Seçilmiş əsərləri X
153
götürmüĢlük ifadəçisi olmasını söylədi. Oxucuların bu cür
fikri sizin üçün maraqlıdırmı?
–
Mənə qalanda, oxucuların
fikri mənim üçün həmişə
maraqlı olub. Çox vaxt şeir yazanda məndə belə bir hiss olur
ki, kimsə qapının arxasında durub, məhz bu şeirin yazılıb qur-
tarmasını
gözləyir ki, oxusun. Amma şeir çap olunmayınca
mən onu heç kimə oxumuram. Çox nadir hallarda, qəlbimdə bir
sıxıntı duyanda, ya da şeir oxumaq istəyəndə ən axırıncı
şeirimdən başlayıram.
Bəzən ən yaxşı oxucularım da sətiraltı mənalara çata
bilmirlər. Şeir onlara anlaşılmaz görünür.
Mərhum akademik
Afad Qurbanov deyirdi ki, Firuzə xanımın şeirləri adamı məc-
bur edir ki, onu təkrar-təkrar oxuyasan. Hər dəfə də yeni bir
yöndən dərk edəsən. Yaxşı oxucularım oxuyur, öz fəhmləri ilə
dərk edir, mən oxuyub təhlil verəndə onlara daha maraqlı və
tapıntılarla zəngin görünür.
Bir də ki, Sərvaz yaxşı şairdir və sözə, sənətə qiymət ver-
məyi də bacarır. Sənətin isə özünəməxsus terminologiyası var.
Vətəndaş mövqeyindən danışanda deyiləsi sözlər də çoxdur…
– Poeziyada görmədikləriniz və görmək istədikləriniz?
–
Çətin sualdır. O qədər şeir yazan var ki, vaxt yetirib ha-
mısı ilə tanış ola bilmirsən. Bəzilərinə isə heç vaxt sərf etmək
istəmirsən.
Bilirsinizmi,
əvvəllər, yəni ötən əsrin ortalarında hər on
illik özünün super istedadlarını yetişdirib
ədəbi aləmə təqdim
edirdi. Mövcud poeziya müstəvisində birdən bir qaynama, bu
qaynamada səthdən yuxarı qabarmalar görürdün. Yəni durğun-
luq olmurdu. 60-cı illərdə
–
Əli Kərim, Məmməd Araz, Fikrət
Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, 70-ci
illərə yaxın Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Məmməd İsma-
yıl, Sabir Rüstəmxanlı, 70-80-ci illər arasında Vaqif Bəhmənli,
Vaqif Cəbrayılzadə,
Zəlimxan Yaqub, daha sonralar Ramiz
Qusarçaylı, Nisəbəyim, Salam Sarvan və s.
poeziya aləmində
bir ulduz kimi parladılar.