Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə33/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   29   30   31   32   33   34   35   36   ...   321
Firuzə Məmmədli 
144 
şəraitində qlobal xarakter alır. Və kataklizmlər də belə hallarda 
peyda olur. Kataklizm planetin, materiyanın insanlara qarşı 
etirazı, onlara Allah tərəfindən göndərilən qulaqburmasıdır. Bu 
hələ ki, xəbərdarlıqdır. Qiyamət deyil. Yəni, özünə gəl, ey in-
san adı daşıyan Adəm övladı. Sən qiyamətin (məhşərin) qapı-
sındasan. Və ağıllı adamlar (peyğəmbərlər belə hallarda peyda 
olur) ağ rəngin (işığın) tərəfində durub, ya tarazlığa, ya da ağın 
üstünlüyünə nail olurlar. O da Allahın köməyi ilə. Zira pey-
ğəmbərləri, ağıllıları Allah özü seçir. 
Təki şeytana satılmayasan. Qara rəngi qəbul et, amma 
onun tərəfində durma. 
– Bəs, qara – rənglərin ağıdır? 
– «İnanmırsan, kəfənə bax» eləmi? Doğrudan da ölünü nə 
üçün qara yox, ağ parçaya bükür müsəlmançılıq? Bəs bu nədir? 
Ölümə etiraz, yoxsa haqq dünyanın rəmzi ifadəsi? Yəni Haqq 
dünya yeddi rəngin qovuşuğunda peyda olur. İnsanın ikinci 
həyatı, yəni astral bədən rənglərin harmoniyasında rəngsizləşir. 
Heç kimin olmayan, lakin kiməsə qədərlənəcək günə kimi özü-
nün rəngsiz, duyğusuz enerji kütləsinə çevrilir. Bu kütlədə 
müsbət-mənfi qütbləşməsi yoxdur. İşıq-qaranlıq cəbhələşməsi 
yoxdur. Bu qütbləşmə, bu cəbhələşmə materiyaya məxsusdur. 
Astral bədən-ruh-enerji isə materiya deyil. O gözlə görünmür. 
Ona təmas etmək mümkün deyil. Fəhmlə, duyğu ilə də dərko-
lunmazdır. Ta ki, insan beynində bu informasiyanın qapalı və-
ziyyətdə saxlanılan mərkəzinə lazımi siqnal çatmayınca. 
...Orta məktəbi qızıl medalla bitirəcəkdi. Atası axırıncı 
imtahanda məktəb direktoruna qəti tapşırıq verdi; o medal al-
mamalıdır! Medal alsa, ali məktəb eşqinə düşəcək. Səbəb – bir 
tərəfdən də valideynin dindar olmasındaydı. Onun fikrincə qız 
nədi, ali təhsil aldı, nədi?! Kim bilə, bəlkə də belə deyildi. Oxu-
mağın minbir qayğısı idi kişini qorxudan. O da ola qız uşağı... 
Bir il əvvəl şeirləri atasının əlinə keçmişdi və ona şeir 
yazmağı qadağan etmişdi. Atası qorxurdu ki, Fİruzə şair olar. 
Özü qələm sahibi olsa da, qızın şeir yazmasını bədbəxtlik kimi 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin