Seçilmiş əsərləri X
203
Xəyal Rzanın Dünyaya, ətraf mühitə poetik baxışı özünə-
məxsus, orijinal poetexniki elementlərdə təzahür edir. Şeirləri-
nin ritmi, ahəngi, metaforik təqdimatları, qafiyə düzümü iste-
dadlı bir şairin daxili dünyasında çiçəklənməkdə olan şeir bağ-
çasından xəbər verir. Lakin bu bağçanın çiçəkləri həmişə «eşq
qoxumur». Xəyal Rza bir mətbuat xidməti rəhbəri kimi gününü
daim kompüter arxasında keçirsə də, onun qəlbindən, ürəyin-
dən, bütün qədd-qamətindən boy verən dövrə, zamana, ictimai-
siyasi duruma, işğal altında inləyən torpaqlarımıza olan daimi
düşmən təxribatının xalqımızın qəlbinə vurduğu yaralara vətən-
daş münasibəti şeirlərinin canına-qanına hopmuş bir ağrı, bir
sızıltıdır. Xəyal Rza baş verən faciələri özünün həssas şair
qələmi ilə oxuculara ürək yanğısı ilə çatdırır:
Üzündə qan ləkəsi, Zəhra...
Dərdlərin ən yekəsi, Zəhra...
«Dünya göz yaşı boyda, Zəhra»...
Ömrün baş daşın boyda, Zəhra...
Ürək boyda kəfənin, Zəhra...
İki yaşlı Vətənim, Zəhra...
Şair haqlıdır, böyük-kiçikliyindən asılı olmayaraq, Vətən
övladına açılan güllə Vətənə ünvanlanır. Hər şəhid övladımız
itirilmiş Vətən torpaqlarından gələn nalənin, fəryadın əks-sə-
dasıdır.
Xəyal Rza poeziyası haqqında da çox danışmaq olar, la-
kin biz mövzumuzu istedadlı, cavan qələm yoldaşımıza yara-
dıcılıq uğurları arzusu ilə yekunlaşdırırıq.
2007
Firuzə Məmmədli
204
SƏNƏT VƏ SƏNƏT ADAMLARIMIZ HAQQINDA
XATĠRƏ ÇƏLƏNGĠ, YAXUD –
BĠR «ƏLƏKBƏR» HEYKƏLĠ
Salam,
Everest zirvəsi,
qarın, buzun, ucalığın?..
Bizə görə bir
qulluğun?!.
Everest Himalay dağlarının ən uca nöqtəsidir. Dünyada
ən uca zirvə olub, hündürlüyü 8848 metrdir. Odur ki, «Dünya-
nın damı» adlandırırlar onu.
Bu şeir parçası isə Ələkbər Salahzadənin 1970-ci ildə
nəşr olunan «Od heykəli» kitabındandır. Onda Ələkbərin 29
yaşı vardı. Müşfiq yaşında, dünyanın ən uca zirvəsinə müra-
ciət etməkdə şairin poetik məramı nə idi görəsən?!
Yüksəklik – ucalıq rəmzidir, ucalıq – əzəmət, qürur, hör-
mət və ehtiram əlaməti. Binayi-qədimdən insanların dağ əzə-
mətinə, dağ vüqarına heyrəti, hörməti və pərəstişi olmuşdur.
Dağlıq yerlərdə yaşayanların yerişində, duruşunda, boy-buxu-
nunda bir dağ vüqarı, xasiyyətində dağ sərtliyi və dağ əyilməz-
liyi olur. «Dünyanın damı» gənc və istedadlı bir şairin yara-
dıcılığında iz buraxmaya bilməzdi. Bir halda ki, istedad və
gənclik bu şairdən, onun gələcəyindən zirvə ucalığı, zirvə əzə-
məti umurdu.
Lakin Ələkbərin bu şeirində Everest təkcə zirvə əzəməti
ilə boy vermir. «Everest» zirvə olmaqla, metaforik planda po-
eziyanın korifeylərinə işarədir. O korifeylərə ki, şair onların ya-
radıcılığında Everest ucalığı, Everest əzəməti, Everest heyrəta-
mizliyi görür.
|