Fitohormonlar və ya bitki hormonları-bitkilərin intensiv



Yüklə 24,01 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü24,01 Kb.
#42136
1   2   3   4   5
Adsız 1

Hibberellinlər.  Kimyəvi quruluşlarına görə hibberellinlər 

tetratsiklik  diterpenoid  turşularının  törəmələri  sayılırlar. 

Onların  hal-hazırda  üç  növü  məlumdur:  HA

1

,  HA



2

  və  HA 


3



Onlar eyni molekulyar quruluşa malik olmalarına baxmayaraq, 

biri  birindən  funksional  qruplarının  növünə,  sayına  və 

yerləşməsinə görə fərqlənirlər. Onlar ali bitkilərdə az miqdarda 

yayılmışlar.  Hibberellinlər  inkişaf  etməkdə  olan  bitkilərə 

tənzimləyici  təsir  göstərirlər.  50-dən  artıq  təbii  hibberellinlər 

mövcuddur (T.Qudvinə və E.Merserə görə, 1986). Onlardan ən 

fəalı HA 

3

-hibberell turşusudur. Hibberell aktivliyi ali bitkilərin 



hətta  kökləri,  yarpaqları,  qönçələri,  erkəkcikləri,  toxumları, 

dişicikləri,  cavan  budaqları  daxil  olmaqla  bütün  hissələrində 

müşahidə olunur. Yetişməmiş toxumlarda hibberellinlərin daha 

mürəkkəb törəmələri tapılmışdır–hibberetion. 

Toxumların  və  meyvələrin  yetişməsi  boyunca  mürəkkəb 

formalı  hibberellinlərin  əmələ  gəlməsi,  onların  aktivliyinin 

azalması ilə müşahidə olunur. Belə ki, toxumların cücərməsi və 

ya çiçəklənməsi zamanı zəif aktivliyə malik olan formalar aktiv 

formaya  çevrilirlər.  Hibberellinlərin  ən  xarakterik  fizioloji  


 

195  


 

 



effekti–gövdənin  böyüməsinin  sürətlənməsidir.  Bu  böyümə 

həm  hüceyrələrin  bölünməsi,  həm  də  uzanması  hesabına  baş 

verir.  Ancaq  bəzi  tədqiqatçıların  rəyinə  görə  hüceyrələrin 

bölünməsinin sürətlənməsi heç də hibberellinlərin təsirinə görə 

baş  vermir.  Müəyyən  olunmuşdur  ki,  cücərən  toxumlarda 

(dənlərdə), rüşeymdə əmələ gələn hibberellinlər, aleyron qatına 

və  endospermə  keçirlər,  burada  α-amilazanın  və  başqa 

hidrolitik  fermentlərin  biosintezinə  görə  məsuliyyət  daşıyan 

nRNT-in  əmələ  gəlməsinə  köməklik  göstərirlər.  Bu  da  dənin 

ehtiyyat maddələrinin toplanmasına səbəb olur, yəni nişastanın 

hidroliz  yolu  ilə  şəkərə  qədər  parçalanması  baş  verir  və 

formalaşan  cücərtinin  böyüməsi  üçün  lazım  olan  maddələr 

əmələ gəlir.  

Hibberellinlər  kənd  təsərrüfatında  üzümün  toxumsuz 

sortlarının məhsuldarlığını və toxumların cücərmə qabiliyyətini 

artırmaq üçün tətbiq olunur. Payızlıq dənli bitkilərin hibberellin 

preparatları  ilə  işlənməsi  yarovizasiyanı  əvəz  edir,  xırda  bitki 

sortlarında gövdənin böyümə qabiliyyətini artırır.  

Bitkinin  çiçəklənməsini  sürətləndirmək  üçün  lazım  olan 

hibberellinin  dozası,  növündən  asılı  olaraq  bir  bitki  üçün  30-

100 mkq arasında tərəddüd edir.  

Sitokinlər.  Kimyəvi  quruluşlarına  görə  sitokinlər– 

aminopurinin törəmələri sayılırlar. Đki təbii sitokin məlumdur: 

 

                                        CH



        NH–CH

2

CH=C  


 

              N                       CH



  

   N 

 

 



        N   NH 

        Zeatin 

  


 

196  


 

 



                                                         CH

2

OH  


                          NH–CH

2

CH=C 



                       N  

         CH

3

  



               

            N                        

 

 

                 N   NH 



            6-(3-metil-2-butenilamino)-purin 

 

Zeatin  yetişməmiş  qarğıdalı  toxumlarında,  pambıq 



yumurtacığında,  kokos  südündə  olur.  12  müxtəlif  sitokin 

müəyyən  olunub.  Onlar  əsasən  bitkinin  kökündə  olan 

toxumalarının  böyüyən  hüceyrələrində  sintez  olunur,  sonra 

zoğa  keçir  və  bitkinin  yerüstü  orqanlarında  maddələr 

mübadiləsini tənzimləyir.  

Sitokinlər  paxlalılarda  hüceyrələrin  bölünməsini  stimul-

laşdırır  və  toxumların  cücərməsinə  səbəb  olur.  Bundan  başqa 

sitokinlər  bitkilərdə  qocalmanı  ləngidir.  Məlum  olmuşdur  ki, 

təbii  sitokinlər  nRNT-nin  bütün  növlərində  rast  gəlinir. 

Sitokinlərin  sintetik  analoqları,  məsələn,  6-benzil-aminopurin, 

bəzi  tərəvəz  bitkilərinin  və  güllərin  (qərənfil,  zanbaq  və  s.) 

şitillənməsi üçün istifadə olunur. 




Yüklə 24,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin