Gözlərindən yıxılmaq
– «gözündən düşmək»
frazasının şair müdaxiləsi ilə yeni strukturda
təqdimi.
Frazanı ikinci komponentinin «yıxıldım»la
əvəzlənməsi «yıxılmaq» sözünün daxili məzmun
qatında gizlənən yıxılarkən
əzilmək, ağrımaq, bəlkə
də ölümcül yaralanmaq
kimi məna qollanmasına
608
Фирузя Мяммядли
istiqamətlənmədir. Halbuki «gözündən düşdüm»
strukturunda bu məna qollanması hiss olunmur.
«Xatirələrin enişi, yoxuşu».
Xatirələrin
enişini, yoxuşunu
fərqləndirməz.
A.Turan.
«Ədəbiyyat» qəzeti.
Eniş, yoxuş
– metaforik planda ictimai
mövqedə, sağlamlıqda, həyat tərzində özünü
göstərən «həyatın dibinə enmə», «yüksəlmə, ucal-
ma» mənasını ifadə edir. «Eniş»in zirvədən
üzüaşağı – dərəyə, düzə yuvarlanması – durduğun
ucalıqdan məhrum olmaqla nəticələnir.
Enişin
başlanğıcı zirvə, sonu dərənin dibidir. Eniş – həm
də, ömrün gənclikdən ahıllığa, ahıllıqdan qocalığa
aparan yoludur.
Enişin
doğurduğu emosiya mənfi
enerjilidir.
Yoxuş
bir
tərəfdən
dırmanma
çətinliyindən irəli gələn təngnəfəslik, digər tərəfdən
zirvədə çəkdiyin zəhmətin nəticəsi olan mükafatdır.
Yoxuş
– məqsədə doğru inam və inadla yürüməkdir,
sonda səni gözləyən arzuya çatmaqdır.
Yoxuş
–
hansı halda olur-olsun, müsbət emosiyadır.
Müəllif
«xatirələrin
enişini,
yoxuşunu
fərqləndirmək» deyəndə, əlbəttə pisi və yaxşını
fərqləndirməyi nəzərdə tutur. Yəni pis də olsa,
yaxşı da olsa, təhtəlşüurunda xatirə kimi yaşat-
dıqların sənin həyatındır.
|