Seçilmiş əsərləri X
157
alıb cibinə qoyursan, gətirib bizə vermirsən ki. Amma and
içirəm ki, o vaxt bizə (gənc hesab olunanlara) ən aşağı məbləğ-
də qonorar hesablayır, on ildə iki balaca kitabımızı çap edirdi-
lər. Haqdan, ədalətdən, bərabərlikdən, xoşbəxtlikdən dəm vu-
ran bir cəmiyyətin məmurundan eşitdiyim bu sözlər mənə dərs
oldu.
– Firuzə xanımın görünməyən tərəfi.
–
Tündməcaz, hövsələsiz, çox vaxt nə istədiyini özü də
bilməyən, çox vaxt özünə qapanıb qalan bir insan. Ən böyük
çətinliyim qəlbimdəki insaf, mürvət, ədalət hisslərinə qalib gələ
bilməməyimdir. Həmişə öz-özümlə mübarizə aparan, narahat
bir adamam…
– Firuzə xanımın məĢğuliyyəti.
–
Əvvəllər boş vaxtım olurdu. Onda mən plastilindən, pa-
rafindən quş, heyvan fiqurları hazırlayıb uşaqları sevindirirdim.
Belə fiqurlar oyuncaq bazarında kifayət qədər olsa da, nədənsə
uşaqlar mənim düzəltdiyim fiqurları xoşlayırdı. Şəkillər çəkir-
dim, mənzərə, portret, ən çox da quş şəkilləri. Uşaqlara öy-
rədirdim. Balaca rəssam yetirmələrim də olurdu.
Son vaxtlar bir saat belə nəsə əlavə bir işlə məşğul ol-
mağa vaxt tapmıram.
– Özünüzə hansı sualı verərdiniz?
–
Artıq özümə heç bir sualım yoxdur. Suallarım bəşəriy-
yətədir, dünyayadır, insanlaradır: hara gedirsiniz bu nəfslə, bu
insafsızlıqla, bu «mənəm-mənəmliklə»?
Zeynəb ƏLİQIZI
“Kaspi” qəzeti, 7-9 noyabr, 2009-cu il
Firuzə Məmmədli
158
«HEÇ VAXT GÜZƏRANI POEZĠYAYA SENZOR
HESAB ETMƏMĠġƏM»
Üzümüzə gələn yüzilliyin qadınların əsri olacağını bütün
dünyada kişilər etiraf etmək məcburiyyətindədirlər. «Qadın
sözünə baxmaya-baxmaya» kişilər bir də gördülər ki, zərif məx-
luqlar durmadan irəliləməkdədirlr: cəmiyyətdə tutduqları apa-
rıcı mövqe, rasional düşüncələri ilə onlar kişiləri üstələyirlər.
Bugünkü müsahibimizi təsadüfən seçməmişik: qətiyyətli, sözü
yerində deməyi bacaran xanımlarımızdan biri – şair Firuzə xa-
nım Məmmədli ilə söhbətimiz feminizmdən çox uzaqdır. Hazır-
da Yazıçılar Birliyində Həmkarlar İttifaqının sədri, Pedaqoji
Universitetin dosenti olan Firuzə xanımla cəmiyyətlə, ədəbi mü-
hitlə bağlı müəyyən məqamlara toxunmağa çalışdıq.
Dostları ilə paylaş: |