540
Фирузя Мяммядли
da, SSRİ xalqlarının dilində milli dil formalarından
fərqlədirilmirdi.
Mürəkkəb idarə və təşkilat adlarının ixtisar
şəklində işlədilməsi dildə sözə qənaətlə bağlıdır.
İxtisarlar yığcamlığı ilə həm yazılı,
həm də şifahi
nitq üçün əlverişlidir.
Abbreviaturların aşağıdakı növləri vardır:
l.
Mürəkkəb ixtisar sözlər.
Söz birləşmələrini təşkil edən sözlərin ilk
ünsürləri alnıb, yeni bir söz yaradır. Məsələn:
AzərTAC,
Azərkitab,
Azneft,
Aztelekom,
mestkom, filfak, diamat, aqrokimya, Penklub,
prafkom
və s.
Vaxtilə dilimizdə çox işlək olmuş və ötən
əsrin 30-cu illərindən
bəri neologizm kimi
qiymətləndirilmiş
kolxoz,
sovxoz,
raykom,
komsomol, icrakom
və s. kimi mürəkkəb ixtisarlar
o dövr üçün yeni olan ictimai-siyasi quruluşla bağlı
yaranan sözlər idi ki, hazırda
bu idarə və
təşkilatların sıradan çıxması ilə bağlı dilimizdə
arxaik plana keçmişdir.
Professor Ə.Dəmiçizadə
bu qəbildən olan
sözləri «qısaltma sözlər» adlandırır. Müəllifin
qənaətinə görə belə sözlər «yazı əsasında
formalaşan» sözlərdir.
Qeyd etməliyik ki, ixti-
sarların bir söz kimi ifadəsi bilavasitə tələffüzlə
bağlıdır. Ona görə də Ə.Dəmirçizadə belə sözlərin
orfoepik normalarından danışarkən onları
«Əsli
əsasda tələffuz olunan qısaltmalar», «Hecayi