Fondların (kapitalların) və məqsədli maliyyələşmə və daxilolmaların uçotu


Kapital- bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktivlərinin dəyəridir. Kapital alətləri-



Yüklə 119,5 Kb.
səhifə4/5
tarix18.05.2022
ölçüsü119,5 Kb.
#58535
1   2   3   4   5
13-Kapitallın uçotu

Kapital- bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktivlərinin dəyəridir.
Kapital alətləri- bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hası müqavilədir.
Müəssisənin nizamnamə kapitalı- qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyata alınmış təsis sənədlərində müəssisənin kapitalının müəyyən edilmiş hissəsidir. Səhdar cəmiyətinin nizamnamə kapitalı bütün buraxılmış səhmlərin nominal dəyərinin cəminə bərabərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinimn tələblərimnə əsasən müəssisənin nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam buraxılmalı və ödənilməlidir. Başqa sözlə desək, Mülki Məcəllə səhmdarların nizamnamə kapitalına borcunun olmasına qadağa qoyur.
Ödənilmiş nizamnamə kapitalı- müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir.
Emissiya gəliri- buraxılmış səhmlərə görə onların nominal dəyərindən artıq ödənilmiş məbləğdir.
Emissiya güzəşti- səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinimn 1077.2-ci bəndinə əsasən səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.
Geri alınmış kapital (səhmlər)- sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış öz səhmləridir.
Ödənilmış kapital - mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır. Səhmdar cəmiyyətləri üçün ödənilmiş kapital ödənilmiş nizamnamə kapitalının və emissiya gəlirinin cəmindən geri alınmış kapital çıxıldıqdan sonra qalan məbləğdir.
Qazanıllmış kapital – müəsisənin mövud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış aşağıdakılar hesab olunur:

  1. müvafiq MMUS-un müddəalarına uyğun olaraq kapitalda birbaşa tanınan sair gəlirlərdən kapitalda birbaşa tanınan sair xərclər çıxıldıqdan sonra qalan məğləğ;

  2. müəssisənin xalis mənfəətindən dividendlər və digər bölüşdürmələr çıxıldıqdan sonra qalan məğləğ;


Yüklə 119,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin