Seçilmiş əsərləri X
137
SÖZ
Birdən necə oldusa, söz dilimdən «qaçdı». «Məsləhət si-
zindir», dedim. Dedim və pərt oldum.
Düzünü desəm,
bir az
qorxdum bu «sizindir» sözündən.
Düşündüm ki,
indi düşəcək
üstümə, bəs nə mənimdir?
Mən də deyəcəm, «məsləhət», de-
yəcək, «hansı məsləhət»? Deyəcəm, «belə də... indicə dediniz
axı məni yanınızda işə götürəcəksiniz»... Onda acığı
tutar ki,
canım, bəsdi bu «sizindi», «sizindi» sözündən yapışdınız. Bu
bir az adamda şübhə də yaradır e... Yəni lap elə deyək «bizim-
di», ondan sənə nə?! «Bir də ki, bizim olmamış
kimin ola-
caq?!»
Amma Allahçinə deyəndə ki, belə bir əhvalat baş vermə-
di. Üzümə nəşə ilə baxıb: «Ə, daha nə bizimdi?» soruşdu. Ca-
vab verdim: «Hər şey!» «Konkret de». «Bax, o zavod, o fabrik,
o küçə, o park, o şəhər, o kənd, o silsilə binalar... Hər şey də,
hər şey. Sizindi, sizindi, sizindi».
Əlini əlinə vurub bərkdən şaqqanaq çəkdi. «Oyunun ol-
sun sənin! Ə, bə sizin heç nəyiniz yoxdu? Dədənizdən sizə heç
nə qalmayıb?» Burda mən qorxunu-zadı unudub: «Bəyəm indi
bu sizin olanlar dədənizdən qalmışdı?!» soruşdum.
Canım, daha nə deyim?! O gündən işsizəm...
Bekarçılıq axırıma çıxmaqdadır.
2014
Dostları ilə paylaş: