202
Qlükovanilin bitkilərin tərkibində geniş yayılmışdır. Ən
çox paxlalı bitkilərdə təsadüf olunur. Bundan başqa
qlükovanilin polimer fenol maddələri ilə birləşmiş şəkildə olur.
Polimer fenol maddəsinin nümayəndəsi olan liqninin və
melaninin tərkibində birləşmiş şəkildə olur.
Onların hidroliz məhsullarından həm sərbəst vanilin, həm
də qlükovanilin əmələ gəlir. Bitkilərdə xüsusi fermentin təsiri
ilə qlükovanilin asan parçalanaraq, qlükozaya və vanilinə
ayrılır.
Vanilin qiymətli ətirli maddə olduğu üçün qida və
ətriyyat sənayesində, hətta müalicəvi xüsusiyyətə malik
dərman preparatlarının hazırlanmasında istifadə olunur.
Amiqdalin.
Bu
qlikozidin
aqlikonu
azottərkibli
birləşmələrdən əmələ gəlmişdir. O, ən çox şaftalının (2-3%),
əriyin, gavalının (1-2%), gilasın (0,8%) çəyirdəyində, acı
püstənin toxumunda (2,5-3,5%), az miqdarda isə almanın,
armudun toxumlarında rast gəlinir. Onun karbohidrat tərkibi
disaxaridlərin nümayəndəsi olan hentibiozadan, aqlikonu isə
sinil turşusunun və benzoy aldehidinin qalıqlarından təşkil
olunmuşdur.
CH
2
OH O CH
2
H O H O H
H H O–C
OH H HO OH H H C N
OH H
H OH H OH
Amiqdalin
Amiqdalin–ağ rəngli, kristallik formaya malik iysiz
maddədir. Suda və spirtdə yaxşı həll olur.
Turşu və ferment təsirindən hidroliz zamanı β-D-
qlükozaya, benzoy aldehidinə və sinilin turşusuna çevrilir.
203
Prunazin. Bu qlikozid quruluşuna görə amiqdalinə
oxşayır. Onun əmələ gəlməsində bir molekul β-qlükoza,
benzoy aldehidi və sinilin turşusu iştirak edir.
CH
2
OH H
H O
H O C
OH H
OH H C N
H OH
Prunazin
Prunazin meşə gilasının, zoğalının və başqa yabanı
meyvələrin tərkibində daha çox olur.
Vitsin. Paxlalı bitkilərin (lobya, noxud və s.) bəzi
növlərinin toxumlarında olan qlikoziddir. Hidroliz zamanı β-
qlükozaya, sinil turşusuna və divisinə parçalanır.
N
CH
2
OH N C C C NH
2
H O
H O C N
OH H C
OH H
H OH NH
2
Vitsin
Vitsin paxlalıların toxumunda başqa sianogen qlikozidlə -
vitsianinlə birlikdə olur. Vitsianin qlükozadan, arabinozadan,
divisindən və sinil turşusundan ibarətdir.
Dostları ilə paylaş: