Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə299/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   295   296   297   298   299   300   301   302   ...   321
paltar sərilən ip
mənasında deyil, “qaşıq-çəngəl qoymaq üçün ipdən 
toxunmuş əşya”, habelə “qurudulmuş meyvə” mə-
nalarında verilmişdir. 
Paltarasılan ip
mənasında 
asmalıq sözü yenidir. Hələlik bədii ədəbiyyatda 
işlədilən bu sözün ədəbi dilə daxil olmaq imkanı 
genişdir. 
ĠĢıqlı.
Mövcud lüğətlərdə qeydə alınmış 
iĢıqlı
sözü, «işığı olan» anlayışını bildirir. Yazıçının 
qələminin məhsulu kimi meydana gələn «işıqlı» 
sözü isə ərəb mənşəli «ziyalı» sözünü əvəz etmək 
məqsədi daşıyır: 
Əri fəhlə fakültəsi bitirmişdi. 
Elmli 
işıqlı
hesab olunurdu; Özü də elmli, 
işıqlı 
adam olmuşdu. 
Ġstiölçən.
Yazıçı üslubunun məhsulu olan bu 
söz ədəbi dildə işlədilən termometr sözünün 
əvəzedilməsi məqsədilə işlədilmişdir. 
Evə gəldim. 
Ġstiölçənə 
baxdım. 
Rus dilindən kalka yolu ilə alınıb işlənən 
radioqəbuledici 
sözünün 
əvəzinə, 
bədii 
ədəbiyyatda «radiotutan» sözünün də işlədilməsinə 


584 
Фирузя Мяммядли 
rast gəlinir: 
Gülsənəm arvad bucaqdakı nikel 
çarpayını da, 
radiotutan
ı da bu ilki qazanın 
hesabına almışdı; Axı o radiotexnik dərnəyinə 
getmişdi, 
radiotutanlardan
 başı çıxırdı. 
Bədii 
ədəbiyyatda 
bəzən 
ifrat 
yeni 
sözdüzəltmə meyllərini də müşahidə etmək olur. 
Yeni söz düzəltmək təşəbbüsü altında bəzən elə 
okkozional vahidlər meydana gətirilir ki, onlar 
hətta əvvəldən mövcud olan qarşılığının mənasını 
ya tam vermir, ya da onu təhrif edir. Bəzi hallarda 
paralel 
okkazionalizmlər 
düzəldilir. Okkazi-
onalizmlərin müəyyən bir qismi isə ədəbi dildəki 
formalara bənzədilərək analitik yolla düzəldilir. 
Lakin bütün hallarda bu tipli okkazionalizmlər də 
ədəbi dilin tələbləri baxımından leksik-semantik 
cəhətdən özünü doğrultmur. Xüsusən son dövrlərdə 
yazıçı dilində yeni okkazional sözlərin yaradılması 
meylinin artdığı müşahidə edilir. Ümumiyyətlə, bu 
cür okkazionalizmləri aşağıdakı kimi qruplaş-
dırmaq olar: 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin