və «m», «s» səslərinin
tələffüzü ilə bağlı sözlərdə olduğu kimi: «üzgüçü»,
«üz», «üskük», «ürək», «əyirici», «əritmək»,
«əzmək», «sənət», «mexanik», «maşın», «əmək»,
«məktəb»,
«kələm»,
«mantyor»,
«sürücü»,
«suvaqçı», və s.
Bu nümunələrdə həmin səslərin işləndiyi
yerin və digər sadə xüsusiyyətlərin izahı və
müəyyənləşdirilməsindən sonra müəllim «əyirici»,
«mexanik», «mantyor», «sürücü» və «suvaqçı»
sözləri üzərində dayanıb, bunların ifadə etdikləri
məna arenasında peşələr barədə məlumat verə bilər.
«Əyirici» peşəsi barədə: əyirici – sap əyirənlərə
|