Fitohormonlar və ya bitki hormonları-bitkilərin intensiv



Yüklə 24,01 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü24,01 Kb.
#42136
1   2   3   4   5
Adsız 1

Abstsiz  turşusu.  Kimyəvi  quruluşuna  görə  abstsiz 

turşusu–izoprenoiddir: 

 

           H



3

C      CH

3

                      CH



  

                              CH                  C 

                              OH       CH                CH 

                               

         O                   CH

3

                           COOH 



  


 

197  


 

 



Abstsiz  turşusu–təbii  ingibitordur,  onun  ikinci  adı 

dormindir. O, yarpaqların və tumurcuqların sakit (dəyişməyən) 

vəziyyətdə  qalmasına  səbəb  olur.  Abstsiz  turşusu  toxumların 

cücərməsini 

ləngidir, 

gövdənin 

ayrı-ayrı 

hissələrinin 

böyüməsinə mane olur. Abstsiz turşusu payızda toxumlarda və 

tumurcuqlarda toplanır.  

Ali bitkilərin bir çox toxumları abstsiz turşusunu mevalon 

turşusundan sintez etmək qabiliyyətinə malikdir.  

                        

                     HO                   CH

HOOC                        C 



                   CH

2

                     CH



2

CH 


2

OH  


 

Bu  sintez  avokado  tropik  bitkisinin  rüşeymlərində  və 



ləpələrində,  gövdələrində  və  yarpaqlarında,  günəbaxanın 

köklərində, buğdanın rüşeymində və  endospermində müşahidə 

olunur.  Pambıq  toxumalarının  rüşeymlərində  proteazanın  və 

izositrat–liazanın 

sintezini, 

çovdarın 

aleyron 

qatının  


hüceyrələrində  α-amilazanın  sintezinə  nəzarət  edən  RNT-in 

spesifik  növlərinin  məhdud  sayda  sintezini  ləngidir.  Bundan 

başqa abstsiz turşusu yarpaqlarının ağızcıqlarının bağlanmasına 

səbəb  olur  və  beləliklə  də,  kalium  ionlarının  və  hidrogen 

protonlarının  hüceyrə  membranlarından  keçməsinə  təsir 

göstərir.  Nəticədə  hidrogen  protonları  hüceyrədən  çıxa 

bilmirlər,  hüceyrədə  osmos  təzyiqi  aşağı  düşür  və  ağızcıq 

bağlanır.  

Abstsiz turşusunun preparatları bitkiçilikdə ingibitor kimi 

istifadə olunurlar. 

Etilen. Doymamış karbohidrogen-etilen CH

2

=CH



2

 həmişə  


az  miqdarda  maddələr  mübadiləsinin  aralıq  məhsulu  kimi 

bitkilərdə əmələ gəlir. 

Daha çox miqdarda etilen bitkilərin qocalan və ya yetişən 

toxumalarında,  eləcə  də,  yetişməmiş  toxumalarda  əmələ  gəlir. 

Yetişmiş  toxumalarda  etilen  çox  az  miqdarda  əmələ  gəlir.  



 

198  


 

 



Bununla  belə,  bütün  bitkilər  yaşından  asılı  olmayaraq 

toxumaların  mexaniki  zədələnməsində,  aşağı  temperaturlarda, 

su  çatışmamazlığında  və  ya  başqa  stress  vəziyyətləri  zamanı 

çoxlu sayda etilen əmələ gətirir. 

Meyvələrdə,  çiçəklərdə,  yarpaqlarda,  gövdələrdə  və 

köklərdə  olan  etilen  auksinlərin  antaqonistləri  sayılırlar. 

Etilenin təsiri ilə hüceyrələrin böyüməsi ləngiyir və onlar daha 

tez  qocalır,  yetişmə  sürətlənir,  meyvələrin  və  yarpaqların 

tökülməsi  tezləşir.  Metionin  aminturşusu  etilenin  törəməsi 

sayılır.  

 

CH

3



S–(CH 

2

)



–HC– COOH  

 

                    NH



2

  

 

Metioninin  etilenə  çevrilməsi  prosesində  CH

3

S  qrupu 



toxumada  qalır  və  yenidən  metioninin  sintezində  iştirak  edir, 

metioninin  etilenə  çevrilməsi  nəticəsində  əmələ  gələn  qarışqa 

turşusu və CO

2

 molekulu ayrılır, aminqrupu isə -NH



4

+

  forma-



sında olur. 

Etilenin  meyvələrin  yetişməsini  sürətləndirmək  qabiliy-

yəti bir çox illərdir ki, məlumdur. Etilenin təsiri ilə toxumaların 

yumşalması  sürətlənir,  ehtiyyat  birləşmələrinin  hidrolizi 

tezləşir  və  saxlanılan  meyvələrin  rəngi,  ətri  və  tənəffüs 

səviyyəsi  dəyişir.  Müxtəlif  növ  meyvələr  etilenə  qarşı  fərqli 

reaksiya göstərirlər.  

Bəzi  

meyvələrdə 

etilenin 

hüceyrədaxili 

miqdarı  


yetişmədən  əvvəl  artır,  məsələn,  yetişəndə  -3  dəfə,  çünki 

etilenin sintezi bilavasitə meyvənin özündə gedir. Avokado və 

manqo  meyvələrində  etilen  meyvənin  bitkidən  ayrılmasından 

sonra toplanır.  

Bananların  bəzi  növlərində  yetişmə  üçün  lazım  olan 

etilen  konsentrasiyası,  hətta  yetişməmiş  vəziyyətdə  kifayət 

qədər  olur,  ancaq  meyvə  yetişənə  qədər  buna  heç  bir  reaksiya  



 

199  


 

 



vermir.  Pomidorlarda,  yemişlərdə  etilenin  əmələ  gəlməsi 

yetişmə  fazası  dövründə  baş  verir  və  meyvənin  gövdəsinin 

üstündə qalmasından yaxud qalmamasından asılı olmur.  

Etilen yüksək uçuculuq qabiliyyətinə malikdir, buna görə 

də  bir  bitkidə  əmələ  gələn  etilen  onunla  bir  sırada  bitən 

bitkilərin inkişafına təsir göstərə bilər.  

Etilenin KMnO

4

 təsiri ilə etilenqlikola (CH



2

OH–CH 

2

OH)  



qədər  oksidləşməsi  qabiliyyəti  kənd  təsərrüfatında  onun 

atmosferdən kənarlaşdırılması üçün istifadə olunur.  

Konteynerlərə 

KMnO 

4

 

hopdurulmuş 



silikaqel 

yerləşdirilir,  nəticədə  etilen  oksidləşir  və  meyvələrin  yetişmə 

sürəti və çiçəklərin açılması ləngiyir.  

Molekulyar  səviyyədə  etilenin  təsir  mexanizmi  aydınlaş-

dırılmamışdır, ancaq müəyyən edilmişdir ki, o dənlərin inkişaf 

edən  ləpələrinin  Qolçi  aparatında  və  endoplazmatik  retikul 

membranlarında  zülalla  birləşir  və  beləliklə  də,  RNT-yə  daxil 

olaraq  hüceyrə  divarlarının  strukturunu  dəyişən  fermentlərin 

sintezini  stimullaşdırır.  Bitkilərdə  bir  sıra  biokimyəvi 

proseslərin  tənzimlənməsi  zamanı  etilen  abstsiz  turşusu  ilə 

birlikdə təsir göstərir.  

Kənd  

təsərrüfatında 

şəkər  

qamışının 

yetişməsini, 

ananasların çiçəklənməsini, eləcə də, bitkilərin təbii rənglərinin 

sürətləndirilməsi  üçün  etilen  və  ya  etileni  istehsal  edən  etefon 

(2-xloroetilfosfon  turşusu)  preparatı  istifadə  olunur.  Bundan 

başqa,  bitkilərin  etefonla  işlənməsi  zamanı  (aerozol  şəklində) 

bitkinin 

gövdəsi  


böyümür, 

ananasların 

çiçəklənməsi 

sinxronlaşır (eyni vaxta çiçəklənmə).  

Plantasiyada 

dənlilərdə, 

paxlalılarda 

və  

tərəvəz 


bitkilərində yan zoğlarının sayı artır.  

Bu 


hormon  

bitkinin 

çiçəklənməsini, 

inkişafını, 

meyvələrin  yetişməsini  tezləşdirir.  Hal-hazırda  etilen  bəzi 

meyvə-tərəvəz  məhsullarının  saxlanması  zamanı  onların 

yetişməsini sürətləndirir.  

  


 

200  



 

  



1.12.Qlikozidlər 

 

Qlikozidlər – təbiətdə geniş yayılmış üzvi birləşmələrdir. 



Onların  tərkibi  şəkər  qalıqları  ilə  qeyri-karbohidrat  molekulla-

rının birləşməsindən əmələ gəlmişdir. Qeyri-karbohidrat birləş-

mələrinə aqlikonlar da deyilir. Qlikozidlər acıtəhər dada, spesi-

fik  ətirə  malik  olmaqla  qida  sənayesində  mühüm  əhəmiyyət 

kəsb edir. Onunla zəngin olan bitki mənşəli xammallar qida sə-

nayesində geniş istifadə olunur. Qlikozid molekullarının əmələ 

gəlməsində  aqlikon  kimi  alifatik  və  aromatik  spirtlər,  aldehid-

lər, steroidlər,  alkoloidlər və qeyriləri də iştirak  edirlər. Tərki-

bindəki karbohidratların müxtəlifliyinə görə qlikozidlər bir ne-

çə qrupa ayrılırlar. Məsələn, pentozidlər. Bu qlikozidlərin əmə-

lə  gəlməsində  aqlikonlar  karbohidratların  hidroksil  qrupu  ilə 

birləşirlər. Əgər pentozid ksilozadan, arabinozadan və ya ribo-

zadan ibarət olarsa, onda alınmış pentozidə ksilozid, arabinozid 

və  ya  ribozid  deyirlər.  Təbiətdə  heksozaların  da  çoxlu  sayda 

qlikozidləri,  yəni  heksozidləri  mövcuddur.  Bunlara  misal  ola-

raq,  qalaktozidlər,  qlükozidlər,  fruktozidlər,  monnozidlər  və  s. 

göstərmək  olar.  Bundan  başqa  bitkilərdə  disaxaridlərin  də  qli-

kozidlərinə  rast  gəlinir.  Şəkərlərin  quruluşundan  asılı  olaraq 

qlikozidlər α- və β-formalarda olurlar. Məsələn:  

H–C–OCH 

3

                            H



3

CO–C–H   


 

H–C–OH                                       H–C–OH  



 

      HO–C–H                                       HO–C–H  

 

H–C–OH                                       H–C–OH    



 

H–C–OH                                       H–C–OH 

 

     CH 


2

OH                                         CH



2

OH  

α-metilqlikozid                        β-metilqlikozid  


 

201  


 

 



Təbiətdə  yayılmış  qlikozidlərin  əmələ  gəlməsində 

hidroksil  qrupu  iştirak  etdikdə,  onun  aqlikonu  O-qlikozidlər, 

kükürd  olduqda–S-qlikozidlər,  azot  olduqda  N-qlikozidlər, 

karbon  olduqda  isə  C-qlikozidlər  adlanırlar.  Bu  posesi 

sxematik olaraq aşağıdakı kimi göstərmək olar:  

 

  



R–C–O–A          R–C–S–A           R–C–N–A         R–C–C–A         

 

O-qlikozid         S-qlikozid            N-qlikozid         C-qlikozid 



 

Burada, R–qlikozidin tərkibindəki karbohidrat molekulu-

nu göstərir, A isə aqlikonu göstərir. Bitkilərdən sintez olunmuş 

bir  çox  qlikozidlər  müalicəvi  xüsusiyyətə  malik  olub,  tibb 

sənayesində  geniş  istifadə  olunur.  Bundan  başqa  sənaye  üsulu 

ilə  alınmış  boyaq  (rəngləyici)  qlikozidlər  qida  sənayesinin 

müxtəlif  sahələrində,  o  cümlədən  qənnadı  məmulatlarının 

istehsalında  geniş  tətbiq  olunur.  Qlikozidlər  ən  çox  bitkilərin 

meyvəsində,  toxumunda,  yarpaqlarında  və  başqa  orqanlarında 

geniş  yayılmaqla,  qida  maddəsi  kimi  insanlar  tərəfindən 

istifadə  olunur.  Qlikozidlər  insanlarda  baş  verən  maddələr 

mübadiləsi  proseslərində  iştirak  edirlər.  Bir  neçə  qlikozidlərlə 

tanış olaq.   


Yüklə 24,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin