Firuzə Məmmədli 154
Hazırda mövcud poetik aləmin Rəsul Rzası, Əli Kərimi,
Məmməd Arazı yoxdur. Xüsusən gerçəkliyin poetik ifadəsində
Rəsul Rza ədəbi nüfuzu çatışmır.
Poeziyamızda üslub rəngarəngliyi var. Poetik deyim tər-
zində axtarışlar da yaxşı təsir bağışlayır. Amma parnoqrafik
poeziyanı qəbul edə bilmirəm. Sensasiya, piar təbliğat və s. na-
minə sənət arenasının zibillənməsinə haqq qazandırmaq olmur.
Ən parlaq şan-şöhrətin özü də müəllifin özü ilə bərabər ölüb
gedəndir. Qalan ancaq sənətdir, şairsənsə, sənin poeziyan var
və əsil şan-şöhrəti də sənə o gətirəcək, ola bilsin ki, səndən əlli
il sonra, yüz il sonra…
– Yaradıcılığa baĢlarkən Ģeirlərinizi kimin üçün yaz- mısınız? Kimə ünvanlamısınız? – İlk şeirimi anamın vəfatına yazmışam (1952-ci ildə).
İkinci şeirim 1953-cü ildə Stalinin ölümünə həsr olunub. 13
bəndlik bir şeir idi. İkicə misra qalıb yadımda. O vaxt uşaq idik
və rəhbəri hamıdan ucada görməyi öyrətmişdilər bizə.
Müəllimlərimə, sənət adamlarına, yaxınlarıma həsr etdi-
yim şeirlər «Seçilmiş əsərləri»min 2-ci cildində «Ulularım,
əzizlərim, yaxınlarım» bölməsində verilib. Lakin bunlar yara-
dıcılığımın kiçik bir hissəsini təşkil edir. Bu mövzu müxtəlif
istiqamətlərdə işlənə bilər. Lakin insan, onun problemləri, ətra-
fında baş verənlər və s. məni daha çox cəlb edir. Yaradıcılığı-
mın baş qəhrəmanı böyük hərflərlə insandır.
– Mənim fikrimcə, həvəskar Ģair, həvəskar bəstəkar ifadələri olduğu kimi, həvəskar tənqidçi ifadəsi də mövcud- dur. Yəni ədəbiyyatĢünaslıqdan xəbəri belə olmayan bəzi insanlar əlinə qələm alıb, tənqid yazmaq fikrinə düĢür və sensasiya yaradır. Ədəbi tənqid barədə fikrinizi bilmək is- tərdim. Hansı tənqidi orijinal hesab edirsiniz? Bəlkə tən- qidi heç qəbul etmirsiniz? – Mən bu fikirdə deyiləm ki, həvəskar şair, həvəskar tən-
qidçi ola bilər. Həvəskarlıq əl işidir. Peşə ilə bağlı məsələdir.
Peşəkar ola bilməyən həvəskar mərhələsində ilişib qalır. Təfək-