71) Göstərilənlərdən hansı elektrostimulyasiyanın aparılmasına göstərişdir?
A) Qanaxma
B) Ankilozlar
C) Enurez
D) Spastik iflic və parezlər
E) Kalkulyoz xolesistit
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
72) Göstərilənlərdən hansı elektrostimulyasiyanın aparılmasına əks göstərişdir?
A) Enurez
B) Hipotrofiyalar
C) Atoniya
D) Sümük sınıqları
E) Uşaq serebral iflici
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
73) Dadinamoterapiya nədir?
A) Sinusoidal modullaşmış cərəyanla müalicədir
B) Yüksək gərğinlikli cərəyanla müalicədir
C) Düzbucaq formalı impuls cərəyanı ilə müalicədir
D) Alçaq gərginlikli sabit cərəyanla müalicədir
E) İki sabit alçaq tezlikli impuls cərəyani ilə müalicədir
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”Bakı. 2010.
74) Diadinamoterapiya ilə stimulyasiya apararkən hansı nəticə alınmalıdır?
A) Zəif vibrasiya hissi
B) Stimulyasiya olunan əzələnin yığılması
C) Aydın hiss olunan vibrasiya hissi
D) “İynə batması” hissi
E) Zəif ağrı hissi
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
75) Göstərilənlən xəstəliklərdən hansı diadinamoterapiyaya göstərişdir?
A) Qanaxma
B) Kalkulyoz xolesistit
C) Psixozlar
D) Spastik kolit
E) Sümük sınıqları
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
76) Göstərilən xəstəliklərdən hansı diadinamoterapiyaya əks göstərişdir?
A) Miokard infartı
B) Reyno xəstəliyi
C) Enurez
D) Nevrit
E) Osteoartroz
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
77) Amplipulsterapiyada hansı cərəyandan istifadə olunur?
A) Yüksək tezlikli dəyişən cərəyan
B) Sabit cərəyan
C) Zəif gücə malik dəyişən sinusoidal modullaşmış cərəyan
D) Eksponensial formalı cərəyan
E) Yarımsinusoidal formalı cərəyan
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
78) Göstərilənlərdən hansı amplipulsterapiya üçün xarakterik deyildir?
A) Stimylyasiya edici
B) Analgetik
C) Sedativ
D) Spazmolitik
E) Trofiki
Ədəbiyyat: Боголюбов В. М. , Пономаренко Г. Н. »Общая физиотерапия» М. 1999.
79) Göstərilən xəstəliklərin hansı amplipulsterapiyaya əks göstərişdir?
A) Periferik ifliclər
B) Öd kisəsinin diskineziyası
C) Tromboflebit
D) Enurez
E) Bronxial astma
Ədəbiyyat: Musayev Ə. V. , Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
80) Göstərilən xəstəliklərdən hansı amplipulsterapiyaya göstərişdir?
A) Nevralgiya
B) Təzə hemartroz
C) Epilepsiya
D) Kəskin anemiya
E) Urolitiaz
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V. , Mehdiyev P. S. “Ümumi fizioterapiya” Bakı. 2010
81) Fluktuorizasiya nədir?
A) Alçaq tezlikli dəyişən cərəyan
B) Alçaq gərginlikli, tezliyini xaotik dəyişən fasiləli sinusoidal cərəyan
C) Yüksək tezlikli, yüksək gərginlikli cərəyan
D) Düzbucaq formalı impuls cərəyanı
E) Alçaq gərginlikli, alçaq tezlikli dəyişən cərəyan
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı 2010.
82) Fluktuorizasiya üçün hansı müalicəvi effekt xarakterikdir?
A) Sedativ
B) Trofiki
C) Spazmolitik
D) Miostimulyasiya
E) Simpatolitik
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
83) Fluktuorizəedici cərəyan nəyə təsir edir?
A) Qanın laxtalanmasını azaldır
B) Toxumalarda qranulyasiya prosesini sürətləndirir
C) Hemostazı gücləndirir
D) Toxumalarda qranulyasiyanın yaranmasının qarşısını alır
E) Mikroorqanizmləri destruksiya edir
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
84) Fluktuorizasiya proseduraları necə dozalaşdırılır?
A) İstilik hiss etməklə
B) Elektrodların qoyulduğu nahiyədə “sancma” hissi ilə
C) Ağrısız vibrasiya hissi ilə
D) Milliampermetrin göstəricisinə əsasən
E) Anesteziya hissi ilə
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
85) Fluktuorizasiyaedici cərəyanla müalicəyə hansı xəstəlik göstərişdir?
A) Vibrasiya xəstəliyi
B) Kəskin tromboflebit
C) Hipertonik kriz
D) İrinli yaralar
E) Paradontoz
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
86) İnterferensterapiyada hansı cərəyandan istifadə edilir?
A) İki alçaq tezlikli daimi impuls cərəyanından
B) Aşağı gərginlikli zəif gücə malik sabit cərəyandan
C) Eyni vaxtda iki və daha çox orta tezlikli fasiləli cərəyandan
D) 5000 Hs tezlikdən yuxarı fasiləli sinusoidal cərəyandan
E) Yüksək gərginlikli zəif gücə malik sinusoidal cərəyandan
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010
87) Göstərilənlərdən hansı interferensterapiyanın müalicəvi təsirinə daxil deyildir?
A) Analgetik
B) Limfa axınını yaxşılaşdırmaq
C) Venoz qan axınını yaxşılaşdırmaq
D) Sedatif
E) Spazmolitik
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
88) Göstərilən xəstəliklərdən hansı interferensterapiyaya əks göstərişdir?
A) Parkinson xəstəliyi
B) Fantom ağrılar
C) Reyno xəstəliyi
D) Nevralgiya
E) Enurez
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
89) Göstərilənlərdən hansı interferensterapiyaya göstərişdir?
A) Tromboflebit
B) İmplantasiya olunmuş kardiostimulyator
C) Venaların varikoz genişlənməsi
D) Hamiləlik
E) Öd daşı xəstəliyi
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
90) Darsonvalizasiyada təsiredici amil nədir?
A) Santimetr diapazonlu elektromaqnit şüaları
B) Səs diapazonlu mexaniki rəqslər
C) Ultrayüksək tezlikli elektrik sahəsi
D) Orta tezlikli yüksək gərginlikli dəyişən cərəyan
E) Yüksək tezlikli maqnit sahəsi
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S., ”Ümumi fizioterapiya”. Bakı. 2010.
91) Darsonvalizasiyanın bakterisid effekti nə ilə əlaqədardır?
A) İonlaşdırıcı şüaların təsiri ilə
B) Elektroliz məhsullarının əmələ gəlməsi sayəsində hüceyrə lizisi
C) Mikroorqanizmlərin hüceyrə qişasının destruksiya etməklə
D) Təsir olunan nahiyyədə faqositozu gücləndirməklə
E) Mikroorqanizmlərdə maddələr mübadiləsini pozmaqla
Ədəbiyyat: Ədəbiyyat:Musayev P. S., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
92) Darsonvalizasiyan müalicəvi təsiri özünü necə təzahür etdirir?
A) Antifobiyanın yaranması ilə
B) Dəri qaşınmasının azalması ilə
C) Arteriolların spazmı ilə
D) Əzələlərin yığılması ilə
E) Dəri temperaturunun kəskin yüksəlməsi ilə
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterpiya”. Bakı. 2010.
93) Darsonvalizasiyaya hansı xəstəlik göstərişdir?
A) Periferik iflic zamanı əzələ atrofiyası
B) Gərginlik stenokardiyası IV FS
C) Kəskin radikulit
D) Gec sağalan trofiki xoralar
E) Mədənin xora xəstəliyinin kəskin dövrü
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
94) Göstərilənlərdən hansı darsonvalızasiyaya əks göstərişdir?
A) Bronxial astma
B) Hemorroy
C) Qanayan yaralar
D) Kardionevroz
E) Gicişən dermatozlar
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010
95) UYT - terapiya zamanı əsas təsiredici fiziki amil nədir?
A) Alçaq gərginlikli dəyişən elektrik sahəsi
B) 2375 MHs tezlikli elektromaqnit şüalanması
C) Yüksək gərginlikli daimi elektrik sahəsi
D) 460 MHs tezlikli elektromaqnit şüalanması
E) Ultrayüksək tezlikli dəyişən elektrik sahəsi
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumu fizioterapiya”. Bakı. 2010.
96) UYT - terapiya hansı müalicəvi xüsusiyyətə malikdir?
A) Tonuslandırıcı
B) Hemolitik
C) Sedativ
D) Damargenişləndirici
E) Miostimulyasiya edici
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S., ”Ümumi fizioterapiya”. Bakı. 2010.
97) İmmunosupressiv effekt almaq üçün UYT - sahə ilə haraya təsir etmək lazımdır?
A) Cinsi vəzlərə
B) Mədəaltı vəzə
C) Dalağa
D) Böyrəküstü vəzlərə
E) Qalxanabənzər vəzə
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Физиотерапия и курортология». М. в 3 - х томах. 2008.
98) UYT - terapiya proseduralarında nədən istifadə olunur?
A) Maqnitoforlardan
B) Vakumlu şüşə elektrodlardan
C) Kondensator lövhələrdən
D) Rezonanslı induktor disklərdən
E) Şüalandırıcılardan
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
99) UYT - terpiya proseduraları necə dozalaşdırılır?
A) Cərəyanın gücünə görə
B) Cərəyanın sıölığına görə
C) Gərginliyin hüduduna görə
D) Udulan enerjinin həddinə görə
E) Aparatın buraxılış gücü və təsir etmə müddətinə görə
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
100) UYT – terapiyanı eyni gündə hansı prosedura ilə vermək olmaz?
A) Balneoterapiya ilə
B) İfratyüksək tezlikli terapiya ilə
C) Peloidoterapiya ilə
D) Dərman elektroforezi ilə
E) Masajla
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
101) Göstərilənlərdən hansı UYT - terapiya əks göstərişdir?
A) Punksiyaya qədərki irinli haymorit
B) Donvurma II dərəcə
C) Hipertoniya xəstəliyi II mərhələ
D) Bronxial astma
E) Hidradenit
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
102) UYT - terapiyanı hansı xəstəlikdə təyin etmək olmaz?
A) İmpotensiyada
B) Sonsuzluqda
C) Yataq yaralarında
D) Çapıq xəstəliyində
E) Kəskin otitdə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
103) İnduktotermiya müalicə üsulunda hansi cərəyandan istifadə olunur.
A) İfratyüksək tezlikli elektromaqnit şüalanmasından
B) Yüksək gərginlikli daimi elektrik sahəsindən
C) Yüksək tezlili dəyişən cərəyandan
D) Yüksək tezlikli dəyişən elektromaqnit sahəsindən
E) Ultryüksək tezlikli elektrik sahəsindən
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S., ”Ümumi fizioterapiya”, Bakı. 2010.
104) İnduktotermiya təsirindən canlı toxumalarda nə baş verir?
A) İonların bir istiqamətli yerdəyişməsi
B) Elektrik yüklənmiş hissəciklərin rəqsi hərəkəti
C) Elektrik yüklənmiş hissəciklərin qütbləşməsi
D) Statik elektrik sahəsinin yaranması
E) Kavitasiya prosesləri
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”, Bakı. 2010.
105) İnduktotermiya hansı müalicəvi təsirə malikdir?
A) Venotonik
B) Miostimulyasiya edici
C) Bakterisid
D) Damargenəldici
E) Kardiotonik
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
106) Hansı nahiyəyə induktotermiya ilə təsir edərkən immunodepressiv müalicəvi effect almaq olar?
A) Qalxanabənzər vəzlər
B) Cinsi vəzlər
C) Limfa düyünləri
D) Baş beyin
E) Böyrəküstü vəzlər
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Курортология и физиотерапия». М. в 3 –х томах. 2008.
107) İnduktotermiyanın müalicəvi təsiri özünü nədə göstərir?
A) Ağrı reseptorlarının (nosiseptorların) blokadası
B) Sinir keçiriciliyinin yüksəlməsi
C) Əzələ tonusunun azalması
D) Böyrək daşlarının lizisi
E) Ürəyin yığılma qabiliyyətinin güclənməsi
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
108) Hansı xəstəlikdə induktotermiya əks göstərişdir?
A) Xroniki daşsız xolesistit
B) Müalicə verilən hahiyyədə metallosintezin olması
C) Osteoartroz
D) Sklerodermiya
E) Xora xəstəliyinin yarıkəskin dövrü
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
109) İnduktotermiya təsiri zamanı enerji ən çox harada udulur?
A) Sümüklərdə
B) Dəridə
C) Dərialtı piy qatında
D) Vətərlərdə
E) Əzələ və parenximatoz üzvlərdə
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
110) Göstərilən xəstəliklərdən hansında induktotermiya təyin oluna bilər?
A) İrinli sinusit
B) Kəskin bronxit
C) Hemorragik insult
D) Reyno xəstəliyi
E) Hamiləlik
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
111) İnduktotermiyanı hansı müalicə üsulu ilə eyni gündə təyin etmək olmaz?
A) Peloidoterapiya ilə
B) Amplipulsterapiya ilə
C) Qalvanik cərayanla
D) Ultrayüksək tezlikli terapiya ilə
E) Diadinamoterapiya ilə
Ədəbiyyat: Боголюбов В. М. »Курортология и физиотерапия». М., в 3 - х томах. 2008.
112) Mikrodalğalarla terapiya zamanı hansı fiziki amildən istifadə olunur?
A) Ultrayüksək tezlikli elektrik sahəsi
B) Yüksək gərginlikli dəyişən cərəyan
C) Yüksək gərginlikli daimi elektrik sahəsi
D) İfratyüksək tezlikli elektromaqnit sahəsi
E) Alçaq gərginlikli sabit cərəyan
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
113) Desimetrli dalğaların müalicəvi təsiri hansı biofiziki mexanizmlərlə baş verir?
A) Su iə bağlı olan dipolların osilyator rəqsi ilə
B) Membran polyarizasiyası ilə
C) Bioradikalların yaranması ilə
D) Cərəyan keçiriciliyi ilə
E) Elektrolizlə
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Курортология и физиотерапия». М. в 3 - томах. 2008
114) Desimetrli dalğalar hansı müalicəvi təsirə malikdir?
A) Sedativ
B) Defibrozlaşdırıcı
C) Anabolik
D) Venotonik
E) İltihab əleyhinə
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М., Пономоренко Г. Н. »Общая физиотерапия». М. 1999.
115) Elektromaqnit dalğaları ilə müalicə necə dozalaşdırılır?
A) Elektromaqnit şüalandırıcının buraxılış gücü ilə
B) Maqnit induksiyasının həcminə görə
C) Sahənin gərginliyinə görə
D) Cərəyanın gücünə görə
E) İntensivliyə görə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
116) Mikrodalğalarla müalicə nə zaman əks göstərişdir?
A) Deformasiya edici osteoartrozda
B) Öd yollarının hipermotor tipli diskineziyasında
C) Kəskin qızılyel xəstəliyində
D) Revmatoidli artritdə
E) Xroniki iltihabi xəstəlikərin proliferasiya mərhələsində
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
117) Desimetrli dalğalarla müalicə hansı halda təyin oluna bilər?
A) Diensefal sindrom zamanı
B) Kəskin iltihabi proseslər zamanı
C) Hemorragik qastrit zamanı
D) İrinli iltihabi proseslər zamanı
E) Yarımkəskin iltihabi xəstəliklər zamanı
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
118) Santimetrli dalğalarla terapiyanı hansı fiziki amillərlə müştərək vermək olmaz?
A) Ultrasəs terapiyası ilə
B) Diadinamoterapiya ilə
C) Lazerterapiyası iə
D) Dərman elektroforezi ilə
E) Peloidoterapiya ilə
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Курортология и физиотерапия». М. в 3 - х томах. 2008.
119) Hansı xəstəlikdə santimetr dalğalı elektromaqnit dalğalar təyin etmək olmaz?
A) Daban mahmızı
B) Bronxial astma
C) Daxili üzvlərin yarımkəskin iltihabi xəstəlikləri
D) Xroniki iltihabi xəstəliklər
E) Müalicə verilən nahiyyədə metal qəlpənin olması
Ədəbiyyat: Musayev Ə. V., Mehdiyeb P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
120) Maqnitoterapiya zamanı təsir edici amil nədir?
A) Daimi yaxud dəyişən alçaq tezlikli maqnit sahəsi
B) Yüksək tezlikli elektromaqnit sahəsi
C) Dəyişən elektrik cərəyanı
D) Ultrayüksək tezlikli elektrik sahəsi
E) İfrat yüksək tezlikli elektromaqnit şüalanması
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. “Ümumi fizioterapiya”. Bakı. 2010.
121) Alçaq tezlikli maqnit sahəsinin orqanizmə hansı müalicəvi təsiri vardır ?
A) Əzələlərdə təqəllüs baş verir
B) Qanın laxtalanmasını artırır
C) Qanın laxtalanmasını azaldır
D) Güclü antibakterial effekt törədir
E) Spazmolitik effekt törədir
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
122) Alçaq tezlikli maqnitoterapiya necə dozalaşdırılır?
A) Maqnit induksiyasına görə
B) Verilən cərəyanın gərginliyinə görə
C) Elektrik sahəsinin gərginliyinə görə
D) Enerji axınının sıxlığına görə
E) Cərəyanın sıxlığına görə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
123) Alçaq tezlikli maqnitoterapiya proseduraları nə ilə icra olunur?
A) Kondensator lövhələr – elektrodlarla
B) Maqnitoforlarla
C) İnduktor - solenoidlərlə
D) Anten tipli şüalandırıcılarla
E) Qurğuşun elektrodlarla
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
124) Göstərilənlərdən hansı alçaq tezlikli maqnitoterapiyaya göstərşdir?
A) Hipertoniya xəstəliyi III mərhələ
B) Oblitersiya edici endoartrit
C) Kəskin rinit
D) Kalkulyoz xolesistit
E) Hemorragik insult
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
125) Alçaq tezlikli maqnitoterapiya hansı halda təyin oluna bilməz?
A) İnfarktdan sonrakı kardiosklerozda
B) Reyno xəstəliyində
C) Prostatitdə
D) Hamiləlikdə
E) Kelloid çapıqlarda
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
126) Optik diapazonlu elektromaqnit dalğalarının canlı toxumalara keçmə dərinliyi nədən asılıdır?
A) Dalğa uzunluğundan
B) Şüalanma müddətindən
C) Şüalandırıcının növündən
D) Dərinin rəngindən
E) İşıq selinin gücündən
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
127) Infraqırmızı şüaların müalicəvi təsiri canlı toxumalarda nə ilə xarakterizə olunur?
A) Fiziki - kimyəvi proseslərin zəifləməsi ilə
B) Fotosintezlə
C) Müalicə verilən nahiyyədə desensibilizasiya edici təsirlə
D) Şüalanan nahiyyədə temperaturun yüksəlməsi ilə
E) Fotobiosintez ilə
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterpiya”. Bakı. 2010.
128) İnfraqırmızı şüalarla müalicə nə zaman təyin oluna bilər?
A) Hamiləlikdə
B) Piylənmədə
C) Ensefalitdə
D) Vegetativ distoniyada
E) Simpatalgiyada
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010
129) Göstərilən xəstəliklərdən hansında infraqırmızı şüalar təyin oluna bilməz?
A) Araxnoiditdə
B) Artrozda
C) Miozitdə
D) Donvurmada
E) Trofiki xoralarda
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
130) Görünən işıq şüalarının orqanizmə təsiri hansıdır?
A) Dehidratasiya törədir
B) Hipotenziv
C) İmmunstimulyasiya edici
D) Analgetik
E) Psixoemosional
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
131) Yenidoğulmuşlarda fizioloji sarılığın müalicəsində hansı dalğa uzunluqlu şüalar fotobiloji təsir göstərir?
A) 450 - 460 nm
B) 320 - 275 nm
C) 750 – 400 nm
D) 180 nm və daha qısa
E) 275 – 180 nm
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
132) Görünən şüalarla müalicəni hansı xəstəlikdə vermək olmaz?
A) Fotooftalmiya
B) Nevroz
C) Mövsümü emosional depressiya
D) Yorğunluq
E) Yuxu pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapya”. Bakı. 2010.
133) Ultrabənövşəyi şüaların təsirindən dəridə bu proseslərdən hansı baş vermir?
A) Bioaktiv radikalların yaranması
B) Fotoliz
C) Fotoizomerləşmə
D) Fotosintez
E) Fotobiosintez
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
134) Göstərilənlərdən hansı ultrabənövşəyi eritemanın əlamətidir?
A) Şüalanma kəsildikdən 20 – 30 dəqiqə sonar izsiz itir
B) 3 - 12 saatdan sonar əmələ gəlir
C) Dəridə qırmızı ləkədir
D) Təsirdən həmən sonar əmələ gəlir
E) Aydın sərhədi yoxdur
Ədəbiyyat: Ədəbiyyat:Боголюбов В. М. »Курортология и физиотерапия». М., в 3 - х том. 2008 .
135) Göstərilənlərdən hansı ultrabənövşəyi şüaların təsirinə daxil deyildir?
A) Melanin əmələ gətirmə
B) Hipotenziv təsir
C) Analgetik
D) Vitamin əmələ gətirmə
E) İmmunstimulə edici
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. . ”Ümumi fizioterapiya”. Bakı. 2010.
136) Xəstəliklərdən hansı eritem dozada ultrabənövşəyi şüalarla müalicəyə əks göstərişdir?
A) Artrit
B) Kəskin qızılyel iltihabı
C) Hipertireoz
D) Psoriaz
E) Yaralar
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
137) Göstərilənlərdən hansı suberitem dozada ultrabənövşəyi şüalarla müalicəyə əks göstərişdir?
A) Kəskin iltihabi xəstəliklər
B) Hemorragik vaskulit
C) Podaqra
D) Astenik sindrom
E) Sistem qırmızı qurd eşənəyi
Ədəbiyyat: Ədəbiyyat:Musyev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
138) Qısadalğalı ultrabənövşəyi şüaların selikli qişalara təsir effekti hansıdır?
A) Spazmolitik
B) Bakterisid
C) Trofik
D) Damargenişləndirici
E) Dezintoksikasiya
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
139) Lazer şüalarının təsirindən nə baş verir?
A) Venoz damar divarının tonusu yüksəlir
B) Qanın laxtalanması yüksəlir
C) Spazmolitik effekt yaranır
D) Regionar qan dövranı yaxşılaşır
E) Əzələ təqəllüsü baş verir
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
140) Lazer şüaları ilə müalicəyə hansı xəstəlik göstərişdir?
A) Ürəyin işemik xəstəliyi
B) Tireotoksikoz
C) Mədə qanaxması
D) Lazer şüalarını fərdi olaraq pis keçirmə
E) Kəskin bronxit
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
141) Aerozolterapiya nədir?
A) Dərman bitki dəmləmələrinin müalicədəd tətbiqi
B) Qaz qarışıqlarının oksigenin yüksək porsial təzyiqi ilə müalicədə istifadəsi
C) Dərman maddələrinin aerozol şəklində müalicədə tətbiqi
D) Hava mühiti aerionlarının müalicədə tətbiqi
E) Duz mədənində müalicənin aparılması
Ədəbiyyat: Ədəbiyyat:Musayev Ə. V., Mehdiyev P. S. ”Ümumi fizioterapiya”. Bakı. 2010.
Dostları ilə paylaş: |