Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə297/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   293   294   295   296   297   298   299   300   ...   321
DüĢüncə sarayının, 
Otaqları boş daha. 
Mənə əlvida deyən, 
Ümidlər sərxoş daha. 
Uçulub
 söz sabahına 
Gedən körpülərim mənim. 
Söz macalı
verib mənə 
Tanrıdan səda gəlmişəm. 
BənövĢə dodağı 
qaçır torpağın,
 
Səbrimin ətəyilə 
Gözümü sildim, yetər. 
At 
zamanın
sənə düşən
 küncünə. 
 
Poetik nitq üçün olduqca xarakterik olan belə 
nümunələr şairin fərdi yaradıcılıq üslubunun 


581 
Сечилмиш ясярляри 
lX 
göstəricilərindən olmaqla, həm də bədii dil 
sahəsindəki söz və ifadə yaratma uğurlardan xəbər 
verir. 
Hələlik okkozional səviyyədə qalsa da, 
«düşüncə sarayı», «söz sabahı» «söz macalı», 
«yerin bənövşə dodağı», «səbrimin ətəyi», 
«zamanın küncü», «əzabımın gözləri», «qumlara 
yaz hirsini» və s. kimi saysız obrazlı ifadələr öz 
assosiasiya imkanı ilə şairin söz və ifadə yaratma 
potensialının dərin qatlarından xəbər verir. 
Ümumiyyətlə götürdükdə isə istər lipqvistik, 
istərsə də okkazional neologizmlərin yaranmasında 
dil qanunlarından kənar heç nə yoxdur. Başlıca fərq 
ondan ibarətdir ki, linqvistik neologizmlərin 
ümumxalq dilinə daxil olma imkanları daha 
çoxdur. Fərdi neologizmlərdə isə bu imkan aşağı 
səviyyədədir. Hər halda, istər linqvistik və istərsə 
də okkazional neologizmlər dildə yeni yaranan 
vahidlər kimi maraqlıdır. 
Həqiqətən 
də 
Azərbaycan 
yazıçılarının 
düzəltdiyi bir çox neologizmlər üslubi məqsədlə 
yanaşı, dildə məna təravəti ilə diqqəti cəlb edir və 
lüğət tərkibinin zənginləşməsinə təsir göstərir. 
Ümumdil neologizmləri bilavasitə alınma sözü 
əvəz edir, tamhüquqlu vahid kimi, ədəbi dildə onun 
yerində işlədilir. Okkazional neologizmlər isə ədəbi 
dildən alınma sözü sıxışdırıb çıxara bilmir, əksinə, 
həmin sözlə birlikdə dilin leksik-semantik 
potensialını genişləndirən sinonim cərgə əmələ 


582 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin