544
Фирузя Мяммядли
3. Müxtəlif ixtisar sözlərin üçüncü tipi
qarışıq ixtisarlardır.
Burada ixtisarların
bir qismi
sözün ilk ünsürlərinin (ilk hecasının), digər qismi
isə ilk səslərin saxlanması ilə düzəldilir. Qarışıq
akronimlərin bu növü tam ixtisarlarla (supsensiya)
ixtisar sözlərin initsiallarının (akronimi) qovuşuğu
kimi meydana çıxır. Məsələn, AzərTa, AzərTAC,
AzPI və s.
Beləliklə,
abbreviaturalar
sözün
tam
mənasında leksik yolla söz yaradıcılığının məhsulu
olan leksik vahidlərdir.
2. Semantik yolla söz yaradıcılığı.
Dilimizin
semantik yolla həm söz, həm də
ifadə yaratma imkanları olduqca genişdir.
Semantik yolla
yaranan sözlər leksik vahid
formulasında dilin leksik - semantik qatının
müəyyən kütləsini təşkil edir. Belə lüğəvi vahidlər
dil vahidləri kimi lüğət tərkibinin əhəmiyyətli bir
hissəsini tutur.
Semantik yolla söz yaradıcılığına
sözlərin
Dostları ilə paylaş: