Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə86/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   82   83   84   85   86   87   88   89   ...   321
Seçilmiş əsərləri X 
207 
1972-ci ildə nəhayət cəsarətlənib qərara gəldim ki, şeirlə-
rimi bir qovluğa yığıb «Azərbaycan gəncləri» qəzetinə aparım. 
Belə də etdim. Bəxtimdən bizim çox istedadlı yazıçımız İnti-
qam Mehdizadə həmin qəzetdə işləyirdi. Şeirlərimi oxudu, 
xoşuna gəldi. Məsləhət gördü ki, şeirləri «Gənclik» nəşriyya-
tına aparım. Birbaşa Ələkbər Salahzadəyə təqdim edim. «O 
kristal kimi saf adamdır». İntiqamın sözü idi Ələkbər barəsin-
də. 
Özüməməxsus çəkingənliyim və məni insanlardan uzaq 
salan daxili kompleksimə üstün gələrək, həmin qovluğu 
«Gənclik» nəşriyyatına apardım. Ələkbər Salahzadə ilə tanış 
oldum. Bu sadə görkəmli, gülərüzlü gəncin «Kristal kimi 
adam» epiteti ilə təqdimində məni nəsə çaşdıran bir cəhət var-
dı: elə güman edirdim ki, «kristal kimi adam» mütləq gör-
kəmcə bir qədər nəhəng olmalıdır. Nəsə, şeirləri ona verdim və 
onun sonralar dediyi kimi, «qeybə çəkildim». Açığı, qorxur-
dum şeirlərin ardınca getməyə. «Birdən dedi ki, bu nədir yazıb-
sınız? Belə də şeir olar?!» Axır ki, bir aydan sonra cəsarətimi 
toplayıb nəşriyyata getdim. Uzun, yarıqaranlıq dəhlizin sonun-
da bir neçə nəfərin söhbətləşdiyini gördüm. Ələkbər məni gö-
rən tək «odur, özü də gəlib çıxdı» dedi və gülə-gülə mənə tə-
rəfə gəlib «hara yoxa çıxıbsınız? Bir aydı ki, sizi axtarırıq» de-
di. Məni əsməcə tutdu. «İndi nə olacaq? Nə deəyəcək görən?» 
Cavab gözlənilməz oldu. Daha doğrusu sürpriz: «Kitabını 
plana salmışıq. Adını da mən qoymuşam. «Gümüşü damla». 
«Damla» şeirinizdən götürmüşəm», dedi. Mənim nitqim qu-
rudu. Hələ qəzet və jurnallarda bir neçə şeiri ancaq dərc olunan 
bir qələm sahibi... Birdən-birə kitab!.. 
Sonra məni yanındakı gənclərə – nəşriyyatın ədəbi iş-
çilərinə təqdim etdi. Hamı təriflədi, şeirlərimi bəyəndiklərini 
dedi. Yeni ifadə və obrazlarımdan danışdı... Evə qayıdanda 
mən artıq bayaqkı adam deyildim: Mənim qanadlarım vardı, 
uçurdum. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin