Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə20/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   16   17   18   19   20   21   22   23   ...   321
    Bu səhifədəki naviqasiya:
  • II nida
Firuzə Məmmədli 
126 
“Mehvəri eşqdir uca göylərin, 
Eşqsiz, ey Dünya nədir dəyərin?!” 
deyən ulu Nizami Gəncəvi babamız necə də haqlı imiş!... 
Tanrının insana bəxş etdiyi ən böyük, ən qiymətli bəxşi-
şidir sevgi. Yetər ki, onu simlərin incə ruhunda dilləndirib, ən 
şirin sözlə, ən melodik səslə, templə, ritmlə, ahənglə Yaradana 
təqdim edəsən!.. 
 
 
1978


Seçilmiş əsərləri X 
127 
 
 
YALAN DÜNYALARDAN
GERÇƏK NĠDALAR 
 
I nida 
 
İnanmışam ki, insanlar əksər hallarda nə etdiklərini bil-
mir. Hə, inanmışam ona da ki, hər kəs özünə kənardan baxmaq 
və necə təsirə malik olduğunu bilmək arzusundadır. Buna görə 
də onlara özlərini olduğu kimi göstərən lazımdır. Yaxşı və pis 
cəhətləri ilə. İnanmışam ki, hər kəs özündə olan nöqsanı düzəlt-
mək istər. Sadəcə o adama nöqsanını izah etmək, başa salmaq 
lazımdır. Yazdıqlarımın mayasında bu durur. Bəzən sərt, bəzən 
kinayə ilə, bəzən də giley-güzar şəklində. Bir də ona inanmışam 
ki, harda və kimə qarşı bir haqsızlıq, ədalətsizlik, zülm olunub-
sa, o adam mənim özüməm. Çünki mən ondan daha artıq hiss 
edirəm bu ağrını. Və bütün bu qeyri-normal vəziyyətlərə nəza-
rət, onları düzəltməyə cəhd şairlərin üzərinə düşür. Şair söz or-
dusunun sərkərdəsidir. Harda tarazlıq pozularsa, ordusunu ora 
yönəltməlidir. Böyük Füzuli əbəs yerə deməyibdir ki, «Padşahi 
mülk dinarü dirhəm rüşvət verib, Fəthi-kişvər qılmağa eylər 
mühəyya ləşkəri,» (Mən isə söz ordumla fəth edirəm ölkələri) 
lakin burada söhbət ədalətsizliyə qarşı susa bilməməkdən gedir. 
II nida 
 
Yaxşı hesab etmək olardı, əgər hesab etdiyin yaxşıdırsa... 
Nəyi ki, rədd edirik, bizə çox yaxın olur, çünki rədd edilənin 
cazibəsi get-gedə güclənir. Heç bilmirsən o, enerjini hardan alır. 
Hər şey hisslərinin qənaətinə ayırdığın vaxtın içində əri-
yib gedir. Belə ki, vaxt səndən apardığını birdəfəlik aparır. 
Vaxtın geriyə yolu yoxdur. Dəstəyindən tutub özünə tərəf çək-
diyin qapını ya açırsan, ya örtürsən. O, sənin qapının hansı 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin