Seçilmiş əsərləri X
143
Və
bir ömrün yox, neçə-neçə ömrün, qalaq-qalaq illərin
şahidlərinin ruhu cəmlənmiş Fİruzə Məmmədli yaradıcılığı
başdan-ayağa
elə bu cəmlərin həsrətinə, ağrısına, sevgisinə
köklənibmiş. Onun poeziyası da, nəsri də beləcə adamı alıb
ruhlar aləminə aparır. Qisas alan, hönkürən, yarımçıq qalmış
nakam taleyi, arzuları üçün göynəyən duyğuların toplandığı
məkana...
– Məni həyatda daha çox əlamətlər idarə edib. Mən
yaradıcılığımda ruhlardan yazıram və «Mən ruhları görürəm»
deyirəmsə, bu kiməsə absurd kimi görünməsin. Yaradıcılığımla
tanış olan, hətta az da olsa, poeziyamı və nəsrimi mütaliə edən-
lər bunu özləri də hiss etdiklərini deyirlər. Oğlanın
ruhunun
qızın bədəninə hopduğunu yazıram. Mən öz bədənimdə başqa
bir ruhun yaşadığını görürəm və mən ruhumun bədənimdən
ayrılıb getdiyinin dəfələrlə şahidi olmuşam. Anamı
çox erkən
itirmişəm və anamı itirəndən sonra məndə qəribə hisslər oya-
nıb. Bir-iki yaş da böyüyəndən sonra elə bilmişəm ki, anamın
ruhu mənim cismimə köçüb. İndinin özünə qədər hara getsəm,
anamı yanımda hiss edirəm.
– Dünyanın rənglərini ağ və qaranın statik durumun-
da qbul etmək olmaz. Bu, aləmə metafizik baxıĢdır. Sizin
fikrinizcə bu doğrudurmu?
– Mən deyirəm ki, dünyanın rəngləri ağla qaranın qovuş-
masıdır. Bu qovuşma mühitində rənglərin işıq və qaranlıq,
müsbət və mənfi qütbləşmələrinə məxsus mübarizə durur. Nəti-
cədə həmişə ağ, yəni işıq qalib gəlir.
Ağ rəng özü də yeddi
rəngdən ibarətdir. Yeddi rəngin verdiyi enerji qaranın – yəni
qaranlığın, yəni mənfinin enerjisindən yeddi dəfə çoxdur. Ona
görə də çoxluq qalib gəlir. Bəs dünyanın müvazinəti necə ba-
lanslaşdırılır? Bəlkə qaranın enerjisi elə o yeddi rəngin enerji
toplumuna bərabərdir. Görünür, bununla razılaşmalı olacağıq
ki, ağın yeddi rənginin enerji toplumu qaranın enerjisinə bəra-
bər
olduqda mübarizə, çaxnaşma endomik (daxili) xarakterlə
məhdudlaşır. Balans pozulduqda mübarizə birinin üstünlüyü