4.1.3. Düzbucaqlı potensial çuxurda hərəkət. Düzbucaqlı
potensial çuxurda hərəkət halı üçün Şrödinger tənliyi və onun
həlli. Potensial çuxurun divarları kifayət qədər hündür olduqda
zərrəciyin məhdud oblastda hərəkəti. Bu hal üçün zərrəciyin
enerjisi və dalğa funksiyası.
4.1.4. Xətti harmonik ossilyator. Klassik fizikada harmonik
ossilyator. Xətti harmonik ossilyatorun Hamilton operatoru və
Şrödinger tənliyi. Bu tənliyin yeni dəyişənlərlə ifadəsi. Asimp-
totik həll. Ermit tənliyi və onun həllinin sıra şəklində axtarılması.
Əmsallar üçün rekurrent düstur. Ermit polinomu. Xətti Harmonik
ossilyatorun enerji spektri və dalğa funksiyası. Sıfırıncı enerji və
onun təcrübədə təsdiqi. Harmonik ossilyatorun enerjisinin
minimum qiymətinin qeyri-müəyyənlik prinsipindən alınması.
Harmonik ossilyator üçün koordinat operatorunun matris elementi
və seçmə qaydası. Xətti harmonik ossilyator enerji təsvirində.