Formal diLLƏr və avtomatlar nəZƏRİYYƏSİ


Alqoritmin təsvir üsulları



Yüklə 281 Kb.
səhifə2/25
tarix02.01.2022
ölçüsü281 Kb.
#43181
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
formal dillər və avtomatlar nəzəriyyəsi.Mühazirələr

Alqoritmin təsvir üsulları Alqoritmin əyani, yığcam və standart vasitələrlə təsviri onun kütləviliyini təmin edən əsas amildir. Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:

- sözlə (nəqli) təsvir;

  • sxemlə təsvir;

  • alqoritmik dillə təsvir.

Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icrası insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna bilər.

Alqoritmin ən yığcam təsvir vasitəsi alqoritmik dildir. Bu üsul alqoritmin icrasının kompüter vasitəsilə yerinə yetirildiyi halda daha əlverişlidir. Çünki alqoritmik dildə təsvir olunan alqoritm həm də məsələnin ilkin proqramıdır. Lakin bu üsul mürəkkəb alqoritmlərin oxunub başa düşülməsini xeyli çətinləşdirir. Alqoritmin təsvirində ən geniş tətbiq edilən sxem üsuludur. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya əksinə, bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar həndəsi fiqur şəklində ifadə olunur və bir-biri ilə şaquli, yaxud üfüqi xətlərlə birləşdirilir. Əgər xətlərin uclarında istiqaməti göstərən ox işarəsi yoxdursa, onda keçidin şaquli istiqamətdə yuxarıdan aşağıya, üfüqi istiqamətdə isə soldan sağa verildiyi qəbul olunmuşdur. lazım gəldikdə bloklar nömrələnir. Blokların qrafiki şəkildə ifadə olunması üçün Proqram Sənədlərinin Vahid Sistemi (PSVS) çərçivəsində standart qəbul olunmuşdur və bu aşağıdakı kimidir:




və s. Alqoritmin blok sxemini bütöv şəkildə qurmaq məsləhətdir, lakin lazım gəldikdə, blokları birləşdirən xətləri qırmaq mümkündür. Alqoritmin blok sxemlə təsvirin­ə hər bir mərhələnin məzmunu, mərhələlərin icra ardıcıllığı, təkrarlanan hissələr (dövrlər) aydın görünür. Mürəkkəb və böyük həcmli məsələlərin həlli zamanı blok sxemin tərtibi çox zəhmət və vaxt tələb edir. Belə hallarda alqoritmin hər bir bloku özündə bir neçə mərhələni əks etdirən ümumiləşdirilmiş blok şəklində təsvir olunur. Alqoritmin sonrakı dəqiqləşdirilməsi isə proqramlaşdırma mərhələsində yerinə yetirilir.

İstənilən hesablama prosesi aşağıdakı tipik ( elementar) alqoritmik strukturların kombinasiyasından təşkil olunur: xətti, budaqlanan, dövrü ( təkrarlanan)

Xətti alqoritmik struktur.

Xətti alqoritmik struktur iki və daha çox prosesin ardıcıllığından ibarətdir. Onun tərkibində seçmə bloku olmur.

Misal: Tərəfləri a, b, c olan üçbucağın sahəsinin hesablanması üçün alqoritm tərtib edək:

Budaqlanan alqoritmik struktur. Tərkibində məntiqi blok olan hesablama prosesini təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi blokla təyin olunur. Bu blokda müəyyən kəmiyyətlərin ( ilkin verilənlərin, aralıq nəticələrin və s.) bu və ya digər şərti ödəyib-ödəməməsi yoxlanılır və nəticədən asılı olaraq, bu və ya digər hesablama istiqaməti seçilir. İki blokdan ibarət olan prosesə sadə, ikidən çox budaqdan ibarət olan prosesə isə mürəkkəb budaqlanan struktur deyilir. Mürəkkəb budaqlanan struktur sadə strukturlarla ifadə oluna bilər.

Blok sxemdə hər hansı şərtdən asılı olaraq bütün hesablama istiqamətləri göstərilməlidir. Lakin proqramın icrası zamanı bu istiqamətlərdən yalnız birinə görə hesablama aparılır. Seçilən bir budağa görə hesablama prosesi sonlu nəticəyə gətirilib çıxarılmalıdır.

Alqoritmik dillərdə budaqlanan struktur iki cür olur:



  • tam formatlı budaqlanma;



  • natamam formatlı budaqlanma



Budaqlanan hesablama proseslərinin alqoritm və proqramlarını tərtib edərkən, əgər ayrı-ayrı budaqlarda təkrarlanan hesablama əməliyyatları varsa, onlar budaqlanmadan əvvəl yerinə yetirilməlidir.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin