FöVQƏladə hallar və onlarin təSNİfati


FÖVQƏLADƏ HALLARIN YAYILMA MİQYASINA GÖRƏ TƏSNİFATI



Yüklə 0,57 Mb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46800
1   2   3
Mövzu 2.1 TS.1. FH təsnifat

FÖVQƏLADƏ HALLARIN YAYILMA MİQYASINA GÖRƏ TƏSNİFATI
  • 4. Gözlənilməzlik dərəcəsinə görə:
  • gözlənilməyən (qəflətən baş verən) FH-lar (təbii fəlakətlər və s.);
  • gözlənilən (proqnozlaşdırılan) FH-lar (sosial, siyasi, iqtisadi vəziyyət və s.).
  • 5. Yayılma (inkişaf) sürətinə görə:
  • partlayış sürətli (zəlzələlər, partlayışlar, nəqliyyat qəzaları);
  • iti sürətli (yanğın, QKTM çıxımı ilə müşahidə olunan qəzalar və s);
  • tez yayılan (vulkan püskürməsi, radioaktiv maddələrin çıxımı ilə müşahidə olunan qəzalar, kommunal sistemlərdəki qəzalar, daşqınlar və s.);
  • mülayim sürətli (quraqlıq, epidemiya, ekoloji təhlükəli hadisələr, sənayenin təmizləyici qurğularındakı qəzalar və s.).
  • 6. Sahə mənsubiyyətinə görə:
  • tikintidə;
  • sənayedə;
  • nəqliyyatda;
  • kənd təsərrüfatında;
  • hərbi sahədə;
  • meşə təsərrüfatında;
  • kommunal-məişət sahəsində.
  • 7. Təsir müddətinə görə:
  • qısa müddətli;
  • uzun müddətli.
  • 8. Nəticələrin ağırlığına görə:
  • Bu təsnifatda hadisənin böyüklüyü, vurulmuş material itkilərin miqdarı, zərərçəkmiş və həlak olmuş insanların sayı, nəticələrin ləğvi üçün tələb olunan qüvvə və vəsaitlər əsas götürülür.
  • Həlak olanların sayına görə:
  • kiçik ağırlıqlı – 10 nəfərə qədər;
  • orta ağırlıqlı – 100 nəfərə qədər;
  • çox ağır 10 000 nəfərə qədər;
  • fəlakətli – 10 000 nəfərdən çox.
  • Təhlükə qarşısında olan (köçürülməyə ehtiyacı olan) insanların sayına görə:
  • kiçik təhlükəli – 100 nəfərə qədər;
  • orta təhlükəli – 1000 nəfərə qədər;
  • təhlükəli – 10 000 nəfərə qədər;
  • çox təhlükəli – 10 000 nəfərdən çox.
  • 9. Qarşısının alınması imkanına görə:
  • qarşısı alınan;
  • qarşısı alınmayan.
  • 10. Yaranma xarakterinə görə:
  • təbii xarakterli;
  • texnogen xarakterli;
  • bioloji xarakterli;
  • hərbi xarakterli;
  • sosial xarakterli;
  • ekoloji xarakterli.
  • FÖVQƏLADƏ HALLARIN ÜMUMİ TƏSNİFATI
  • Texnogen xarakterli fövqəladə hallar yaranma obyektinə, nəticələrinin miqyasına, ətraf mühitin çirklənməsinə və s. əlamtlərinə və xassələrinə görə təsnif olunurlar.
  • Yaranma obyektinə görə texnogen xarakterli fövqəladə hallar aşağıdakı kimi təsnif olunurlar:
  • Radioaktiv maddələrin çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş verən FH-lar.
  • Qəza-kimyəvi təhlükəli maddələrin (QKTM-lərin) çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş verən FH-lar.
  • Binalarda, kommunikasiya və texnoloji qurğularda və s. yerlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Dağıdıcı dalğaların, daşqınların və təhlükəli subasmaların yaranmasına səbəb olan hidrodinamiki qəzalar (bəndlərin dağılması və s.) nəticəsində baş verən FH-lar.
  • TEXNOGEN XARAKTERLİ FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI
  • Nəqliyyat qəzaları nəticəsində baş verən FH-lar.
  • Kommunal sistemlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Bioloji təhlükəli maddələrin (BTM-lərin) çıxımı ilə müşahidə olunan qəzalar nəticəsində baş verən FH-lar.
  • Bina və qurğuların qəflətən dağılması nəticəsində baş verən FH-lar.
  • Elektrik enerjisi sistemlərində baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Təmizləyici qurğularda baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • TEXNOGEN XARAKTERLİ FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI
  • Praktiki baxımdan yaranma xarakterinə görə texnogen xarakterli FH-ları praktiki baxımdan çox vaxt 6 əsas qrupa bölürlər:
  • Radiasiya təhlükəli obyektlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Kimyəvi təhlükəli obyektlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Yanğın-partlayış təhlükəli obyektlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Hidrodinamiki təhlükəli obyektlərdə baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • Nəqliyyat qəzaları nəticəsində yaranan FH-lar.
  • Kommunal-enerji sistemində baş verən qəzalar nəticəsində yaranan FH-lar.
  • YOXLAMA SUALLARI
  • 1. FH-lar münaqişə xarakterinə görə neçə növə bölünürlər?
  • 2. FH-lar yaranma səbəbinə görə neçə növə bölünürlər?
  • 3. FH-lar yayılma miqyasına görə neçə növə bölünürlər?
  • 4. FH-lar təsir müddətinə görə neçə növə bölünürlər?
  • 5. FH-lar yayilma (inkişaf) sürətinəgörə neçə növə bölünürlər?
  • 6. Praktiki baxımdan yaranma xarakterinə görə texnogen xarakterli fövqəladə halları hansı əsas qruplara bölürlər?

Mühazirənin Xülasəsi

  • Bu bölmədə,
  • Fövqəladə hallarda əhalinin köçürülməsi.
  • Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığı.
  • Fövqəladə hallar və onların təsnifatı.
  • Texnogen xarakterli fövqəladə hallar və onların xarakteristikası.
  • Hərbi xarakterli fövqəladə hallar və onların xarakteristikası.
  • Təbii xarakterli fövqəladə hallar və onların xarakteristikası haqqında bilikləri öyrəndiniz.
  • Müvəffəqiyyətlər diləyirik!..
  • DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin