578
Фирузя Мяммядли
kökülnə -
ük
-şəkilçisi bitişdirməklə düzəldilən –
görük
– sözü ilə əvəz etmək üçün zərurət yoxdur.
Bu sözlər də ancaq üslubi ekspressivlik üçün
işlədilmişdir və buna görə də məhdud,
fərdi yeni
söz olaraq qalmışdır.
Dilin lüğət tərkibindəki sözlərin bir qismi,
daha doğrusu, neologizm kimi təşəkkül tapan bəzi
sözlər
isə müəyyən müddət işlənsə də, quruluş və
semantik cəhətdən dilin daxili qanunlarına müvafiq
gəlmədiyi üçün istifadədən qalır. Neologizmlərin
hamısı dildə işlək olmur və vətəndaşlıq
hüququ
qazanmır. Buna baxmayaraq, hər hansı şəkildə
olursa-olsun, yeni söz yaradıcılığı
dilin lüğət tər-
kibinin inkişafına öz müsbət təsirini göstərir.
Əvvəla, müvəffəqiyyətli sözlər dilin lüğət
tərkibində özünə daimi yer qazanırsa, digər
tərəfdən uğursuz sözlərə etiraz səsi ucaldılaraq
daha münasib sözün meydana çıxması
üçün təşəb-
büsün genişlənməsi də müsbət nəticəyə gətirir.
Neologizmlərin
ümumxalq
səciyyəsi
qazanması onların lüğət tərkibinə keçə bilməsində
başlıca amil olduğundan dilçilik ədəbiyyatında bu
tipli yeni sözlərə ümumdil və ya linqivistik
neologizmlər də deyilir. İikinci
qrupa yəni üslubi
neologizmlərə fərdi (okkozional) neologizmlər
deyilir.
Neologizmlərin
əmələgəlmə
mənbələri
müxtəlif olduğu kimi,
əmələgəlmə səbəb və
məqsədləri də müxtəlifdir. Bunlardan bəziləri yeni