Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə21/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   17   18   19   20   21   22   23   24   ...   321
Firuzə Məmmədli 
128 
tərəfində durmağından asılıdır. İçəridəmi, eşikdəmi, qapının ar-
xasındamı, önündəmi. Vaxt isə qapı deyildir. Elə yaxşı ki, de-
yil. Amma qapını açıb-örtən səndən çox, vaxtdır. Gedişinlə gə-
lişin arasındakı vaxt. 
İlahi duyğu bəsitlik deyil, özünü şəhid etməkdir. Nə uğ-
runda, nəyin naminə?! Obyektsizlik ilahi duyğunun obyektidir. 
Qədir gecəsində yandırılan şamların çoxluğu ilə müqayisədə 
ilahi duyğudan gözlədiyin heç nədir. 
Ümumən qarmaqarışıq düşünüb aydın yazmaqdansa, ay-
dın düşünüb qarmaqaraşıq yazmaq daha hörmətlidir. Diqqətçə-
kən anlaşılmaz olduqca, diqqət mərkəzinə çevrilir. Xüsusən də 
irəli canatmalarda. 
Belə məqamlarda gözünə ancaq bir nəsnə görünür; o da 
sənin özün... Özünə uyduqca vurulursan özgəsinə. «Məndən 
başqa kimsə yox», «səndən başqa kimsə yoxa» çevrilir. Çevril-
mə yaxşı hal deyil. Çevrilmənin faiz hesabı 180-ə çatanda ya 
yaxşı adam olursan, ya pis. O asılıdır sənin çevrilmə anındakı 
mövqeyindən. 
Yarımçıq içilmiş sağlıqlar kimidir yarımçıq ömürlər. Ölən 
özü üçün ölür. Amma qalanın hesabından da nəsə aparır. Ölənin 
ölümü ilə yaşayır qalan, ölənin, ölümünü yaşayana qədər ke-
çəcəyi vaxtın ölçüsü ölümə alışmaq durumuna dayanır. 
III nida 
 
İçim məni dəyişdirdi. Məni içərimdən xilas edən gərəkdi. 
Adam daşıyırdım içərimə ki, məni içərimin cəngindən xilas et-
sin. Seçib-eləmirdim. Lap elə küçə qapısının ağzındaca dayanıb 
dilənən rus qarısını. Danışırdım içimdə onunla. Əslində onun 
dedikləri idi bir-bir dirçəlirdi xatirəmdə. Deyirdi ki, dilənçilik 
yaxşı peşədi, etibarlıdı. Paxılın yox, ayağından çəkənin yox. Bi-
lirsən ki, hər gün çörəyin olacaq, bir stəkan şirin çay, bir qıça 
pendirin var. Ac qalan deyilsən. Amma işləmək belə deyil. Ay-
da bir dəfə pul verirlər, o da hansı hesaba. Pul da nə pul! Bil-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin