Seçilmiş əsərləri X 129
mirsən, kommunal xərclərə gedir, oğul-uşaq ehtiyaclarına xərc-
lənir, yeməyə xərclənir... Qurtardı, bir də gözlə, haçan pul ola-
caq! Gərək elə böləsən ki, bir ay çatsın. Dilənçilikdə belə deyil;
gündəlik üç manat, beş manat pulun var.
Lap bezdim bu söhbətdən. Ayrı şey fikirləşmək lazımdı.
Nədən? Qoy, lap elə professor Bağır Paşanın dedikləri olsun.
Bağır Paşa, Bağır Paşa!.. Nə deyib ki, o! Yadda qalan – heç nə.
Professordu kişi. Hər halda nə Dəmirçizadədi, nə də Feyzulla
Qasımzadə. 50 il keçib üstündən. Dedikləri bu gün də yaddaş-
lardan silinməyib. Elm idi onlarınkı. Yenilik idi. Məntiq idi.
Təhlil idi, ümumiləşdirmə idi. Fəlsəfi nəticələrdi. Biri Azərbay-
can dili üzrə, biri də Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis idi.
Akademiklərimizdi də. İndi isə əsildən çox, qondarma fəlsəfə
doktorları, qondarma professorlar, saxta akademiklər... Səbəblə
nəticəni ayırd edə bilmirlər. Xələfə sələf deyirlər, sələfə xələf.
Beynim yenə didilirdi; deyim ki, dahiyanə əsərlər yazır,
xeyir, deyim ki, bədii üslubda təzə Amerika açıb? Yox, min
dəfə yox. Yazdığı elə hamının yazdığındandı. Bir az da zəif.
Külli miqdarda da dil və üslub xətaları... Ayə, bəs onda bu Rüs-
təm bəyə nə düşüb ki, o boyda stolunu yalqız qoyub durub gəlib
tərifləməyə ki, bəs gözəlçə Püstəxanım belə yazır, elə yazır və
nə bilim nə, nə...
Pah atonna! Adamı yerindən dəbərtməyə nə varmış!..
Amma ki... Bunun üçün gərək Püstəxanım olasan! Bir də ki...
Cəhənnəmə! Elə sənə qalmayıb ki....
IV nida Cib telefonum hirslə səsləndi bu dəfə. Hər halda mənə be-
lə gəldi. Çünki sakit, lap sakit bir düşüncəyə dalıb da düşünür-
düm özümçün. Nə barədə? Hər şey barəsində. Lap elə «Bizim
Cəbiş müəllim» barəsində. Kişiyə bax e... Evdə uşaqları ac-ya-
lavac qoyub, çamadan dolusu sabunu paylayır havayı. Nə olsun
e, soldatdı. Odur e, bizim Qarabağ döyüşçüləri əsgər deyildilər?