Fondların (kapitalların) və məqsədli maliyyələşmə və daxilolmaların uçotu


Aktivlərin (kapitalın) cari dəyər əsasında qiymətləndirilməsi



Yüklə 119,5 Kb.
səhifə3/5
tarix18.05.2022
ölçüsü119,5 Kb.
#58535
1   2   3   4   5
13-Kapitallın uçotu

Aktivlərin (kapitalın) cari dəyər əsasında qiymətləndirilməsi hal-hazırda analoji aktivlərin əldə edilməsi üçün odənilməli olan pul vəsaitinin və ya onun ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutulur.
Aktivlənri mümkün satış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edə biləcəyi pul vəsaitlərinin və ya onun ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutulur. Xalis satış dəyəri aktivivin satış qiyməti və onun satışa hazırlanması və satışı üçün çəkilən bütün xərclərin ( məsrəflərin) fərqinə bərabərdir.
Aktivlərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktiviv istifadəsindən gözlənilən gələcək xalis pul vəsaitinin daxilolmalarının hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutulur.
Aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında bağlaşma əsasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutulur. Belə bir bağlaşma tərəflərin məcbur edilməsi nəticəsində baş vermir. Müxtəlif şəraitdə ədalətli dəyər müxtəlif formada müəyyənedilə bilər. Bizim ölkə təcrübəsində ədalətli dəyərin ən yaxşı göstəricisi kimi bazar qiyməti hesab edilir.
Müəssisənin kapitalı aşağıdakı kimi nəzərə alına bilər:

  1. müəssisənin maliyyə kapitalı, yəni müəssisəyə qoyulmuş onun xalis aktivlərinin dəyərinə ( müəssisənin öz kapitalına) bərabər olan investisiyanın nominal dəyərivə ya sabit alıcılıq qabiliyyəti əsasənda qiymətləndirilmiş pul vəsaitlərinin məbləği;

  2. müəssisənin fiziki istehsalat məhsuldarlığı və ya bu məhsuldarlığın təmin edilməsinə tələb olunan resurslar.

Kapitalın saxlanmasına dair iki əsas konsepsiya mövcuddur:

  1. maliyyə kapitalının ( və ya müəssisəyə qoyulmuş investisiyanın dəyərinin) saxlanılması konsepsiyası;

  2. fiziki kapitalın (və ya müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyası.

Bu baxışlar kapitalınların nəticəsi kimi kapitalın saxlanması üzrə müvafiq konsepsiyalara uyğundur və onlar mənfəətin tanınmasının özünəməxsus kriteriyalarını nəzərdə tutur.
Belə ki, maliyyə kapitalının həcminin saxlanılması konsepsiyasına uyğun olaraq pul vəsaitlərinin sabit alıcılıq qabiliyyətli vahidləriylə müəyyənləşdirilirsə, sabit alıcılıq qabiliyyətli vahidlərlərlə qiymətləşdirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artması mənfəət hesab olunur. Beləliklə, hesabat dövrü ərzində müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətinin artmasının infilyasiyanın ümumi həcmindən artıq olan hissəsi karitalın saxlanmasına düzəliş və ya kapitalın bir hissəsi hesab olunur.
Fiziki kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq kapital müəssisənin fiziki məhsuldarlıq potensialı ilə müəyyənləşdirilir və bu potensialın dövr ərzində artımı mənfəət hesab edilir. Əks halda yalnız müəssisənin aktivlərinə və ya öhdəliklərinə təsir edən bütün qiymət diyişikliyi nəticəsində müəssisə tərəfindən saxlanılan aktivlərin dəyərinin artması kapitalının saxlanılmasına düzəliş və ya kapitalın bir hissəsi hesab edilir.
Nominal və real kapitalın saxlanılması konsepsiyaları arasındakı əsas fərq hesabatda aktivlərin dəyərinin artmasının tanınması qaydasıdır. Birinci halda o şirkətin mənfəətinin hissəsi kimitanınır.
İkinci halda isə artım, o mənfəətin hissəsi kimi real olduğu halda (zaman) tanınır.
Üçüncü halda isə bu artım, kapitalın saxlanmasına düzəliş kimi qiymətləndirilir və mənfəətin məbləğindən çıxılır.
Beləliklə, şirkətin maliyyə hesabataının göstəriciləri kapitalın saxlanması üzrə qəbul etdilyi konsepsiyadan asılıdır. Hər bir şirkət mövcud olan alternativ konsepsiyalardan özünə uyğun olan konsepsiyanı seçir və müəssisənin uçot siyasətində onu açıqlayır.


3. Kapital və ya xüsusi kapital tərkibində aşağıdakıları əks etdirir:
- Nominal(nizamnamə) karitalı;
- Emissiya gəliri;
- Geri alınmış kapital;
- Yenidənqiymətləndirmə üzrə ehtiyatlar;
- Məzənnə fərqləri üzrə ehtiyatlar;
- Qanunvericilik üzrə ehtiyatlar;
- Nizamnamə üzrə ehtiyatlar;
- Sair ehtiyatlar;
- Hesabat dövrünün xalis mənfəəti;
- Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət;
- Uçot siyasətindəki dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəətüzrə
mənfəət;

  • Elan edilmiş dividendlər.

Hal-hazırda təsis sənədlərində göstərilən kapitalı əks etdirmək məqsədi ilə “ “nizamnamə kapitalı”, nominal(nizamnamə) kapitalı, “pay fondu” və s. anlayışlardan istifadə edilir.”
Kommersiya təşkilatları üçün MMUS 2-də aşağıdakı anlayışlar belə xarakterizə edilir:

Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin