Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə30/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   26   27   28   29   30   31   32   33   ...   321
Seçilmiş əsərləri X 
139 
İndi qalırdı matəm məclislərinin qırx günlük qayğıları... 
Nənə sevgidən gözəl bir ölümə təslim olmuşdu. 
...Yüngüllüyü, ağrısızlığı, qayğısızlığı onu cavanlaşdır-
mışdı. Fərqi yoxdu, o özünü görür, ya görmürdü. Amma ca-
nında, cəsədində 20-30 yaş arasındakı rayihəni duyurdu. O ra-
yihəni ki, orda gələcək vardı, o rayihəni ki, orda ümid vardı, o 
rayihəni ki, orda istəklilik, gərəklilik, əzizlik vardı, orda qolu-
nun, qılçalarının, davamlılığı, dözümü, gücü-qüvvəsi, can-cəsə-
dinin təravəti vardı. Ən başlıcası isə doğrulacağına min faiz 
inandığı ümid vardı o rayihədə... 
Ölümünün ilk günü diriliyini yaşamaq və ölümünə alış-
maq oldu işi. Amma bu, ilk gün idi. Sonra nə gələcəkdi? Allah 
bilir. Hələ ki, içərisi işıqla isti ilə, nəvazişlə, fərəhlə dolu idi. 
Orda, yerdə, yəni Bu dünya deyilən məkanda qoyub gəldiyi 
bütöv bir nəsil onun övladları deyildi sanki. O, özünün atalı-
analı ərkəsöyün günlərinin hərarəti ilə dolub-daşırdı. 
«Mən varam!» qənaəti bu varlığın mənzili-məkanı barə-
sində düşünmək imkanınından məhrum idi. O Dünyanın Bu 
Dünyaya meydan oxuması idi bu. Bu meydan oxumada mad-
diyyatın gətirdiyi bütün neqativlər mənasızlıqdan başqa bir şey 
deyildi. «İnsana heç nə lazım deyil»dən gözəl məsudluq gətirən 
bir şey yox imiş. Heç nəyin dərdi, qayğısı, qısqanclığı sancmır 
səni. Bu qədər xoşbəxtliyin mövcud olduğu bir məkana köç-
məkdən niyə qorxur insanlar görəsən?! 
«Mən yoxam» hissinin aşıladığı Bu Dünya laqeydliyi, eti-
nasızlığı, yadlaşması, kimsə tərəfindən anılmaması, kimsə tərə-
findən axtarılmaması duyğusu O Dünya əzizlənməsi ilə əvəz 
olunmuşdu. Sən demə, bütün bu sadalananlar günah dolu Bu 
Dünyanın rəzaləti imiş ki, O Dünyaya köçmək elə bu rəzalət-
dən qurtulmaq, azad olmaq deməkdi. 
Xatırlanası gözəlliklər az deyildi. Amma nədənsə gözəl-
liklərin ən gözəli kimi ilk məhəbbət duyğusu çulğamışdı onu. 
O təmiz, o saf, o heç bir məqsəd, mətləb tələb etməyən, təkcə 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin