Formal diLLƏr və avtomatlar nəZƏRİYYƏSİ



Yüklə 281 Kb.
səhifə19/25
tarix02.01.2022
ölçüsü281 Kb.
#43181
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
formal dillər və avtomatlar nəzəriyyəsi.Mühazirələr

5.5.Maqazin yaddaşlı avtomat

Maqazin yaddaçlı avtomatın (MY-avtomat) maqazin şəkildə təşkil edilmiş işçi lenti var. MY-avtomat yeddilik şəklində olur:


M = (К, Σ, Г, δ, p0, F, B0), haradaki

К – vəziyyətlərin sonlu çoxluğu;

Σ - əlifba;

Г – maqazin əlifbası;

δ – keçidlər funksiyası;

p0 – ilkin vəziyyət;

F - son vəziyyətlər çoxluğu;

B0 - Г çoxluğundan simvol-maqazinin sonunu bildirən marker.

Ümumi halda bu təyin determinə olmayan avtomata uyğun gəlir.MY-avtomat ixtiyari şəkildə olan KS-qrammatikanın təhlil vasitəsi kimi daha maraqlıdır.Bu fakt aşağıdakı teoremdə öz əksini tapır.

Teorem. KS-qrammatika ilə gələn dillər MY-avtomat tərəfindən tanınan dillərlə üst-üstə düşür.

İsbatı. Təhlilin iki strategiyası var:yüksələn və azalan təhlil.Bu təhlillərin ikisinə də baxaq.

1. MY-avtomatın yüksələn təhlili

Yüksələn strategiya zamanı dilin əsasını taparaq onu verilmiş qrammatikanın qaydalarına uyğun olaraq reduksiya edilir.Bunu MY-avtomatın aşağıdakı fəaliyyət alqoritmini tərtib edərək həyata keçirmək olar:


  1. İstənilən giriş simvolu maqazinə yazılır;

  2. Əgər maqazinin yuxarı hissəsində əsas əmələ gəlibsə,hansı ki,qaydanın sağ hissəsi ilə üst-üstə düşür.Onda o,bu qaydanın sol tərəfindəki terminala yazılır.

  3. Əgər maqazində aksiom qalıbsa və giriş zənciri tamamilə baxılmışdır,onda təhlil başa çatır.

Bu alqoritmə uyğun olaraq , G=( VT, VN, P, S) KS-qrammatikanın MY-avtomatını quraq :

M = (К, VT, Г, δ, p0, F, B0), haradaki Г = VT ∪ VN ∪ {B0},

K = {p0, F}, F = {f}.

δ keşidlər funksiyası aşağıdakı əmrlərdən ibarət olacaqdır:

а) p0, a, ε → p0, a – istənilən a ∈ VT;

б) p0, ε, ϕ’ → p0, A – bütün qaydalar üçün A → ϕ ∈ P, где ϕ’ – ϕ-nin əks təsviridir;

в) p0, ε, SB0 → f, B0.

Ümumi halda əmr aşağıdakı kimi olacaqdır:

pi, σ, γ → pj, λ , haradaki, pi ∈ K – əmrin yerinə yetirilməsinə qədər avtomatın vəziyyəti,

σ∈Vt –giriş lentindəki simvol, γ∈Γ – maqazinin yuxarısındakı simvol ,

pj ∈ K – əmrin yerinə yetirilməsindən sonra avtomatın vəziyyəti, λ∈Γ – maqazinə yazılan simvol.

Beləliklə, G qrammatikasında istənilən nəticə birmənalı olaraq ,MY-avtomatı tərəfindən qurulan əmrlər ardıcıllığına uyğun gəlir.



Misal.G qrammatikası verilmişdir:
S → S+A | S/A | A

A → a | (S);

VN={S, A}, VT={a, (, ), +, /}.

Verilmiş KS-qrammatika üçün MY-avtomatını quraq. Ekvivalent MY-avtomat aşağıdakı əmrlərdən ibarət olmalıdır.

1.Terminal simvolların maqazinə keçid əmrləri

p0, a, ε → p0, a ;

p0, +, ε → p0, + ;

p0, /, ε → p0, / ;

p0, (, ε → p0, ( ;

p0, ), ε → p0, ).

Bu əmrlər vasitəsilə terminal simvollar giriş lentindən maqazinə yazılır.

2.Qrammatika qaydalarına uyğun reduksiya əmrləri


p0, ε, A+S → p0, S ;

p0, ε, A/S → p0, S ;

p0, ε, A → p0, S ;

p0, ε, )S( → p0, A ;

p0, ε, a → p0, A.

Bu əmrlər qaydaların əks təsvirini əvəz edir.hansılar ki,qrammatikanın sol hissəsində maqazinin başında alınır.

3.Təhlilin sonunu bildirən yoxlama əmri

p0, ε, SB0 → f, B0.

Təhlil o zaman başa çatır ki,əgər maqazində aksiom və maqazinin sonunu bildirən marker qalıb və giriş zənciri tamamilə baxılmışdır.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin