546
Фирузя Мяммядли
frazanın meydana çıxmasına səbəb olmuşdur.
Nəticədə yeni yaranan leksik vahid ifadə etdiyi
məna ilə dilə müstəqil mənalı
bir dil vahidi gətir-
mişdir. Bu mənada, frazeoloji birləşmələrin struk-
turundakı
söz
yaradıcılığı
əlamətləri
inkaredilməzdir.
Frazeoloji vahidlərin komponentlərindən biri
ola
bilər ki, öz ilkin mənası ilə əlaqəni üzməsin.
Məsələn,
yola düşmək, qulaq asmaq, dilə tutmaq
və s. Bu halda da belə vahidlər söz yaratma
sərhədlərindən kənarda deyildir. Belə vahidlərdə
məcaziləşmə ikinci komponentdə mərkəzləşir və
yeni yaranan dil vahidinin
semantik yükü birinci
tərəflərin daxili informasiyası ilə qovuşaraq
«getmək», «dinləmək», «razdığını almağa çalış-
maq»
kimi yeni mənalar ətrafında yuvarlaqlaşırlar.
S.Cəfərov «Yeni məna kəsbetmə hesabına
söz artımı»ndan danışarkən «söz artımı» ifadəsi ilə
«sözlərin yaranması» ifadəsi arasında heç bir fərq
qoymur. Bizcə
söz artımı
hazır
sözün lüğət
tərkibinə daxil olmasını ifadə edirsə,
«sözlərin ya-
ranması»
xüsusi linqvistik müdaxilə ilə yeni sözün
meydana gəlməsini bildirir. Bunlar isə başqa-başqa
problemlərin göstəricisidir. Müəllif leksik yolla söz
yaratmaya daxil etdiyi yeni məna kəsb etmə
hesabına söz artımına
Dostları ilə paylaş: