Seçilmiş əsərləri X
151
yaş kimi yox, daş kimi yağan illər məni öz qiymətli daş-qaşı ilə
–
söz inciləri ilə mükafatlandırıb. Bəs onda niyə «İt günü?!»
Əlbəttə cəfasız, əziyyətsiz, əzabsız heç nə əldə edilmir. Bəzən
bu əzabları ayrı cür adlandıra da bilmirsən. Şeirlərimdə bu
əzab-əziyyətin ifadəsi boldur.
Yazmaq mənim üçün əziyyət
deyil, çünki mətn mənə göylərdən hazır enir. Əzab yazmamaq,
yazmağa vaxt tapmamaqdadır. Bəzən bədii yaradıcılıqdan uzaq
işlərlə elə yüklənirsən ki, poeziyaya bir də qayıda
biləcəyinə
inanmırsan. Bax, belə günlər mənim üçün it günü kimi bir
şeydir. Amma bu, hələ hamısı deyil. Axı mən həyatın iç üzünü
araşdırıram.
Orda gördüklərim, duyduqlarım mənim varlığım-
dan öz şəxsi ağrılarım kimi keçir. Xüsusən, haqsızlıq görəndə
özümü ələ ala bilmirəm. Mənim içərimdə məni didib-parçala-
yan bir eneryi zəncir gəmirir. Bax, it günüm budur. Belə vaxtda
doğulan şeirdə daha nədən danışmıram, nəyə üsyan etmirəm?!
Həmin şeir də belə bir ovqatın nəticəsidir. Bəli, yenə də «İllər
yaşım üstdə gəlmir yaş kimi». Əgər gələn sabah, gələn Yeni il
sənə heç nə vəd etmirsə, bu,
şübhəsiz ki, belə olacaq.
Əlbəttə, söhbət ancaq şəxsi işlərdən getmir. İşğal altında
inləyən torpaqlar, atəşkəs dövründə
oturduğu səngərdəcə düş-
mən gülləsinə hədəf olan fidan balalar, dünyanı ağzına alan
zorakılıq, təbii fəlakətlər… Bunların hamısı mənim yaşadığım
dövrün, zamanın ab-havasıdır, ovqatıdır. Şeir isə olanların po-
etik ifadəsidir.
Şair özünü zamandan, məkandan təcrid edə
bilməz.
Dostları ilə paylaş: