Firuzə Məmmədli
152
verdiyi mövzuları ən gözəl şeirlərimdən hesab edirəm. Bu mə-
nada, insanlara inamını itirdikcə, itirdiyindən də bir poetik nü-
munə tapırsansa, yaşasın belə «fitnə-fel»! Bir də ki, Tanrı məni
belə fitnə-fellərdən həmişə hifz edib.
– Söz Ģeirdən düĢmüĢkən, bir fikrinizi də misal çək-
mək istərdim: «Dünyanın dostu qoyub yad oynadan dünya
olması» fikri də sizindir. Belə bir hökmü vermək üçün gə-
rək mənən dünyalarca qocala biləsən. Zahiri görnüĢünüz-
dəki gənclik durumu ilə mənəvi qocalıq sizi xoflandırmır
ki?
–
Zənnimcə, dünyanın dosta-düşmənə
münasibətini aş-
karlamaq üçün mənən qocalmağa, özünü dünya ilə yaşıd hiss
etməyə heç bir ehtiyac yoxdur. Əvvəla,
onu deyim ki, mənim
«zahiri gəncliyim» elə mənən qocalmamağımın nəticəsidir.
«Mənəvi ölüm», «mənəvi qocalıq»
–
mən belə şeylər barəsində
çox düşünürəm.
Əslinə qalsa, mənəvi ölüm də, qocalıq da in-
sanın öz iradəsindən, qurduğu münasibətlərdən, qəlbinin təmiz-
liyindən, paxıllıq, xəbislik, riyakarlıq kimi hisslərə qarşı tut-
duğu mövqeyindən asılıdır. Dəfələrlə ümidimin puç olmasının,
can atdığım, çalışdığım arzularımın baş tutmamasının ağrısını
çəkməli olmuşam. Haqsız qınaqların,
təqiblərin hədəfi olmu-
şam. Düşünmüşəm ki, bax, «mənəvi ölüm» budur. Lakin yox,
bunlar məni nə öldürə bilib, nə «mənəvi qocalıq» bataqlığına
sürükləyə bilib. Yenə deyirəm: məni, Allah belə təsirlərdən qo-
ruyub. Hardansa qəlbimə bir irfani işıq dolub, sağaldıb məni,
yaşadıb məni. İçimdəki ülvi hisslərin
keşiyində durmuşam hə-
mişə. Tanrıya sığınmışam. O da məni təzə bir şeirlə mükafat-
landırıb. Qayıdıram
–
«Dünyanın dostu qoyub, yadı oynatma-
sına». Bu şeir 2008-ci ildə yazılıb.
Məgər bu gün siyasət alə-
mində baş verənlər mənim ötən il dediklərimin təsdiqi deyilmi?
Görürsünüzmü, yenə də Tanrı diktəsi…
Dostları ilə paylaş: