Frankfurt məktəbi



Yüklə 67,3 Kb.
səhifə2/2
tarix26.12.2016
ölçüsü67,3 Kb.
#3510
növüMühazirə
1   2
XX əsrin sonu–XXI əsrin əvvəli radikalı üçün Erix Fromm irsi
İlk öncə, mənim mühazirələrimə müntəzəm olaraq gələnlərə xatırladıram və ilk dəfə gələnlərə məlumat verirəm ki, bu mühazirələr kursu hansısa konkret fəlsəfi doktrinanın və ya ayrı-ayrı mütəfəkkirlərin fikirlərinin şərhinə həsr olunmayıb. Əgər siz fəlsəfədə bu və digər istiqamət və ya fəlsəfi, sosioloji, siyasi fikir nümayəndələri haqqında tam məlumat əldə etmək istəyirsinizsə, o zaman kitabxanaya getməli və səbirlə oxumalısınız. Bu – radikal fikir kursudur. İctimai fikrin müxtəlif istiqamətlərindən, müxtəlif mütəfəkkirlərin yaradıcı irsindən mən konkret hissələri – “kərpicləri” seçirəm ki, şüurlu olaraq radikal rolunu seçmiş, ətraf mühitə, mövcud quruluşa, idarə edən rejimə qarşı çıxmış insan, yəni özünü inqilabçı kim formalaşdırmağa qərar vermiş insan bu “kərpiclərdən” öz dünya görüşünü yarada bilər. Bu “kərpiclər” ona, qrupda və partiyada müqavimət göstərməsindən asılı olmayaraq, Müqavimət vahidi olmağa imkan verir. Əgər belə bir imkan yoxdursa – qrupda və partiyada müqavimət göstərmək və ya aktiv müqavimət göstərmək imkanı yoxdursa, onda o, tək, öz daxili əqidəsinə əsaslanaraq bacardığı qədər uzun müddət davam gətirə, əclafa çevrilməyə bilər. İrtica dövrləri gec və ya tez bitir və (əgər ömür yetərsə) siz nə vaxtsa aktiv müqavimət vaxtına yetişəcəksiniz.

Yəni siz nəzərdə tutmalısınız ki, mən hər filosofun və ya hər ictimai fikir mütəfəkkirləri qrupunun nəzəriyyəsindən məhz “kərpicləri” seçdiyimə görə, təbiidir ki, “kərpiclər” bu ideoloqların fəlsəfəsini və ya siyasi baxışlarını əks etdirməyə bilər.

Məsələn bugünkü mühazirənin predmeti – Frommdur. Frommun tam əsaslanmış şəkildə qeyri–inqilabçı reputasiyası var idi, o, zorakı inqilabın tərəfdarı deyildi, Fromm psixoterapevt idi və hər psixoterapevt kimi reformator idi, o, həmçinin cəmmiyyəti də terapevtik metodlarla müalicə etməyə meylli idi, halbuki inqilab müalicənin cərrahiyyə metodlarına aid edilir. Buna görə də Frommun dünya görüşündəki radikal elementlər reformator geyimi ilə örtülmüş, gizlədilmişdir. Amma maraqlıdır ki, Fromm özü məhz radikal fikir nümayəndələrinə böyük hörmətlə yanaşırdı. Freydist kimi (onu müxtəlif cür adlandırırlar: “neofreydist”, “sol freydist”, “freydo–marksist”) o, bir dəfə demişdi ki, Marks Freyddən daha görkəmlidir, belə ki, Freyd nədə olsa, refotmatordur, Marks isə - radikal inqilabçıdır. Radikal inqilabçının dünyaya yanaşmasının dünyanın daha qlobal, ciddi dərki edilməsi olduğunun və daha dərin yanaşma olmasının “instinktiv” anlaşılması hörmət aşılayır. Frommun reformator olduğu halda, açıq şəkildə birinciliyi dünyanın dərk edilməsi və dəyişdirilməsində inqilabi yanaşmaya verməsi - yəni “özünə qarşı təbliğatla məşğul olması” Fromma şərəf verir.

Bir az da Erix Frommun özü haqqında. 1900–cu ildə Frankfurt – am – Main şəhərində doğulmuş, 1980–ci ildə İsveçrədə vəfat etmişdir. Göründüyü kimi, uzun ömür sürmüşdür. Fəlsəfə təhsili alan Fromm Heidelberg universitetini bitirmişdi, sonra psixoanalizlə maraqlanmışdı, Münhen universitetində, sonra isə Berlin universitetində (və ya amerikanların inadla yazdıqları kimi, Berlin psixoanaliz kollecində) psixoanaliz təhsili almışdır. Frommda maraqlı və səciyyəvi olan odur ki, o, təbib deyil. Bir çox psixoanalitiklərin tibb təhsili vardır (yəni təbiət elmləri əsaslı), Frommun isə humanitar təhsili var (Heidelberg`də o, fəlsəfə ilə yanaşı, psixologiya və sosiologiyanı da öyrənmişdi). Yəqin ki, məhz bu, Fromm tərəfindən belə parlaq və özünəməxsus freydo–marksizm variantının, xüsusi psixoterapevtik doktrinanın deyil, sosial fəlsəfənin və ya daha çox – siyasiləşmiş sosial fəlsəfənin yaradılmasına səbəb olmuşdur. Onun tibb təhsili olsaydı, güman edirəm ki, Fromm sırf klinik psixologiya ilə məşğul olardı, yəni məxsusi olaraq pasientlərin müalicəsi ilə məşğul olardı.

1925–ci ildən Fromm psixoanalitik kimi fəaliyyət göstərməyə başlayır və 20-ci illərin sonuna doğru tədricən, amma düzgün olaraq onda Freydin nəzəriyyəsinə qarşı inamsızlıq artmağa başlayır (görünür, yaxşı humanitar təhsil özünü büruzə verir). Onunla qurtarır ki, Fromm 1929-cu ildə Frankfurt sosial tədqiqatlar institutuna (Frankfurt məktəbi kimi məlum olan) gəlir. Frankfurt məktəbinin Frommun baxışlarına böyük təsiri olur. Frankfurt məktəbində 1932–ci ilə kimi bilavasitə fəaliyyət çalışmışdır, 1933-cü ildə isə faşist hakimiyyətinin bərqərar olması ilə, Fromm bir çox “frankfurtlular” kimi emiqrasiya edir, ABŞ-a gəlir və müxtəlif qurumlarda artıq psixoanalitik və psixiatriya professoru və ya psixoanaliz müəllimi kimi fəaliyyət göstərir...

1961-ci ildə Fromm özünün məşhur (ən azından ABŞ-da) əsəri olan “Marksın insan konsepsiyası” əsərini nəşr etdirir. Bu kitabın çıxması onunla əlaqədardır ki, Fromm bundan bir az əvvəl ABŞ-ın sosialist partiyasına üzv olur – belə kiçik bir sol (solmarksist) təşkilat var idi. “İnsan konsepsiyası”nı Fromm xüsusilə bu partiya üçün yazmışdı, belə ki, müəyyən etmişdi ki, gənc Marks ABŞ-da tərcümə olunmayıb, ABŞ-da onu demək olar ki, tanımırlar – hətta özlərini marksist hesab edənlər də. Fromm qərar verdi ki, bu boşluğu doldurmaq lazımdır və o, ilk adam idi ki, Marksın erkən əsərlərindən böyük hissələri nəşr etdirdi (və şərh etdi). Buna görə də bir çox mətnlər var ki, orada Frommu bilavasitə qərb marksistlərinə aid edirlər – bu kitab (“Marksın insan konsepsiyası”) marksist fikir nümayəndələrinə və özünü marksist hesab edənlərə bu qədər təsir etmişdi. Sosialist partiyasının rəhbərliyi Fromm tərəfindən təklif olunan proqramı rədd etmişdir, bundan sonra isə Fromm partiyanı tərk edir.

Ümumiyyətlə, Fromm çox tez (hər halda ABŞ-a yeni gəlmiş insan üçün) – 1941-ci ildə “Azadlıqdan qaçış” əsərini yazdıqdan sonra populyarlıq qazanmışdır.

Amma Fromma, həmin “kərpiclərə” qayıdaq.

İlk “kərpic” – Frommun “sosial xarakter” haqqındakı nəzəriyyəsidir. “Sosial xarakter” haqqında Fromm daha çox “İnsan özü üçün” (1947) əsərində yazmışdı, amma o, bu haqda daha bir neçə dəfə yazmışdı (Fromm elə müəlliflərə aid edilir ki, bir fikri bir neçə dəfə - daha geniş, daha ətraflı, iti şəkildə bir neçə əsərlə təkrar edir). Bu ideyaya həm də “Azadlıqdan qaçış”, “Sevmək sənəti”, və “İllüziyaların əsarətindən” (bizdə bu kitab bu adla nəşr edilib - əslində isə “İllüziyaların qandallarından”(bizdə - Rusiyada red.)) əsərlərində, həmçinin rus dilinə tərcümə edilməmiş olan “Marksın nəzəriyyəsinə humanist psixoanalizin tətbiqi” məqaləsində rast gəlinir. Bu məqalə “Sosialist humanizm” məcmuəsində 1965-ci ildə Nyu–York-da nəşr edilmişdi (məcmuənin redaktoru – Frommdur). Bildiyim qədərilə, bu məcmuə xüsusi saxlamadan çıxarılmışdır, ona görə də ingiliscə oxuyanlar onu asanlıqla, məsələn Lenin adına kitabxanada əldə edə bilərlər. Bu məqalədə, mənim fikrimcə, “sosial xarakter” konsepsiyası daha dolğun izah edilmişdir.

Fromma görə, sosial xarakter - ən geniş əhali təbəqələrinə məxsus olan anlayışdır (Fromm ilk növbədə, “orta sinfin”, xırda burjuaziyanın – rus dilində bu sözün olmasından istifadə edərək deyəcəyimiz kimi – “obıvatelin” “sosial xarakterini” tədqiq etmişdir). Daha dəqiq deyilərsə, sosial xarakter – daha geniş əhali təbəqələrinə aid edilən anlayışdır, belə ki, “sosial xarakter” bu təbəqəyə sırınmışdı. “Sosial xarakter” təhsil sistemi, din, təsdiq edilmiş mədəniyyət institutları və buna əlavə olaraq – ailə tərbiyəsi ilə yaradılır. Bu zaman nəzərdə tutmaq lazımdır ki, uşaq da ailədə, ilk növbədə, sanksiyalaşdırılmış, indiki mədəniyyət tərəfindən qəbul edilmiş, adi, normal, təbii sayılan metodlarla tərbiyə edilir. Frommun fikrincə, “sosial xarakter” – insanın yaşadığı konkret mədəniyyətə, cəmiyyətin müəyyən təşkil tipinə adaptasiyasının nəticəsidir. Fromm ona məlum olan cəmiyyətlərdən heç birinın insana özünü tam şəkildə ifadə etməyə imkan vermədiyini və nəticə etibarilə, şəxsiyyətin cəmiyyətlə əzəli ziddiyyətdə olduğunu hesab etdiyinə görə, “sosial xarakter” – şəxsiyyətə cəzasız olaraq qeyri – mükəmməl və ona düşmən olan cəmiyyətdə yaşamağa imkan verən mexanizmdir. Təbii ki, belə adaptasiya şəxsiyyətin təhrifi ilə, ona ziyan vuraraq və onun qeyri–mükəmməl, patoloji cəmiyyətə tabe edilməsi ilə gerçəkləşir. Fromm “sosial xarakter”in tədqiqi zamanı belə bir nəticəyə gəlmişdir ki, “sosial xarakter” – qoruyucu mexanizmdir, fərdin (burada şəxsiyyət anlayışını istifadə etmək düzgün deyil, daha düzgün “fərd”, “individ” sözüdür) frustrasiya gətirən vəziyyətə, insana özünü şəxsiyyət kimi inkişaf etdirmək və onda olan təbii imkanları tam şəkildə ifadə etmək imkanı verməyən sosial mühitə qarşı cavab mexanizmidir. Prinsipcə, təbii ki, “sosial xarekter”in formalaşması mexanizmi bu “sosial xarakter”in aşılandığı hər bir fərdə münasibətdə repressiv mexanizmdir (müasir dünyada, yəni repressiv cəmiyyətdə). O, hər halda aşılandığına görə, “sosial xarakter” – Frommun göstərdiyi kimi – sosial cəhətdən stabilləşdirici amildir. Yəni, “sosial xarakter”in fərdlərə aşılandığı andan etibarən, həmin fərd onu əhatə edən sosial sistem üçün təhlükəsiz (və ya potensial olaraq təhlükəsiz) olur.

Frommun fikrincə, müxtəlif cəmiyyətlərə, cəmiyyətlərdə olan müxtəlif siniflərə öz “sosial xarakteri” xasdır. İdarə edici siniflərin və təbələrin aşağı – bütövlükdə cəmiyyətə - onlara sərfəli olan “sosial xarakteri” nəql etmə imkanları olduğuna görə, təbii ki, onlar hakimiyyətə buraxılmayan siniflərə, hökmran sinif və təbəqələrə sərfəli olan “sosial xarakter” aşılanır. Yəni, bizim indi deyəcəyimiz kimi, yad sinif xarakterinin yeridilməsi baş verir – Fromm sadəcə belə sözlər işlətmirdi, o, psixoanaliz terminləri və Frankfurt məktəbi terminlərindən istifadə edirdi (belə ki, “sosial xarakter” terminini Adorno da istifadə edirdi). Fromm hesab edirdi ki, “sosial xarakter” vacib olan filter rolunu oynayır, yəni kimə ki “sosial xarakter” aşılanmışdır, prinsipcə, onlar bu “sosial xarakter”ə uyğun olmayan ideya və idealları qəbul edə bilmirlər. Bu idealları özlərinə yad olaraq gördükləri üçün deyil (yəni, şüurlu olaraq nəzərdən keçirərək), bu ideyalar başa düşə bilmədikləri üçün, onlar tamamilə başqa təfəkkürə malikdirlər. Yəni, sən təbliğatla bu insanlara müraciət edə bilərsən, amma onlar səni başa düşməyəcəklər, yəni “sosial xarakter” onlara səni başa düşməyə imkan verməyən, sənin tədqim etdiyin obrazları, arqumentləri və ideyaları qəbul etməyi qadağan edən baryer yaratmışdır. Əgər sən bu baryerdən keçə bilmisənsə, bununla sən “sosial xarakter” daşıyıcısı üçün dözülməz şərait yaratmısan, belə ki, sən əslində ona başa salmısan ki, o - əclafdır. Özünü əclaf kimi dərk edərək yaşamaq çox çətindir. Qoruyucu mexanizmlər də belə hadisələrin baş verməsinə, konkret fərdin belə stress yaşamasına yol verməmək üçün mövcuddurlar – ona görə yox ki, bu onu qıcıqlandırır (onsuz da fərd cəmiyyətdə kifayət qədər qıcıqlandırılır), ona görə ki, bu vəziyyət onu psixoz səviyyəsinə çatdırır, yəni tamamilə normal vəziyyətindən yayındırır. Müəyyən “sosial xarakter” zəminində yaranan ideya və ideallar isə əksinə, onu möhkəmləndirir, intensivləşdirir. Beləliklə, “sosial xarakter” – yarandığı andan özü özünü dəstəkləyən mexanizmdir.

Fromm “sosial xarakter”in bir neçə variantını aşkar etmişdir, digər məsələ isə - bu klassifikasiyanın və xarakterlərə adların seçilməsinin nə qədəd uğurlu olmasıdır. Amma əsas olanı odur ki, Fromm bir neçə baza “sosial xarakter”ləri aşkat etməyə müvəffəq olmuşdur və görünür, onlar reallıqda da mövcuddurlar.

Fromm cəmi dörd növ “qeyri–produktiv” “sosial xarakter” aşkar etmişdir. “Qeyri–produktiv” – insana Sistemin çərçivələrindən kənara çıxmağa imkan verməyən, insana azad, yəni özü kimi olmağa, özünü şəxsiyyət kimi realizə etməyə imkan verməyən xarakterlərdir. “Produktiv/qeyri–produktiv” freydist terminlərdir. Onun istehsalla əlaqəsi yoxdur. O, yalnız hər hansı sosial xarakterin insana özünü şəxsiyyət kimi, öz mənliyini qorumağa imkan verib verməməsini göstərir.

“Qeyri–produktiv” “sosial xarakter”in ilk tipi – reseptiv meyldir. Fromm deyir ki, reseptiv meyl ilə fərqlənən insan hesab edir ki, bütün nemətlərin mənbəyi xarici dünyadadır və hesab edir ki, arzu olunanı əldə etməyin yeganə üsulu - bu istənilənin xaricdən alınmasıdır.

İkinci tip – istismarçı meyldir. Həmçinin o da belə bir postulata əsaslanır ki, bütün nemətlərin mənbəyi xaricdədir, insanın istədiyi hər şeyi öz gücü ilə yaratmalı deyil, kənarda axtarmalıdır. Reseptiv tipdən fərqli olaraq, istismarçı tip istənilənin hədiyyə kimi verilməsin əldə edilməsini gözləmir, onu güclə və ya yalanla alır. Və bu insan fəaliyyətinin müxtəlif sahələrində: sevgi hisslər sahəsində meydana çıxır, məsələn, istismarçı meylli insanların ələ keçirmək və oğurlamaq meylləri vardır, onlar yalnız başqasının əlindən alına biləcək şeylərə meyl edirlər; intellektual fəaliyyətə münasibətdə belə insanlar yeni ideyalar düşünməyə deyil, onları oğurlamağa səy göstərirlər.

Üçüncü tip – toplayıcı meyldir. Birinci iki tipdən onunla fərqlənir ki: onların nemətlərin əldə edilməsinin kənar mənbələrinə istiqamətləniblər, toplayıcı meyl isə yeni, kənardan gələn hər şeyə qarşı inamsızlıqla xarakterizə olunur. Bu meylli insanların şüurundakı təhlükəsizlik toplamağa və toplananın qorunmasına əsaslanır, eyni zamanda sərfiyyat onlar tərəfindən təhlükə kimi qəbul olunur. Bu insanlar özlərini xarici dünyadan mühafizə edirlər (“mənim evim – mənim qalamdır”) və onların əsas məqsədi – bu “qalanın” daxilində mümkün olduğu qədər çox toplamaq və mümkün qədər çıxartmaqdır. Onlardakı bu xəsislik eyni dərəcədə, pula, hisslərə, fikirlərə də aid edilir... Onlar üçün sevgi - əldə etmək, mənimsəməkdir. Onlar öz sevgilərini verməyə çalışmır, öz “sevgililərinə” malik olmaq istəyirlər.

Frommun xüsusilə çox diqqət yetirdiyi, tənqid etdiyi və onun fikrincə, kapitalizmdə üstünlük təşkil edən dördüncü tip – bazar meylidir (bazar meyli müasir kapitalizmdə, XX əsr kapitalizmində üstünlük təşkil edir; Fromma görə, daha erkən mərhələlərdə toplayıcı meyl üstün idi). Bazar meyli ona əsaslanır ki, fərd, individ əmtəə, bazarda dövr edən əmtəəyə çevrilir. Müvafiq şəkildə, bu şəxsiyyət də - məhz əmtəə kimi qiymətləndirilir. Qiymətləndirmə prinsipi bazar əmtəələri üçün də, insanlar üçün də eynidir: birində əmtəələr satışa qoyulur, digərində isə şəxsiyyətlər, bu meyl sahiblərinin nöqteyi–nəzərindən isə fərq böyük deyil. Müvafiq olaraq, belə insan özünü əmtəə kimi formalaşdırmalıdır. Fromm deyir ki, çamadan kimi insanda bazarda dəbəuyğun olmalıdır, o bilməlidir ki, bazarda hansı tip insanlara tələb var. Yəni insan dəbə yaramaq və özünü satmaq səyi naminə öz şəxsiyyətindən imtina edir. Başqa cür desək, insan bəyan edir: “Mən, sizin məni görmək istədiyiniz kimiyəm”, burada “siz” – alıcılardır. Bu insan özünü fahişə səviyyəsinə endirir. Onun başqalarına münasibəti də özünə münasibətindən fərqlənmir, belə ki, digərləri də əmtəə kimi görülür və olduqları kimi çıxış etmirlər, tələb olunan tərəflərini təqdim edirlər.

Bunlar Frommun təsvir və ayırd etdiyi “sosial xarakter” formalarıdır. Radikal olmağa, özünü Müqavimətdə formalaşdırmağa qərar vermiş insanın nöqteyi–nəzərindən, Frommun bu kəşfinin ona görə dəyərlidir ki, Fromm tərəfindən kəşf edilmiş “sosial xarakterlərə” əsaslanaraq, bu tipləri öyrənərək uyğun olmamaq prinsipinə əsasən müqavimət göstərmək olar. Öz hərəkətlərini, hisslərini, reaksiyalarını bizim “qeyri–produktiv” “sosial xarakter” daşıyıcılarının davranışları, hissləri və reaksiyaları ilə müqayisə edə bilərik. Əgər sizin davranışlarınız cəmiyyətin “sosial xarakter”lərə yetirdiyi davranış tipləri ilə üst-üstə düşürsə (bu gün – bazar tipidir, amma prinsipcə, söhbət “qeyri–produktiv” “sosial xarakter” tiplərindən – reseptiv, istismarçı, toplayıcı tiplərdən gedir) o zaman bu mənfi haldır, belə davranışı tərgitmək lazımdır. Əgər üst-üstə düşmürsə, deməli siz bu sistemdə xarici dünyaya tabe edilməmisiniz, siz artıq müqavimət göstərirsiniz, siz artıq inqilabçıya çevrilirsiniz (ən azından potensial olaraq).

Bu zaman nəzərdə tutmaq lazımdır ki, inqilabçı – mütləq qiyamçı deyil. Məsələ bundadır ki, bazar “sosial xarakteri” üçün əsas maskalardan, əsas imiclərdən, satılmış ipostaslardan biri kimi qiyamçı obrazı çıxış edə bilər. Qiyamçıya bazar tələbatı, KİV–də tələbat var, qiyama müəyyən qiymət ödənilir, ondan pul qazanmaq olar, onun rəsmini çəkmək olar, onu TV-də göstərmək olar, o, yaxşı (yəni yaxşı satılan) şəkildir.

İnqilabçı isə özündən pul qazanmağa imkan verməz; o, qiyamçıdan onunla fərqlənir ki, onu əmtəəyə çevirmək olmaz, o, adətən xarici cəhətdən gözəçarpan deyil, KİV-də necə işıqlandırıldığı və ya obrazının nə qədər satılıb–satılmadığı ona maraqlı deyil. O, özündətamlıq, özündəbütövlük hissi ilə yaşayır və ona maraqlı olan şey bu cəmiyyətin əsaslarını dağıtması, dağıtması və yenə də dağıtmasıdır. O, qiyamçıdan, küçə natiqinin professional kəşfiyyatçıdan fərqləndiyi kimi fərqlənir. Küçə natiqi hamının gözü qarşısındadır, o, necə radikal şüarlar desə də, müəyyən dərəcədə özünün dağıdıcı potensialını neytrallaşdırır – birincisi, hamıya onun təklif etdiyi hər şey (yəni düşmənə planlarını açır) aydın olur, ikincisi, onu xüsusi axtarmağa ehtiyac yoxdur, istənilən an zərərsizləşdirmək mümkündür. Professional kəşfiyyatçını isə heç kim görmür – onun professional fəaliyyətini heç kim bilmir, amma nəticələri rəqib üçün faciəvi ola bilər. O, məhz onunla təhlükəlidir ki, Sistem üçün görünməzdir...

Haqqında danışmağı özümə borc bildiyim, Frommun nəzəri tərtibindən götürülmüş ikinci “kərpic” Frommun ekzistensial dixotomiya anlayışıdır. Fromm bir neçə belə dixotomiyanı (yəni ziddiyyəti, ona görə ekzistensialdırlar ki, Frommun fikrincə, tarixən əmələ gəlməmişlər, əzəldən mövcud olmuşlar) ayırd edir, amma bizim üçün maraqlı olanı insan mövcudluğunun məhdud zamanı və bu məhdud zamanda insanda olan bütün potensialı, bizim hər birimizin həyata keçirə biləcəyi layihələri gerçəkləşdirmənin qeyri–mümkünlüyü arasındakı dixotomiyadır.

Fromm yazır ki, insan həyatının qısamüddətliliyi insana hətta əlverişli şərtlər daxilində də özünü tam realizə etməyə imkan vermir. Yalnız əgər insanın həyatının uzunluğu insanlığı həyatına bərabər olsaydı, yalnız o zaman insan özünü tarixi prosesdə gerçəkləşən insan inkişafında realizə edə bilərdi. Mən əminəm ki – bu çox vacib kəşfdir. Biz hamımız bir sıra şeyləri, etmədiyimiz, bir sıra layihələri gerçəkləşdirmədiyimiz üçün əziyyət çəkirik – bunun üçün çox səbəblər var: xarici dünya mane olur, zaman yetmir, güc çatmır... – minlərlə səbəb ola bilər. Bir zamanlar Orson Uells – məşhur kinorejissor, aktyor, yazıçı – deyirdi ki, müəyyən ana qədər, müəyyən yaşa qədər əsl dahi idi, sonra isə ona nə isə oldu, deyəsən ciddi xəstəliyə tutuldu – və sonra artıq dahi olmadı. Təbii ki, onun böyük istedadı var idi, çox məşhur artist oldu, çox şeyə nail oldu, amma başa düşürdü ki, özünü ifadə edə bilmədi və artıq bunu bacarmır. Onun fikrincə, istedadı öldürən şey xəstəlik, psixi travma, evlilik... – bu qəbildən olan ciddi xarici təsir göstərən istənilən şey ola bilər. Orson Uells ömrünün sonuna görə bu fikrə görə əziyyət çəkirdi ki, daha çox şey edə bilər və özünü daha tam ifadə edə bilərdi, amma bunu etmədi. Orson Uells – o insandır ki, tarixdə yalnız, görkəmli rejissor, aktyor və orijinal yazıçı kimi deyil, həm də Amerika əhalisinin yarısını öz radio verilişi ilə son dərəcə qorxutmuş bir insan kimi qalmışdır. Bu, məşhur hadisədir: 1938-ci ildə Orson Uells radioda çalışarkən Herbert Uellsin “Dünyaların savaşı” əsəri əsasında tamaşanı gerçəkləşdirmişdi. Lakin Orson Uells hadisə yerindən reportajın parodiyasını etməyi qərara alır: o, hadisələri indiki zamana, yəni 30 oktyabr 1938 – ci ilə Nyu–Cersiyə keçirmişdi – sanki Nyu – Cersiyə marslılar enmişlər və reportaj “bu fövqəladə vəziyyət” haqqındadır. Hərçənd Orson Uells əmin idi ki, bu əsəri hər kəs hələ yeniyetmə yaşında oxumuşdu və bu hadisə məhz 30 oktyabrda (Halloween bayramı ərəfəsində) çıxmasına baxmayaraq, nəticələr dəhşətli idi: kütləvi panika yarandı, on minlərlə insanlar öz evlərini tərk etdilər (xüsusilə də prezident Ruzveltin sakitliyi qorumaq haqqında çağırışından sonra), yollar qaçqınlarla dolu idi, amerikanlar bacardıqları qədər Nyu–Cersidən uzaqlaşmağa çalışırdılar, motorlu polis hissələri ilə əksinə, Nyu–Cersiyə istiqamətləndilər. Telefon xətləri iflic vəziyyətdə idi: minlərlə insanlar marslıların gəmilərini “görmüşdülər” və bu haqda hakimiyyət orqanlarına xəbər verirdilər. Donanmada sahilə buraxılışı ləğv etdilər. Bəziləri özlərinə qəsd etməyə çalışdılar, bəziləri isə binokllardan “marslıların Manhattandan Bronks–a hücum etdiyini” “görürdülər”. İnsanları altı həftə - başa düşürsünüz! – altı həftə inandırmalı oldular ki, marslılar – zad heç yerə hücum etməmişdilər...

ABŞ-da iki dəfə belə hal yaşanmışdı – birinci dəfə O. Uellslə, ikinci dəfə isə Kubada sovet nüvə başlıqlı raketlərin yerləşdirilməsi haqqında elan edildiyində (məşhur “Karib krizisi”). Halbuki nüvə başlıqları - raketlərdən fərqli olaraq – yox idi, çünki bizim axmaqlar – rus səhlənkarlığı ucbatından – raketləri Kubaya çatdırmışdılar, başlıqları isə yox. Yəni ABŞ üçün real nüvə təhlükəsi yox idi, ABŞ-da isə yenə də dəhşətli panika var idi: onminlərlə amerikanlar cənub ştatlarında şimal ştatlara – rus raketlərindən uzağa qaçırdılar. Bir çox illər ərzində ilk dəfə supermarketlərdə bütün mallar piştaxtalardan süpürülmüşdü: aydındır ki, nüvə müharibəsi başlayarsa – yeməyə heç nə olmayacaq – buna görə də amerikanlar demək olar ki, bütün əmanətlərinə böyük alışlar edirdilər. Təkrar edirəm: cəmi iki dəfə ABŞ-da belə kütləvi panika yaşanmışdı. Yəni Orson Uells mədəniyyət tarixi və ümumiyyətlə dünya tarixində dahiyanə provokasiyanın müəlifi kimi qalmışdır və yeri gəlmişkən, bununla da orta amerikalının əqli səviyyəsini, həmçinin KİV şüurun manipulyasiyası və “orta insanın davranışındakı” rolunu aşkar etmişdi.

Amma Fromma qayıdaq. Frommun ekzistensial dixotomiya adlandırdığı qeyd edilmiş ziddiyyətin obyektiv mövcudluğunun dərk edilməsi istənilən radikala daxili sakitlik hiss etməyə kömək edə bilər. Əgər siz edə biləcəyiniz hər şeyi gerçəkləşdirə bilməsəniz – prinsipcə bu mümkün deyil – deməli, bu sizin fəaliyyətinizi iflic etməməlidir və buna görə narahat və məyus olmaq lazım deyil. Ölümdən qorxmamaq olar – bu çox vacibdir. Ölüm qorxusu (əgər, bu düşünən insana layiq olmayan qeyri-irrasional, axmaq, Cəhənnəm qarşısında, “öz günahlarına “o dünya” qarşısında olan qorxu deyilsə) - əslində qeyri–mövcudluq, yəni həyatın olmaması qarşısındakı qorxudur. Son nəticədə insan həyatı – məqsədyönlü dərk edilmiş hərəkətlər zənciridir. Öldükdə siz bu hərəkətləri etməkdən məhrum olursunuz, yəni ölüm müəyyən mənada sizin başa çatdırılmamış (fəlsəfi mənada) olan əvvəlki hərəkətlərinizi mənasızlaşdırır. Həm də bütün hərəkətlər uğurlu deyil, hamımız səhv edirik və ölüm bizi bu səhvləri düzəltməkdən, həmçinin təkrar səhv etməkdən məhrum edir. Və yalnız Fromm tərəfindən kəşf edilmiş dixotomiyanı başa düşərək, siz özünüzə deyə bilərsiniz: qorxmaq lazım deyil ki, sabah həyat dayanacaq, indi etməli olduğunuz şeyləri etməlisiniz, əgər nəyi isə etmirsinizsə, etməyə yetişmirsinizsə - heç nə olmaz – siz onsuz da hər şeyi edə bilməzsiniz. İndi fəaliyyət göstərin və qorxmayın, çünki ölüm qorxusu sizin radikal meylinizi iflic edə bilər: “İndi mən bir şey edəcəm, sonra məni həbs edəcəklər, həbsxanada döyəcəklər, ona görə bunu etməyə qorxuram”. Sən isə qorxma, et - əks halda belə bir mənzərə yarana bilər ki, sən 90, 100 yaşına kimi yaşayacaqsan və həyatda heç nə etməmiş olacaqsan, çünki qorxurdun. Müasir meşşan cəmiyyətin belə davranışı – Frommda müvafiq olaraq “sosial xarakter” adlanır - həvəsləndirir: o, bu cəmiyyəti öyrənir ki, hansı səbəblərə görə hardasa Abxaziyada, hansısa Peru qəbiləsində, Kaşmirdə insanlar 100 il yaşayırlar. Bunun yerinə isə soruşulmalıdır: “Bu uzunömürlülər nə etmişlər?” Yaxşı, onlar 110 il yaşayıblar, bəs xüsusi nə ediblər? Hansının şəxsi təcrübəsi, şəxsi töhfəsi insanlıq üçün daha vacibdir – möhtəşəm, görkəmli qeyri–adi bir şey edib 20, 27, 37 yaşında vəfat etmiş insanın yoxsa 100–110 il yaşayıb keçi otaran bu uzunömürlülərin? Amma başqa insanlar məhz bu cür keçi otara bilərdilər və bilirlər. Sosial nöqteyi–nəzərdən, yəni süd verən, sonra isə bu süddən pendir hazırlanan və s. bu keçi sürüsünün mövcudluq zərurəti nöqteyi – nəzərindən çobanın 105 yoxsa 12 yaşının olmasının, növbəti çobanın isə 12 yaşlı və s. olmasının heç bir əhəmiyyəti yoxdur...

Əgər Fromm tərəfindən kəşf edilmiş bu dixotomiyanı dərk etsək, onu öz şüurumuzun, dünya görüşümüzün bir hissəsi etsək, bu zaman biz ölümdən, ağrı, həyatsızlıq kimi deyil, bizi hakim olmadığımız və bizə özümüzü tam olaraq etməyə imkan verməyən mexanizmdən olduğu kimi qorxmamağa başlayarıq. Qorxmamağa başaladınızsa – deməli, özünüzü ifadə etməyə başlamısınız. Burada başa düşmək lazımdır ki, əgər söhbət tam özünü ifadədən gedirsə, o zaman insanın özünü şəxsiyyət kimi tam ifadə etməsi, yəni insanı ictimai qiymətli edən potensialların ifadə olunmasının həyata keçirilməsi nəzərdə tutulur, yəni onların gerçəkləşdirilməsi insanlığın tərəqqisinə gətirib çıxarır. Başqa cür desək, hər hansı bir subyektin dünyada ən görkəmli qumarbaz olmaq və ya milyard dollar udmaq və ya Kazanovanın da bacarmadığı kimi ən yaxşı başdan çıxaran, ya da böyük fateh olub dünyanın yarısını fəth etmək kimi patoloji meyllərinin gerçəkləşməsini özünü ifadə adlandırmaq olmaz. Əksinə, Frommun nöqteyi–nəzərindən, belə “özünü ifadə” yalnız “qeyri–produktiv” “sosial xarakter”in təzahürü ola bilər və nəticədə, özünü ifadə deyil, sadəcə - xaricdən ona yeridilmiş davranış modellərinin həyata keçirilmə variantıdır ki, bu da özünə hörmət edən insan üçün utandırıcıdır.

Frommun sosial fəlsəfəsindən və ya istəsəniz, sosial psixologiyasından götürülmüş üçüncü “kərpic” – onun sosial nekrofiliya haqqındakı təlimidir. Bu təlim “İnsan destruktivliyinin anatomiyası” (1973) əsərində inkişaf etdirilmişdir. Kitab rus dilində nəşr edilmişdir, Hitlerə həsr olunmuş fəsil isə “Fəlsəfə məsələləri” jurnalında çap edilmişdir. Fromm nekrofiliya haqqında seksual perversiya kimi danışmırdı, o, sosial nekrofiliya haqqında danışırdı. Bu başqa şeydir. Sosial nekrofil – elə insandır ki, o həyata deyil, ölümə meyllənir. Bu – mümkün xarici radikallıqda – onu əsl radikaldan fərqləndirən xüsusiyyətdir.

Fromm yazırdı ki, nekrofil meylli insan canlı olmayan, ölü olan hər şeyə: meyitlərə, çürüməyə, natəmizliyə, çirkə, həm də canlı olmayan şeylərin əksinə: sterilliyə (steril təmiz vitrinlər, avtomobil dayanacaqları və s) və mexanizmlərə can atır. Frommun dediyinə görə, xüsusilə sosial nekrofilin aşkar tipi Hitler idi. Hitler dağıdılmaya heyran idi və ölü qoxusundan həzz alırdı. Əgər onun uğrunun ilk illərində onun sadəcə düşmən hesab etdiklərini məhv etdiyi mənzərəsi yaranırdısa, “tanrıların məhvi”nin son günləri göstərdi ki, Hitler total və mütləq dağıdılmadan – alman xalqının, öz ətrafının və özünün məhvindən dərin məmnunluq hiss edirdi. Əsl radikal, əsl inqilabçı üçün bu anlayış çox vacibdir: ölüm, sosial nekrofiliya meyli bizi qaçılmaz olaraq məğlubiyyətə, ölümə məhkum edir, siz əvvəlcədən özünüzü bacardığınız qədər çox adamı öldürməyə, sizin yoldaşlarınızın hamınısının öldürülməsini görəcəyinizə və sizin özünüzün öldürüləcəyinizə hazırlayırsınız. Əsl radikal, nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, o mövqedən çıxış etməlidir ki, onun vəzifəsi qələbə planlarının hazırlanmasıdır. O, düşmənə qalib gəlməyə, onu əzməyə, onu məhv etməyə istiqamətlənməlidir. Əgər bu indi mümkün deyilsə, o zaman radikal öz nümunəsində göstərməlidir ki, rəqibə necə, hansı formada maksimal ziyan vermək olar və seçilmiş konkret variantda sona qədər getməlidir. Yəni radikal onun arxasında gələnlərə göstərməlidir ki, müqavimətin bu variantı qələbəyə aparmır, amma bunun üçün bu variantı sonuna qədər getmək, sonuna qədər tükətmək lazımdır – özünü qəhramancasına, qəhrəman pozasında həlak olması üçün yox, sonra dostlarının deyə bilməsi üçün ki:” Bəli, bu xətt bağlıdır; biz bu yolu sona qədər getməyə cəhd edərkən qəhrəmancasına həlak olmuş insanları tanıyırıq. Biz ikinci dəfə divara qarşı getməyəcəyik, əgər biz divara qarşı getsək də, bu metodun effektiv olduğunu – amma bu məkan deyil – düşünürüksə, o zaman biz başqa prinsiplər üzrə və başqa məkanlar axtaracağıq.

Fromm deyirdi ki, nekrofillər həmişə keçmişdə yaşayırlar və heç vaxt gələcəklə yaşamırlar. Sartre haqqında mühazirəmdə dediyim kimi, əsl radikal “gələcəyə çevrilmişdir”, indiki və buradakı vəziyyət onun üçün çox dəyərli deyil, Bovuarın sözləri ilə desək, cinsəllik həyat yarada bildiyi kimi, güc də onu məhv edə bilir. Burada söhbət ondan gedir ki, nekrofil gücə dəyişiklikləri deyil, dağıtmanı gerçəkləşdirməyin yeganə metodu kimi baxır. Radikalın vəzifəsi dəyişikliklər etməkdir, nekrofil isə dağıntılar törədir. Ona görə o məğlub olmağa məhkumdur ki, o, özü kimi dağıntı törədənlər ilə mübarizə apardığı zaman qalib gələ və ya məğlub ola bilər – hər şey güclərin balansından, bəxti gətirməkdən, tərəfdarların sayından və s. asılıdır, amma o dağıntı törətməyə deyil, dəyişikliklərə istiqamətlənmiş insanlarla qarşı qarşıya gəlirsə, o, daha mükəmməl, daha eşelonlaşdırılmış layihə ilə qarşılaşmışdır. Belə layihələrin daşıyıcılarında daxilən, psixoloji, mənəvi olaraq özləri üçün elə bir hissə qalır ki, savaş qurtardıqdan sonra, quruculuğa, pozitiv təfəkkürə güc qalsın. Ona görə də təbiidir ki, onların gücü daha çoxdur, onlarda nekrofillərdə olmayan ehtiyat vardır.

Fromm yazırdı ki, nekrofil gecə aşiqdir. Həyatı sevən insanlar üçün əsas qütblər kişi və qadın olduğu kimi, nekrofillər üçün tamam başqa qütblər – öldürmə səlahiyyəti olanlarla bu səlahiyyətin verilmədiyi insanlar vardır. Nekrofil üçün iki cins vardır: hakim olanlar və hakim olmayanlar, qatillər və öldürülənlər. Nekforillər qatillərə aşiqdirlər və öldürülənlərə nifrət edirlər. Əsl, ardıcıl radikal öz vəziyyətindən - əsarətdə olub olmamasından – asılı olmayaraq radikal olaraq qalır. Əgər o, rəqibin əsarətindədirsə, o, öldürə bilmir, o başa düşür ki, bu vəziyyətdə onu öldürəcəklər. Sosial nekrofil isə, radikal maskası altında gizlənibsə, əsarətdə olduğu zaman təslim olmağa məhkumdur. Onu, əzmək, cəlb etmək, yoldaşlarına qarşı çevirmək olar. O, müstəqil mübarizə vahidi deyil, o, vasitəyə çevrilir.

Fromm deyir ki, həyat strukturlaşdırılmış, funksional artımla xarakterizə olunduğu halda, nekrofillər artmayan, mexaniki olan hər şeyi sevirlər. Nekrofil təbii olanı qeyri–təbii olana çevirmək tələbatı ilə hərəkət edir, həyatını da mexaniki bir şey kimi qavrayır – sanki insanlar əşyalardır. Fromm deyir ki, həyatdan döndərilmiş və ya ona qarşı çevrilmiş hər şey nekrofili cəlb edir, nekrofil ana bətninin qaranlığına və ya keçmişə qeyri–orqanik və heyvani həyata qayıtmaq istəyərdi. O, prinsipial olaraq, nifrətlə yanaşdığı və qorxduğu gələcəyə deyil, keçmişə istiqamətlənmişdir. Güclü təhlükəsizlik ehtiyacı da buna yaxın hissdir.

Nekrofil tipik qəzəblənmiş xırda burjuadır. Bir zamanlar Leninin anarxistləri kapitalizmin dəhşətlərindən qəzəblənmiş burjua kimi xarakterizə etdiyi kimi, sosial nekrofil də - məhz qəzəblənmiş xırda burjuadır. O, özünü ona görə radikal kimi aparır ki, onu küncə qısıblar, o, hər tərəfdən ölümcül təhlükə hiss edir. Onun dəyişikliyə ehtiyacı yoxdur, onun özünü təhlükəsizlikdə hiss edəcəyi, təhlükənin olmayacağı vəziyyətin yaranmasına ehtiyacı vardır. Bu o deməkdir ki, prinsipcə onu satın almaq olar. Ona qalib gəlmək, əsir götürmək və orada “sındırmaq” mütləq deyil – onu almaq, öyrəşdiyi mühitdən qoparmaq olar, onu özünü rahat hiss edəyəci yerə gətirib qonorar, vəzifə, rütbə vermək olar – budur, o satıldı. İnqilabı hərəkatlar tarixində belə misallar yüzlərlədir. Elə leyboristləri götürək, hansıları ki, vaxtilə alovlu nitqlər söyləyirdilər, qorxulu, dəhşətli görünürdülər, sonra isə adi parlament partiyasına çevrildilər. Məsələn, Züqanov (doğrudur, o xarici cəhətdən də radikala oxşamır, həm də nitqi də müvafiqdir) ehtiyac olduğunu və kütlələrin hazır olduğunu, lider olmaq zərurətini və s. hiss edərsə, inqilabi nitq sövləyə bilər. Amma lider olduqdan və kabinetə malik olduqdan sonra – onun radikallığı yox olacaq və o heç bir radikal addım atmayacaq (bu onun nəyinə lazımdır ki?). Əvvəllər, o hakimiyyətdən uzaqlaşdırılmışdı, öz zəifliyini hiss edirdi, indi isə təhlükəsizlikdədir və həyatdan razıdır.

Nekrofilin bir xüsusiyyəti də var: o, məcburi – pedantik intizama aşiqdir. Bu xüsusiyyət də onu məhdud, xırda burjua kimi qələmə verir (xatırladıram ki, məcburi – pedantik intizam ehtirası – “sosial xarakter”in toplayıcı meylinin təzahürüdür, toplayıcı meyl isə burjuaziyanın mövcudluğunun erkən dövrü üçün xarakterikdir). Nekrofil hər şeyin öz yerində olduğu, hər kəsin (həmçinin də özünün) öz ictimai rolunu bildiyi nizamlı dünyaya vərdiş etmişdir. Əgər bu dünya dağılırsa və ya kəskin dəyişirsə, nekrofil fəal davranmağa başlayır. Amma özü başqa bir dünya yaratmaq iqtidarında deyil: o, azad yaradıcılığa qadir deyil, onu nizamsız həyat sürənlər qıcıqlandırır, onu təsadüflər qıcıqlandırır, gözlənilməzliklər onun əsəblərinə toxunur – o, bütün bunlardan qorxur. Onun üçün mexanizmlərlə işləmək ona görə rahatdır ki, o, həyata, spontan yaradıcılığa deyil, mexanikalı dünyaya meyllidir. Mexanizmlə hər şey aydındır: sən onu işə salırsan – o işləyir, söndürürsən – fəaliyyətini dayandırır. Avtomatı götürürsən, sürgünü çəkirsən – hər şey aydındır, o iş qabiliyyətlidir. Mübarizə yoldaşı isə - avtomat deyil, onun sürgüsü yoxdur, çəkə bilməzsən. Lənət şeytana, bəlkə onun düzgün taktika haqqında şəxsi təsəvvürü var. Ona öz doğruluğunu sübut etməlisən, onu inandırmalısan, ona deyə bilməzsən ki: “Hə, Vasya, sən əlbəttə ki, düz deyirsən, amma mən daha öndəyəm, bu bataqlığa gedək və orada bataq”

Sosial nekrofiliyadan bilavasitə olaraq – çünki Fromm bunu ona yaxşı məlum olan alman faşizmi fenomeni (özü bunu 1933-cü ilə qədər müşahidə etmişdi) üzərində izah edirdi – faşizm kütləvi psixologiyasına keçmək olar. Fromm məhz kütləvi psixologiyanı tədqiq edirdi. O dərk edirdi ki, faşizm liderləri başqa - faşist kütlənin malik olmadığı təfəkkürə malik idilər. Bundan başqa, o dərk edirdi ki, fəal antifaşist kütlə “faşistindən” fərqli olan təfəkkürə malikdir. “Kütləvi faşist” fenomeni onu məhz tabe olma fenomeni kimi maraqlandırırdı. Fromm təsvir edirdi ki, (Almaniya timsalında) orta təbəqələrin inqilabi, qiyamçı xarakrer daşıyan hərəkatı hakmiyyətə qarşı qoyurdu və birdən–birə öz daxili inqilabi potensialını itirmiş həmin orta təbəqələrin kütləvi hərəkatına çevrildi. Psixoanalitik kimi (o, psixoanaliz metodlarından istifadə edirdi) Fromm belə bir nəticəyə gəlmişdi ki, burada mazoxist meyllərin üstünlük təşkil etməsilə sado–mazoxist komplekslər işə düşür, yəni söhbət tabe olmaqdan, mənliyini itirməkdən alınan həzzdən, səni cəzalandırmasına, məhdudlaşdırmasına baxmayaraq qoruyan bir sistemə birləşdirilməkdən alınan həzzdən gedir. Daxili aqressiya isə (frustrasiyanın inkişafından yaranan) xaricə keçirilir. Burada “keçirmə” mexanizmi işə düşür. Nə üçün məlum olduğu kimi, faşist hərəkatı genişlənməyə meyl göstərir? Nə üçün onlar daima xarici müharibələrə girişirlər? Nə üçün onlar sonsuz beynəlxalq, dövlətlərarası münaqişələrə girişirlər, hətta o hallarda ki, bu rejimin yıxılması (məlumdur ki, elə bir müharibəyə başlamaq olar ki, bütün gücləri itirmək olar, məsələn əgər rəqiblərin sayı çoxdursa) təhlükəsi yaradır? Onlar yenə də girişirlər – çünki Frommun nöqteyi–nəzərindən, “kütləvi faşist”in öz içində saxlamağa məcbur olduğu aqressiyasını keçirmək üçün nifrət obyektinə ehtiyacı vardır, çünki o, özünü mazoxist vəziyyətinə salmışdır. Fromm təfsilatı ilə faşizmin kütlə psixologiyasını izah etmişdir. Bir çox digər freydo–marksistlər - ilk növbədə Vilhelm Rayx bu mövzu ilə maraqlanmışlar, bu barədə növbəti mühazirələrdə danışılacaq. Aydındır ki, bu problemlə hamıdan əvvəl antifaşist – emiqrantlar, yəni bununla birbaşa qarşılaşan, onları şəxsən müşahidə edən şəxslər maraqlanmışlar.

Fromm öz müşahidələrini və gəldiyi nəticələri “Azadlıqdan qaçış” (1941) əsərində qeyd etmişdir ki, burada avtoritar şəxsiyyət anlayışından istifadə etmişdir. Bu termin – Frankfurt məktəbi terminidir. Avtoritar şəxsiyyət – başqa cür adlandırılmış “orta insandır”, orta təbəqənin nümayəndəsi, xırda burjua, obıvateldir. Avtoritar şəxsiyyət - avtoritetə tabe olmağa meylli şəxsiyyətdir ki, onun üçün avtoritet tabe olmaq üçün yetərli olan psixoloji gücdür, o, elə bir şəxsiyyətdir ki, özü avtoritet ola bilməz. Keçmiş mühazirələrdəki anlaşılmazlıqların olmaması üçün xüsusilə qeyd edirəm: “avtoritar xarakter” anlayışında “avtoritar” sifəti “öz iradəsini güc, hakimiyyət hesabına yeridən, səlahiyyətli” mənalarını verən “avtoritar” sifəti ilə identik deyil. Əksinə, avtoritar şəxsiyyət avtoritetə tabe olur. Burada “autoritare” (səlahiyyətli) fransız sözünün digər mənası işlənmişdir: “mütləq tabeliyə əsaslanan”.

Fromm orta alman vətəndaşının davranışını tədqiq etmişdir. Məsələ onda deyil ki, faşist partiyası kütləvi idi (60 milyonluq xalqın cəmi 1 milyonu), ondadır ki, alman obıvateli faşizmi yalnız alqışlamırdı, həm də özünü onunla identifkasiya edirdi. Bu baş verən andan faşizmin inqilabı qiyamçı rolundan, ümumiyyətlə faşizmin sosial etiraz hərəkatı olması haqqında danışmaq kimi mənasızlaşdı, çünki faşistlərin həmişə qarşı çıxdığı meşşan bataqlığının nümayəndələri özlərini faşizmlə eyniləşdirirdilər - onlar özlərini “burjua bataqlığı”ndan ayırır, yaradıcı şəxsiyyətlər kimi görürdülər: bunun üçün Hitlerin yazılarını və cavan Gebbelsin şeirlərini və bitirilməmiş romanını oxumaq kifayətdir. Onlar özlərini heç bir halda miskin, yeyib–içən, göyşüyən obıvatel sürüsü ilə eyniləşdirmək istəmirdilər. Hər şey isə əksinə alındı: məhz bu sürü müvəffəqiyyətlə özlərini onlarla eyniləşdirdilər və erkən faşizmdə olan inqilabiliyi neytrallaşdırdı.

Fromm deyirdi ki, avtoritar şəxsiyyət kifayət qədər cəsurdur: bu cəsurluq Taleyin və bu taleyin nümayəndəsinin – Rəhbərin gətirdiyi hər şeyə dözməkdən ibarət idi. “İtaətlə əziyyət çəkmək – Fromm deyirdi – belə insanın məziyyəti və xidməti bundadır. Bu əziyyətlərə son qoymaq və heç olmasa onları azaltmaqda deyil. Taleyi dəyişməməli, ona tabe olmalı – avtoritar xarakterin qəhrəmanlığı bundadır”. Bu halda Fromm “avtoritar xarakter” anlayışını “avtoritar şəxsiyyət”in sinonimi kimi işlədir. Fromm avtoritar şəxsiyyət haqqında həm də ona görə xüsusilə bəhs edirdi, çünki o, avtorirar şəxsiyyətin təəssüf ki, mövcud cəmiyyətdə üstünlük təşkil edən tip olduğunu düşünürdü. Sonra isə o, avtoritar şəxsiyyətin tənqidini faşizmin tənqidindən kapitalizmin tənqidinə keçirəcəkdi və göstərəcəkdi ki, prinsipcə burada ciddi fərq yoxdur: bu şəxsiyyətə təsir mexanizmləri fərqlidir, tabelik mexanizmləri isə eynidir. Əgər Frommu diqqətlə oxusaq, yalnız terminoloji fərq gözə çarpır: faşist dövlətlərdən bəhs etdikdə Fromm “avtoritar şəxsiyyət” terminindən, müasir burju nümayəndəli demokratiyalı ölkələrdən danışarkən isə “konformist şəxsiyyət”, “konformist xarakter” terminindən istifadə edir. Amma şəxsiyyətin hakimiyyətə tabe edilməsi mexanizmi hər iki halda identikdir. Hətta daha çoxu: bəzi hallarda “konformist şəxsiyyət” (yəni müasir burjua cəmiyyətindəki obıvatel) daha qorxulu, alçaq, daha miskindir, o, özünü faşist dövlətlərindəki obıvatellərdən daha rəzil aparır: əgər “avtoritar şəxsiyyət” özünü məmnuniyyətlə avtoritetə tabe edirsə, “konformist şəxsiyyət” tamamilə bu avtoritet daxilində əriyib gedir.

Fromm belə bir nəticəyə gəlmişdi ki, “Hitler hakimiyyətə gələndən sonra əhalinin böyük hissəsinin faşist hakimiyyətinə loyallığı əlavə stimulla gücləndirilmişdi: milyonlarla insan Hitler hakimiyyətini “Almaniya” ilə eyniləşdirməyə başladılar. İndi dövlət hakimiyyəti onun əlində idi, ona görə də Hitlerlə mübarizə aparmaq özünü alman cəmiyyətindən istisna etmək demək idi; digər partiyalar buraxıldıqda və nasist partiyası Almaniya “olanda”, bu partiyanın oppozisiyası Almaniyanın oppozisiyasına bərabər olurdu”. “Orta insan üçün – Fromm fərz edirdi – özünü tənha hiss etməkdən, özünü eyniləşdirə biləcəyi və onu qoruya biləcəyi böyük bir qrupa mənsub olmamaqdan ağır heç nə yoxdur”; o, xırda burjua – təhlükəsizliyə can atır. Ümumiyyətlə, prinsipcə burjua təhlükəsizliyə can atır. İndi, ümumi mövzudan deyil, yalnız Freyddən uzaqlaşaraq deyə bilərəm polşalı tədqiqatçı Mariya Ossovskayanın - «Moralność mieszczańska» adlı gözəl bir əsəri var, azərbaycanca “Meşşan əxlaqı” və ya “Burjua əxlaqı” deməkdir. Bu klassik tədqiqat onunla qiymətlidir ki, Ossovskya Maks Veberin izləri ilə getmişdir (o, deyirdi ki, kapitalizm protestantizm ruhundan doğmuşdur) və göstərmişdir ki, kapitalizmin yaranmasının protestantizmlə əlaqəli olması, bir mənada isə olmaması cəfəngiyatdır. Və həmin kitabda o müəyyən etmişdir ki, xırda burjua, meşşan, obıvatel (prinsipcə, ümumiyyətlə burjua) stabilliyə, təhlükəsizliyə can atır - və o (öz insani keyfiyyətlərinə görə) məsələn, aristokratdan, zadəgandan daha pis və maraqsızdır. Aristokrat etikasında “şərəf” anlayışı vacib rol oynayır, şərəf və şöhrət onun üçün təhlükəsizlikdən daha əhəmiyyətlidir. Məhz buna görə aristokrat şərəf kimi anlayışlar uğrunda – yəni ideallar uğrunda öz həyatını qurban verə bilərdi. Burjuanın belə idealları yoxdur, çünki stabillik və təhlükəsizlik – ideallar deyil, onlar müəyyən mövcudluq şərtləridir.

“Almaniya vətəndaşı – Fromm deyirdi – nasizm prinsiplərinə nə qədər yad olsa da, o, tənhalıq və Almaniya ilə birlik hissi arasında seçim etməli idi, çoxları isə Almaniya ilə birliyi seçdi... Təcrid qarşısında qorxu və əhalinin əxlaqi prinsiplərinin nisbətən zəifliyi partiyaya onların loyallığını qazanmağa kömək edir. Bu zaman Fromm xüsusilə diqqət yetirmişdi ki, “orta sinif – dükançılar, əsnaflar, məmurlar – nasist ideologiyasını necə heyranlıqla qarşılayır və özlərini onlarla eyniləşdirirdilər. Eyni zamanda, aydın olduğu kimi, məsələn, ruhanilər və aristokratiya nümayəndələri (yəni, cəmiyyətin burjuaya qədərki təbəqələri) faşizm qarşısında belə heyranlıq hiss etmirdilər, onların Nazilərə münasibəti ya laqeyd, ya da mənfi idi. Belə vəziyyət işçi sinfi ilə də yaranırdı. Burada Fromm ilk dəfə “kritik orta sinifdən”, yəni obıvateldən bəhs edir və bütün tarix boyu onun bəzi xarakterik cəhətlərini göstərir: “güclüyə qarşı sevgi və zəifə qarşı nifrət, məhdudluq, ədavət, həm hisslərdə, həm də pulda – xəsislik – xüsusilə də asketizm. Bu insanlar, görüşlərin darlığı, şübhəçilik, yadlara nifrətlə fərqlənirlər, tanışlar isə onlarda paxıllıq hissi yaratmışdı, belə ki, paxıllıq onlarda həmişə həqarətli hiddət kimi yüngülləşdirilmişdi; onların bütün həyatı istər iqtisadi, istərsə də psixoloji mənada – kasadlıq üzərində qurulmuşdu”.

Bundan başqa Fromm qeyd edirdi ki, Almaniyada köhnə avtoritetlərin dağılması baş verdi və avtoritar şəxsiyyət yeni avtoritetlərə meyl etməyə başladı. Xüsusilə gənclik yeni quruluşa, yeni sistemə daha yaxşı inteqrasiya olunur, faşist partiyasına daha yaxşı cəlb olunurdu. Yaşlı nəsil əvvəlki müharibədə məğlub olmuş nəsil idi, onlar öz kədərlərində və məyusluqlarında passiv idilər, gənclik isə fəallığa can atırdı. Gəncliyin iqtisadi vəziyyəti isə sarsılmışdı, həm də ki, bu bazarın bütün hissələrinə, o cümlədən, azad peşələrə də aid idi. Versal razılaşmasına görə vəziyyəti yaxşılaşdırmaq mümkün deyildi. Frommun fikrincə, burada psixoloji səbəb də var idi – o deyirdi ki, Versal razılaşmasına qarşı narazılıq özünə “orta təbəqənin” aşağılarında dəstək tapırdı; həm də milliyyətçi ehtiraslar rasionalizasiya idi, yəni şüurda bəzi irrasional anların əvəz edilməsi – başqa cür desək, özünü aldatma idi. Rasionalizasiya xırda burjuanın keçirdiyi sosial çatışmazlıq hissini milli çatışmazlıq hissi ilə əvəz edirdi. Frommun göstərdiyi kimi, nasizmin əslində heç bir siyasi prinsipləri yox idi: “nasizmin yegane prinsipi – o deyirdi – radikal opportunizmdir”. Bu çox vacibdir. Əgər başqa cür olsaydı, nasistlər proqrama əsasən və rəsmi olaraq öz düşmənləri (“plutokratiya”) hesab etdikləri iri burjuaziya ilə danışıqlara getməz və onlara satılmazdılar. Başqa cür olsa idi, onlar partiyaya guya nasist ideologiyasına yad olan burjua, məmur elementlərini buraxmazdılar; onlar partiyaya “məmur/qeyri–məmur” prinsipi üzrə qəbul etməzdilər, məmur partiyanın üzvü ola bilməzdi, belə ki, o, Versal razılaşmasını qəbul etmiş Vaymar hakimiyyətinə qulluq edirdi və belə məmur - əgər hakim və polis idisə - nasistlərlə mübarizə aparmalı idi. Ancaq bu baş vermədi, bu səbəbdən də Fromm “radikal opportunizm”dən bəhs edir. Nasizmin, eləcə də marksizmin bütün tənqidçilərinin gəldiyi kimi, Fromm da belə bir nəticəyə gəlmişdi ki, “orta sinfin” hərəkatı kimi meydana çıxmış faşist hərəkatı hakim siniflər tərəfindən istidafə olunmuşdu. O deyir: “üstün siniflər hesab edirdilər ki, nasizm onlar üçün təhlükəli olan emosional enerjini başqa tərəfə yönəldəcək və eyni zamanda xalqı öz iqtisadi maraqlarına xidmət etməyə səfərbər edəcək. Ümumilikdə onların gözləmələri doğruldu...”

Fromm faşist hərəkatının nümayəndəsi kimi “orta insan”ın tənqidindən bilavasitə kapitalizmin “orta insan”ına, insan–avomata, avtomatlaşdırılmış insanın tənqidinə keçir. Fromm deyirdi ki, “insan–avtomat”ın meydana çıxması üçün avtomatlaşdırıcı konformizm mexanizminə, yəni insanın bu cəmiyyətin repressiyalarından (hətta qeyri–aşkar, zəif, psixoloji, repressiya hədəsindən) bu cəmiyyətə tabe olunmaq vasitəsilə qaçması üçün psixoloji mexanizmə ehtiyac vardır və Fromm məsələn, Hitler rejiminə uyğunlaşma və ya parlamentli demkoratiyaya uyğunlaşma arasında demək olar ki, fərq qoymur. Sadəcə olaraq repressiya daha aşkar və ya daha az aşkar, daha kobud və ya daha az kobud şəkildə olur, amma o, yenə də mövcuddur və gerçəkləşdirilir. Frommun radikal üçün vacib olan nəticəsi bundan ibarətdir: totalitar rejimlər və parlamentli demokratiya arasında heç bir prinsipial fərq (prinsipial, yəni formal qanunlar, şüarlar, fəaliyyət metodları, individə təsir metodları səviyyəsində deyil, fəlsəfi qlobal, konseptual səviyyədə) yoxdur.

Fromm avtomatlaşdırıcı mexanizmdən bəhs edərkən deyir ki, bu qaçış mexanizmidir, o bu zaman mahiyyətcə bioloji olan termin daxil edir. Axı qaçış mexanizmi nə üçün lazımdır? - özü üçün əlverişli olmayan vəziyyətdən qaçmaq üçün. Əlverişsiz vəziyyətə iki baza cavab mexanizmi mövcuddur – qaçış və müqavimət, qaçış və aqressiya. Siz vəziyyətdən ya aktiv şəkildə qaça bilərsiniz, ya da passiv olaraq – gizlənə, uyğunlaşa bilərsiniz. Ya da siz bu təhlükəyə müqavimət göstərə bilərsiniz. Radikal davranış - əlbəttə ki, təhlükəyə müqavimət göstərməkdir, xırda burjua üçün normal, təbii davranış – təhlükədən qaçmaqdır.

Fromm deyir ki, avtomatlaşdırıcı konformizmin köməyi ilə individ əzici xarici dünya ilə müqayisədə öz miskinliyi hissinə üstün gəlir – fikir verin: faşist rejimi ilə deyil, ümumiyyətlə xarici dünya ilə - ya öz şəxsi mənliyi ilə, ya da başqalarının məhvi vasitəsilə ki, başqaları ona təhlükə yaratmasın. Yəni, insan ya özündən imtina edir, ya da özünün yerinə kimisə qoyur: “kimi isə cəzalandıracaqlar, indi kimisə döyəcəklər, mən isə bu zaman ərzində gizlənəcəyəm”. Fromm deyir: “İndivid artıq özü olmur, o, ümumi qəbul edilmiş şablona uyğun olan şəxsiyyət tipini (yəni bədnam “sosial xarakter” – A.T.) mənimsəyir və başqaları kimi, başqalarının onu görmək istədiyi kimi olur. Şəxsi “mən” ilə ətraf dünya arasındakı fərq, bununla da – yalnızlıq və gücsüzlük qarşısındakı dərk edilmiş qorxu hissi itir”. Bu mexanizmi bəzi heyvanların qoruyucu rəngləri ilə müqayisə etmək olar: onlar öz ətraflarına o qədər oxşardırlar ki, ondan demək olar ki, fərqlənmirlər. Öz “mən”indən imtina edərək və bir neçə milyon robot kimi robota çevrilərək insan öz tənhalığını və narahatlığını hiss etmir. Amma bunun əvəzini öz şəxsiyyəti ilə ödəməli olur”. Bunu Fromm hələ “Azadlıqdan qaçış”ı yazarkən deyirdi, bu əsər isə ilk dəfə 1941–ci ildə nəşr edilmişdir. Yəni hələ o zaman Fromm konkret mexanizmin – faşizmin – hadisələrini bütün digər hallara, o cümlədən burjua demokratiyasına da aid edirdi. Açıq demək lazımdır ki, bu, o zaman üçün çox cəsur addım idi.

Fromm hesab edirdi ki, müasir sinifli cəmiyyət – məhz sinifli cəmiyyət kimi – ehtiyacı olduğu “sosial xarakter” tipi yaradır və onu insanın özündən imtina etməsi, müəyyən mənada özünü öldürməsi hesabına yaradır. Bir dəfə Fromm gözəl bir ifadə işlətmişdi: əgər XIX əsrin əsas fəlsəfi problemi Allahın ölümünün dərk edilməsi idisə, XX əsrdə əsas problem insanın ölümüdür. Fromm bu haqda “Sevmək sənəti” əsərində də yazmışdı, bu gözlənilməz idi, çünki kitab tamam başqa mövzuya həsr olunmuşdu, amma aydındır ki, bu mövzu onun üçün çox mühüm idi, ona görə də Fromm hesab edirdi ki, bu barədə nə vaxt və harada fürsət düşərsə, danışmaq yazmaq lazımdır.

Fromm “insan–avtomat”ı müasir kapitalist cəmiyyətinin tələbatından irəli gəldiyini hesab edirdi, yəni onu narahat etmirdi ki, “insan–avtomat” kimi mövcud olmaq konkret şəxsin fiziki mövcudluğunu xilas edir, onu narahat edirdi ki, bu, təəssüf ki, cansız iqtisadi maşın kimi kapitalizmin tələbatlarına uyğun idi və insanı İnsan kimi, yəni şəxsiyyət kimi məhv edirdi. “Müasir kapitalizm – Fromm deyirdi – çox sayda dayanmadan işləyə biləcək insanlara; getdikcə daha çox istehlak edən, zövqləri nivelirlənmiş, asan təsir altına düşən, dəyişilən insanlara ehtiyac duyur. Onlar özlərini azad və müstəqil, heç bir hakimiyyət və ya əxlaq prinsiplərinə tabe olmadıqlarını hesab edən, amma əmrlər almaq, onlardan gözləniləni etmək istəyən insanlara; məcburiyyətsiz idarə edilə bilən, sosial maşına yaxşı uyğunlaşdırılmış; rəhbər olmadan ardınca apara biləcək insanlara ehtiyacları vardır ki, onları məqsədsiz fəaliyyətə həvəsləndirə bilərlər, yalnız bir səbəbdən başqa: nə isə istehsal etmək, hərəkətdə olmaq, fəaliyyət göstərmək, hara isə getmək. Buna görə də o, deyir ki, onlar “insan–avtomatlar”dır. “Avtomatlar sevə bilməzlər – Fromm deyir – onlar sadəcə öz şəxsi keyfiyyətlərini mübadilə edə bilər və sərfəli razılaşmaya ümid bəsləyə bilərlər. Məhəbbətin və xüsusilə də nigahın özgələşmiş xarakteri ən parlaq şəkildə komanda ideyasında ortaya çıxır”. Yəni insanlar cüt və ya nigahda olduqda elə bir istehsal briqadasına və ya idman komandasına çevrilirlər ki, adətən şəxsiyyətlə heç bir əlaqəsi olmayan funksional məsələləri həll edirlər. Bu “komanda” – sadəcə mexanizmdir, o, psixoloji yaxınlığa olan ehtiyac nəticəsində yaranmamışdır, öz üzvlərini emosional və mənən inkişaf etdirmir, yalnız bəzi texniki məsələlərin həlli üçün yaradılmışdır: ətraf mühitə daha yaxşı necə uyğunlaşmalı, onu və ya bunu əlverişli şəkildə haradan almalı, pulu daha yaxşı necə qorumalı – idman sahəsindəki komanda kimi. Sizin bu oyunu oynamaq vəzifəniz var, buna görə siz bir–birinizlə qarşılıqlı əlaqədəsiniz. Oyun qurtardı – hər kəs özü üçündür. Siz heç bir gerçək bağlılıqla əlaqələnməmisiniz, sizin psixoloji yaxınlığa ehtiyacınız yoxdur, siz bir–birinizlə ayrılmaz emosinal və mənəvi birlik hiss etmirsiniz, siz doğrudan da avtomata çevrilmisiniz.

Fromm fərz edirdi, şüurlu olaraq məhz bu insan tipi tərbiyə edilir və əlbəttə ki, haqlı idi; o düşünürdü ki, bu insan tipi – bu tip “sosial xarakter”i olan və mənliyi zəiflədilmiş – üsyana, radikal davranışa və özünü belə dərk etməyə (yəni insan–avtomat kimi) qadir deyil. Əgər siz özünüzü dərk etmisinizsə - artıq hər hansı bir yarıq açılmışdır, siz avtomat deyilsiniz, sizinlə əvvəlki kimi davranmaq olmaz, sizə nə üçün getdiyiniz izah etmədən və açıqlamanı ümumi davranışa istinadla əvəz edərək müəyyən istiqamətdə yönləndirmək mümkün deyil. Müasir kapitalizmdə - Fromm hesab edirdi - əhalinin böyük bir hissəsi, həmçinin marksistlərin ənənəvi olaraq güvəndikləri içşi sinfi də təəssüf ki, belə avtomatlara çevrilmişlər. Fromm deyirdi: işçi avtomatlaşdırılmış rəhbərliyin havası ilə oynayan iqtisadi atoma çevrilmişdir. O, nə əmək prosesinin planlaşdırılmasında, nə də onun nəticələrində iştirak edir...” Eyni zamanda, Fromm deyirdi ki, eyni vəziyyət onları idarə edənlərlə də baş verir: “Rəhbər əşyalar, ədədlər və insanlarla öz fəaliyyət obyekti kimi manipulyasiya edən bürokrata çevrilir. Bu manipulyasiyanı insan münasibətləri sahəsi adlandırırlar, halbuki rəhbər artıq abstraksiyaya çevrilmiş avtomatlar arasındakı ən qeyri–insani münasibətlərlə işləyir”. Fromm “insan–avtomatlara” münasibətdə dinlə əlaqədar eyni fikri irəli sürürdü: “Din boş çanağa çevrilib. O, uğur əldə etmək üçün öz keyfiyyətlərinin yaxşılaşdırılması vasitəsinə çevrilmişdir. Allah biznes partnyoru olmuşdur”.

Ən – insani hiss – sevgi – “insan–avtomatlar” üçün əlçatmazdır və maska, sevginin görüntüsü ilə əvəz edilmişdir: “Sevgi də nadir hala çevrilmişdir. Avtomatlar sevə bilmirlər, yadlaşmış insanlar laqeyddirlər. Sevgi və nigah üzrə mütəxəssislər insanlar arasındakı münasibətləri, bir–birilərini düzgün seçilmiş texnika ilə manipulyasiya edən partnyorlar arasındakı münasibətlər kimi təbliğ edirlər, onlar üçün sevgi - à deux (ikilikdə) eqoizmdir, dözülməz tənhalıqdan sığınacaq yeridir”. Beləliklə, “insan–avtomat” - əşyadır, Frommun fikrincə isə əşya heç nədir. Burada Fromm əsaslı şəkildə sonralar Altüsserin “nəzəri antihumanizm” adlandırdığı şeyə yaxınlaşmışdı (amma qeyd edilmiş humanitar fəlsəfə nümayəndəsi olduğundan son addımı atmamışdır). Altüsser göstərirdi ki, ayrı bir fərd, ayrıca insan sosial bütovün, sosiumun tədqiqində prinsip ola bilməz. Və bu sonra (bəlkə də termin uğursuzdur) “nəzəri antihumanizm” adlandırılmışdı. Fromm özünə görə qorxaq insan olub: o, təkrarən, bir daha “nəzəri antihumanizm”ə yaxınlaşmışdı, ondan tələb olunan şey yalnız son addımı atmaq idi – bu sözləri demək idi! Amma məhz bu sözləri deməyə çəkinmişdi.

Radikal üçün əhəmiyyətli olan növbəti “kərpic” asketizmin tənqididir. Burada dərk etmək vacibdir ki: əlbəttə ki radikal möqve – hedonist mövqedir, amma istehlakçı – hedonist deyil, asket hedonizm mövqeyidir, yəni məhdudlaşdırıcı, seçici hedonizmdir, həyatı bütöv şəkildə, çətinlikləri ilə, ağırlıq və təhlükələrdən qaçmadan qəbul etmək, emosiya və hərəkətləri “xoş – xoşagəlməz” prinsipi ilə deyil, “yüksək – alçaq”, “insanlıq üçün əhəmiyyətli – insanlıq üçün əhəmiyyətsiz” prinsipi üzrə ayırmaqdır. Əgər siz həyatınızı tam şəkildə yaşayırsınızsa, hedonistlər kimi qeyri – hedonist olmaqdan qorxmursunuzsa, sevinc və onun yoxluğundan qorxmursunuzsa, yalnız onda siz ölümdən, təhlükədən qorxmaya bilərsiniz. Amma əgər sizdə istehlakçı hedonizmidirsə, siz artıq “insan–avtomata” çevrilmisiniz: sizin üçün əşyalar sizin özünüzdən daha vacib olmuşdur, belə ki, istehlakçı hedonizmi - əslində sonsuz istehlak, özünü əşyalar hesabına tamamlamaq cəhdidir.

Eyni zamanda həmçinin inqilabi cəbhədə də kifayət qədər yayılmış və ənənəvi nəzər nöqtəsi vardır ki, inqilabçı asket olmalıdır, onun ictimai rolu ona asket, “rahib” olmağı diktə edir. Fromm ilklərdən idi ki, dəqiq və aydın şəkildə, xüsusilə də psixoloji səbəblərə görə asketizmə qarşı çıxdı. O göstərdi ki, asketlərdə arzular boğulmuşdur, belə ki, əldə etmə istehlaka meylin boğulması cəhdi ilə individ əldə etmək və istehlak etmək arzusunun yüksək dərəcəsini nümayiş etdirir. Başqa cür desək, asketizm – istehlakçı hedonizmin digər üzüdür. Əgər siz bunu dərk etsəniz, siz özünüz kimi olmaqdan çəkinməyəcəksiniz, səmərəli şəkildə özünü ifadə tələbatınızı gerçəkləşdirəcəksiniz ki, bu, eyni zamanda, sizin inqilab qarşısında borcunuzdur – insanlığın tərəqqisində iştirak etmək borcunuz. Siz hedonizmi istehlakçı kimi, meşşansayağı dərk etməyəcəksiniz: “həyatdan həzz alma” sizin şüurunuzda araq, yemək, seks, hamam, geyim, narkotik, pulla əlaqələnməyəcək. Yeni bir şey öyrənməkdən, özünün və digərlərinin şerlərindən alınan həzzlə, incəsənət və musiqidən, sevdiyin insanlarla və yoldaşlarla ünsiyyətdən, yaradıcılıqdan, qələbədən və düşmənə əyilməyən, həlak olan yoldaşlarına görə duyduğun qürurdan alınan həzzlə əlaqələnəcək.

Ümumiyyətlə, əsl radikal bu və ya digər mühitdə bu və ya digər vaxtda hansı davranışın ictimaiyyət tərəfdən xoş qarşılandığından asılı olaraq asket hedonist olmalıdır: yəni rəsmi asketizm zamanı o hedonist olmalı, rəsmi hedonizm dövründə isə asket olmalıdır.

Növbəti “kərpic” – daha əhəmiyyətli – Fromm tərəfindən qurulmuş məşhur “olmaq” və ya “malik olmaq” oppozisiyasıdır. Fromm, təbii ki, ilk olaraq bu sözləri deməmişdi, amma o bu barədə kitab yazmışdı və burada bu sualı “Olmaq yoxsa malik olmaq?” ətraflı nəzərdən keçirmişdi. Bu, bizim ekzistensializm nümunəsində danışdığımız şeylərlə eynidir: “həqiqi mövcudluq – həqiqi olmayan mövcudluq”. Radikal mövcudluq - əsl mövcudluq, ekzistensiyadır. Fromm başqa sözlərdən istifadə edir, o, qəsdən bir dəfə düzəliş edir ki, bir dəfə bütün kitabı yazıb bitirdikdən sonra Sartrın hansısa əsərləri ilə tanış olur və aşkar edir ki, eyni şeydən yazır (və bu doğrudur). “ Bu xırda əsərlərdir, Sartrın əsas əsərləri ilə tanış deyiləm, buna görə də qabağa qaçmayacağam. Bilmirəm, amma mənə elə gəlir ki, mən də eyni şeyi deyirəm” – deyə Fromm dəqiqləşdirir. Hər şey doğrudur: Fromm başqa – freydist – terminologiyadan istifadə edir, amma əslində o deyir ki, radikal oppozisiya mövcuddur: “malik olmaq” (Sartrda “olmaq”) və “olmaq” (Sartrda “mövcud olmaq”). Ya siz maliksiniz, hər şeyi toplayırsınız (bu zaman siz istehlakçısınız), ya da mövcudsunuz. Əgər siz maliksinizsə, sizin itirməyə nəyinizsə var, onu sizin əlinizdən almaq olar. Əgər siz əsl, həqiqi mövcudsunuzsa, bunu sizin əlinizdən almaq olmaz, çünki o, sizin daxili mövcudluğunuzdur. Amma ekzistensiya ilə həqiqi mövcudluq kimi bütün həqiqi olmayan ətraf dünyaya müqavimət mexanizmi kimi maraqlanan eksiztensialistlərdən fərqli olaraq (məsələn Sartr), Fromm psixoanalitik kimi “malik olmaq” pozisiyasının “olmaq” pozisiyasından, malik olma modusunun mövcudluq modusundan fərqlərinin bəzi fərq parametrlərini (tibbi, istəsəniz psixoloji) göstərməyə çalışmışdır. Malik olma modusu, yəni obıvatelin, istehlakçının mövcudluq forması həqiqi insanın mövcudluq formasından nə ilə fərqlənir? İlk növbədə, Fromm deyir, bu fəallıqdır. İstehlak modusunda deyil, mövcudluq modusunda yaşayan insan ilk növbədə, fəaldır. Bəs fəal olmaq nə deməkdir? Fromma görə, fəal olmaq öz bacarıqlarının, istedadının, hər bir insanın bu və ya digər dərəcədə malik olduğu insani qabiliyyətlərin zənginliyinin üz çıxmasına imkan verməkdir. Yəni, bu öz daxili potensialının gerçəkləşməsi vasitəsilə xaricə yönəlmiş fəaliyyətdir. Daxili, təkrar edirəm, yəni özünün, xarici dünyaya sərfəli olan yox. Siz satqın imici, sosial ədalətsiz xarici dünyanın sizə sırıdığı maskanı deyil, həqiqi özünüzü ifadə edirsiniz.

Frommun mövcudluq modusunun göstəricisi və predikatı kimi qeyd etdiyi növbəti şey paylamaq, başqaları ilə bölüşmək, özünü qurban gətirmək meylidir. Burada, düşünürəm ki, izah etməyə ehtiyac yoxdur, çünki bu inqilabçının tamamilə təbii mövqeyidir...

Frommun təsvir etdiyi növbəti oppozisiya “təhlükə - təhlükəsizlik” dir. Bu halda bizim üçün dəyərli və vacib olan şey, ilk görünənin əksinə olaraq, istehlak modusu, malik olma modusu mövcudluq modusundan daha təhlükəlidir. İstehlakçı, başqa cür desək, böyük təhlükə şəraitində yaşayır. Fromm bunu belə izah edirdi: “Ehtiyatlı, malik olmaya meylli insanlar təhlükəsizlikdən həzz alırlar, əslində isə onların vəziyyəti çox etibarsızdır. İnsanlar malik olduqlarından: pul, ictimai mövqe... bir sözlə, onlardan xaricdə olan şeydərdən asılı vəziyyətdədirlər. Bəs insanlar malik olduqlarını itirəndə nə baş verir? Axı əslində hər kəsin malik olduğu hər şeyi itirmək olar. Məsələn, insan mülkiyyətini, bununla da – mümkündür ki, cəmiyyətdəki mövqeyini, dostlarını itirə bilər, bundan başqa tez və ya gec biz həyatımızla vidalaşacağıq, istənilən anda onu itirə bilərik”. “Əgər mən – ardınca Fromm deyir – malik olduğum şeyəmsə və əgər mən malik olduğumu itirirəmsə, bəs o zaman mən kiməm? Heç kim yox, məğlub olmuş, boş insanam – yalnış həyat tərzinin miskin nümunəsi”. Və əksinə, Fromm deyir, “İnsan malik olmaq əvəzində mövcud olmağı tərcih edirsə, malik olduğunu itirmək qorxusunun yaratdığı təşviş və əminsizlik hisslərini keçirmir. Əgər mən – malik olduğum deyil, elə mövcud olduğumamsa, heç kim mənim təhlükəsizliyimi hədələyə bilməz və məni identiklik hissindən məhrum edə bilməz”.

Burada Frommun fikirləri Sartrın fikirləri ilə üst–üstə düşür, baxmayaraq ki, bu aydın sezilmir. Sartr, yadınızdadırsa, deyirdi ki “Cəhənnəm – başqalarıdır”. Bəs Sartr nəyi nəzərdə tuturdu? O nəzərdə tuturdu ki, başqaları sizin üçün təhlükə yaradır (xatırladıram ki, Sartr onun müasiri olduğu kapitalist cəmiyyətindən, yəni qeyri–mükəmməl, patoloji cəmiyyətdən bəhs edir ki, burada nəzakət pərdəsi altında hamı hamıya qarşı müharibə aparır). Amma siz özünüz də digərləri üçün “başqaları”sınız, nəticədə siz də eyni dərəcədə təhlükəlisiniz. Nəticədə, əgər siz özünüzü passiv hərkətsizliyə məhkum etmək əvəzində “başqasını” öyrənməyə, onunla əlaqəyə girməyə, onunla birləşməyə səy göstərsəniz, yəni özünüzü başqasına versəniz və ondan da qarşılıq gözləsəniz, təhlükə kəskin şəkildə azalacaq. Təhlükəyə məhəl qoymamaq, bu qəhrəmanlıq – obyektiv, həqiqi təhlükəsizlikdir (belə ki, ekzistensiyanı əlindən almaq olmur, maddi mövcudluğu isə olar). Sartr hesab edirdi ki, əməkdaşlıq repressiv xarici dünyaya qarşı kollektiv müqavimətə zəmanət verir. Sartr düşünürdü ki, yalnız müqavimətdə əməkdaşlıq zamanı həqiqi sevgi mümkündür. Gördüyümüz kimi, Fromm Sartrı tanımadan öz tədqiqatlarında da eyni nəticəyə gəlmişdir. Bu, yeri gəlmişkən, elmiliyin meyarlarındandır: əgər siz başqasından müstəqil şəkildə, tutaq ki, başqa metodun köməkliyi ilə eyni materiala əsaslanaraq həmin nəticəyə gəlirsinizsə, bu, sizin əldə etdiyiniz nəticələrin obyekivliyini və həqiqiliyini sübut edir...

Frommun bəhs etdiyi növbəti oppozisiya “həmrəylik – antoqonizm” oppozisiyasıdır. Burada, başa düşdüyünüz kimi, Frommun fikirləri yenə də Sartrla üst–üstə düşür. Fromm deyir ki, sevgi və heyranlıq obyektinə malik olmaq istəmədən sevmək, heyran olmaq, sevinmək – sizin mövcudluq imkanınızdır. Yəni, daxilinizdə, insan mövcudluğunun daxili meyarlarına görə siz hər şeyi mütləq, ələ keçirməyə, tabe etməyə və mənimsəməyə ehtiyac duymursunuz. Bu postulatı təsdiq edən ən uğurlu misallardan birini Fromm həzz aldığınız şeyi əldə etməyə səy göstərmədən həzz almaq fenomeni hesab edir. Belə ki, burada söhbətin musiqi, rəsm əsəri, təbiət mənzərəsi, hadisə və ünsiyyətdən, sevgidən, dostluqdan getdiyinin əhəmiyyəti yoxdur. Fromm deyir: “Kişi və qadın bir–biri ilə ünsiyyətdən həzz ala bilərlər: digərinin fikirləri, zövqü, ideyaları, temperamenti və ya şəxsiyyəti onun xoşuna gələ bilər. Və yalnız xoşlarına gələn şeyə malik olmaq istəyənlər arasında belə qarşılıqlı ünsiyyət sevinci adətən seksual sahib olma ilə müşayiət oluna bilər. Mövcudluğa meylli olanlar üçün isə digər insanla ünsiyyət özlüyündə həzzdir və hətta əgər o, seksual cəhətdən də cəlbedicidirsə, Tennisonun dediyi kimi, güllərdən həzz almaq üçün onları qoparmağa ehtiyac yoxdur”.

Frommun daxil etdiyi növbəti oppozisiya “sevinc – həzz” antoqonizmidir. Bu da aydındır ki, çünki doğrudan da aydındır ki, sevinc – daha dərin hissdir, həzz hissindən daha ciddi keçirilən, daha dolu hissdir. Həzz hissinə dair nümunəni burjua telereklamı çiyələyin yeyilmə prosesini göstərir: “Yemək – həzzdir. Daddan alınan həzz”. Bəli, çiyələyin yeyilməsindən həzz (ləzzət) almaq mümkündür (ümumiyyətlə qida - bütün zülallı varlıqların olduğu kimi, bioloji qeyri–mükəmməl varlığın həyat fəaliyyətini dəstəkləmək üçün lazım olan kədərli zərurətdir: yeməsən öləcəksən; bundan başqa, yeməkdən alınan zövq həqiqi həzz deyil: əslində, uzun zaman əvvəl sübut olunduğu kimi, bu aclıq hissi ilə yaranmış neqativ hisslərin boğulması, likvidasiyasıdır). Amma çətin ki, çiyələk yeməkdən sevinc əldə edəsən. Həm də nə qədər çox yaşın varsa, nə qədər çox dad əmcəkləri silinmişsə, o qədər az həzz alırsan. Sevinc hissini isə istənilən yaşda keçirmək olar.

Növbəti “kərpic” – Frommun “humanist planlaşdırma” və ya “humanist idarəetmə” adlandırdığı təlimidir. Frommun “humanist idarəetmə” ilə maraqlı toqquşması olmuşdur. Fromm məhz zorakılığın əleyhdarı, güclə müdaxilənin əleyhdarı olmuşdur. İş ona gəlib çatır ki, bəziləri onu hətta “hippi nəzəriyyəçisi” kimi qəbul edir (bu, əlbəttə ki, səhvdir). Və bu “hippi nəzəriyyəçisi” “humanist idarəetmə” (“humanist planlaşdırma”, yəni siyasi hakimiyyət funksiyası vasitəsilə dünyanın inqilabi dəyişdirilməsi haqqında təlim yaradır. Fromm deyir ki, insan sivilizasiyasını uğurlu şəkildə inkişaf etdirmək üçün “humanist idarəetmə”nin tətbiqi vacibdir. “Humanist idarəetmə” insanlığın aşağıdakı obyektiv vaxtı çatmış tələblərini gerçəkləşdirmək üçün fəaliyyət göstərir: “Belə bir problemi həll etmək lazımdır ki, istehsalın tam təmərküzləşməsi olmadan, yəni “faşizmə gəlmə” və ya “gülərüzlü texnoloji faşizmə” gəlmə riski olmadan sənayeləşmə yolu ilə necə getməli. Bir tərəfdən ümumi planlaşdırmanı, ikinci tərəfdən yüksək qeyri–təmərküzləşmə dərəcəsi ilə uyğunlaşdırmaq lazımdır. İqtisadi fəlakətdən qaçmaq üçün iqtisadiyyatın seçici inkişafı xeyrinə onun məhdudiyyətsiz inkişafından imtina etmək lazımdır. Elə bir iş şərtləri və ümumi meyl əhval–ruhiyyə yaratmaq lazımdır ki, bu zaman əsas motivasiya maddi varlanma deyil, mənəvi psixoloji məmnunluq olsun. Elmin gələcək tərəqqisi zəruridir və eyni zamanda elmi nailiyyətlərin praktiki tətbiqindən sui–istifadə təhlükəsinin qarşısını almaq lazımdır. Elə şərtlər yaratmaq lazımdır ki, bu zaman insanlar yalnız özlərinin həzz tələbatlarını ödəmək istəməsinlər, sevinc və xoşbəxtlik hiss etsinlər. Fərdlərin tam təhlükəsizliyini təmin etmək lazımdır ki, onlar öz əsas tələbatlarının ödənilməsində cəmiyyətin bürokratik aparatından asılı olmasınlar. Biznes sferasında deyil, insanın gündəlik həyatında “fərdi təşəbbüs” şəraiti yaratmaq lazımdır... ”

Və bu hələ hər şey deyil. Fromm kifayət qədər radikal tələblər siyahısını irəli sürür. Məsələn, “Sənaye reklamında və siyasi təbliğatda istifadə olunan “beyin yuyulması”nın bütün metodlarını qadağan etmək lazımdır”. Və ya “Varlı və kasıb ölkələr arasındakı uçurum məhv edilməlidir”. Fromm tərəfindən irəli sürülən şərtlərin tam siyahısı ilə tanış olduqda aydın olur ki, (amma Fromm bunu açıq demir) bu tələblərin həyata keçirilməsi üçün siyasi hakimiyyətə ehtiyac vardır. Bəs siyasi hakimiyyət nəyə gərəkdir? Siz bunu dəqiq və aydın şəkildə dərk etməlisiniz. İnqilabın nəyə lazım olduğu kimi. İnqilab özü–özlüyündə lazım deyil, o məqsəd deyil, vasitədir. İnqilab inqilabdan sonrakı ictimai dəyişikliklər layihələrini gerçəkləşdirmək üçün lazımdır. İnqilabdan sonrakı layihələri isə o zaman gerçəkləşdirə bilərsiniz ki, siyasi hakimiyyət əlinizdə olsun. Yəni siyasi hakimiyyətin özü–özlüyündə dəyəri yoxdur – buna dair hər Orvelsayağı cəfəngiyatı birinci qeyri–elmi, ikincisi isə psixopatoloji səbəblərdən sərf–nəzər etmək lazımdır. Aydındır ki, “humanist idarəetmə” layihəsi o zaman mümkündür ki, siz siyasi hakimiyyəti ələ keçirəsiniz və onu sizin siyasi iradənizi həyata keçirmək mexanizmi kimi istifadə edərək məqsədyönlü şəkildə “humanist idarəetmə”ni reallaşdırasınız. Belə ki, reklamı qadağan etmək – artıq repressiyadır. Kasıb və varlı ölkələr arasındakı sərhədi silmək (həmçinin varlı və kasıb siniflər arasında) – artıq repressiyadır, belə ki, varlılar bu sərhədlərin silinməsinə razı olmayacaqlar, bu, onlara sərfəli deyil. Yəni, bunu aşkar söyləmədən, Fromm göstərir ki, siyasi hakimiyyət mexanizmini istifadə etmədən heç bir parlaq, ən gözəl utopiyanın həyata keçirilməsi mümkün deyil. Bəli, əlbəttə, əgər o vaxta kimi hamımız ölməsək, əgər insanlıq özünü çıxılmaz dalana salmasa, əgər bütün resurslar tükənməsə, biz sinifsiz, istismar və zorakılıqsız cəmiyyəti görə bilərik, amma bu, “sinifli cəmiyyətin içində sinifsiz cəmiyyət elementlərinin yetişməsi” ilə mümkün deyil. Fromm göstərir ki, ən gözəl, ən humanist ideyalar, ən humanist məqsədlər, əgər söhbət cəmiyyətin taleyindən gedirsə və reallıqdan uzaqlaşmasaq, istər–istəməz siyasi müdaxilə tələb edirlər. Bəşəriyyət yalnız bir belə mexanizm tanıyır – siyasi hakimiyyət. Hər bir siyasi hakimiyyət isə - zorakılıqdır.

Bəhs etmək istədiyim növbəti “kərpic” Frommun təbliğat və reklamın tənqididir. Təbliğat haqqında Markuzedən bəhs edərkən demişdim. Xatırlayırsınızsa, mən deyirdim ki, təbliğat mexanizmləri mahiyyətcə müstəqildirlər və partlasan da onları “yaxşı” (yəni etik) etmək mümkün deyil. Onlar, KİV kimi, daxili mahiyyətə malikdirlər, onu dəyişmək mümkün deyil, onu sadəcə yaxşı və ya pis məqsədlərlə istifadə etmək olar. Prinsipcə, Fromm eyni şeyi, amma reklam haqqında deyir. O göstərir ki, reklam şüura deyil, hisslərə təsir edir, o, hipnotik təlqin kimi təsir göstərir. “Yaxşı” reklam hazırlamaq mümkün deyil, “düzgün” (yəni etik) reklam hazırlamaq olar. Yalnız daha uğurlu, müvəffəqiyyətli reklam hazırlamaq olar və onu bazar və ideoloji silah kimi istifadə etmək olar, amma o, yenə də ziyan verən, zərərli silahdır, o, sizin başınızı piyləyir, sizi başdan çıxarır. Fromm deyir ki, insanın tənqid bacarıqları reklam və ya təbliğat vasitəsilə kütləşir, insanı onunla qorxudurlar ki, ondan yaxşı qoxu gəlmir və ya ona sabun və ya bir köynək alan kimi həyatında xoşbəxt dəyişikliklər baş verəcəyi kimi dəlisov arzular yeridirlər. Bütün bu obrazlar öz əsasına görə irrasionaldır, onların nə əmtəənin keyfiyyəti, nə də insanın həqiqi tələbatları ilə əlaqəsi yoxdur, onlar – nəşə və ya hipnoz kimi insanı xumarlandırır, alıcının tənqid bacarıqlarını öldürürlər. Belə reklamda arzu elementi, “havadan qəsrlər” var – bunun hesabına insana müəyyən məmnunluq gətirir. Amma eyni zamanda da onun əhəmiyyətsizlik və zəiflik hissini gücləndirir. “Mahiyyətinə görə - Fromm deyir – tənqidi təfəkkür qabiliyyətinin bihuşetmə metodları, demokratiya üçün ona qarşı açıq hücumlardan daha təhlükəlidir. İnsan şəxsiyyətinə təsirinə görə isə onlar ədəbsiz ədəbiyyatdan daha əxlaqsızdır. İstehlakçı hərəkatları alıcının tənqid qabiliyyətini, şərəfini və özünə hörmətini bərpa etməyə çalışırlar, amma indiyə qədər bu ictimai hərəkat dinc başlamalardan kənara çıxa bilməmişdir.

Fromm hesab edir ki, başqa cür ola da bilməz. Eyni şey siyasi reklam sahəsində də baş verir. Fromm deyir ki, bütün bunlar dəqiq və aydın şəkildə orta amerikalının, obıvatelin şüurunun xüsusiyyətləri ilə əməliyyat aparır. Obıvatel üçün reklamda yaşamaq normaldır, ətrafdakıları isə kütləşdirir. Və yalnız obıvatellər üçün bu qorxulu deyil, onlar artıq kütdürlər. Onlar öz mühitlərində, özləri üçün aydın olan dünyalarında bundan həzz alırlar. Digərlərinə münasibətdə isə reklam – cinayətdir: uşaqlardan başlayaraq - belə ki, onların orta amerikalı kimi deyil, başqa bir insanlar kimi inkişaf etmək imkanları vardır – bu reklamın qıcıqlandırdığı insanlara qədər.

Reklam – həqiqətən də cinayətdir. Reklam istehlakçısı zorla kütləşdirilir. Fromm amerikalıların misalında bunu çox yaxşı izah edir, o deyir ki, tipik reklam qəhrəmanı multiplikasiya personajı “Mickey–Mouse”-dır ki, qeyri–real təhlükələr dünyasında yaşayır, onu həmişə izləyirlər, yemək, tutmaq, məhv etmək istəyirlər, amma o, həmişə, möcüzə ilə, hansısa təsadüflərin və s. köməyi ilə ölümdən qaçmağa – yenə də möcüzəvi şəkildə - öz düşmənlərinə zərər vurmağa müvəffəq olur. Bu süjet, müntəzəm olaraq, dəfədən–dəfəyə, ildən–ilə təkrar olunur. Psixi sağlam olan heç bir insan buna sonsuz olaraq, onun variasiyalarına, ildən–ilə baxmaq istəməz. Əgər orta amerikalı buna baxırsa, deməli bu süjetdə cəlbedici element vardır, deməli, amerikalı özünü Mickey Mouse-la eyniləşdirir, deməli o da özünü daima təhlükədə, boğulma vəziyyətində hiss edir, sanki böyük bir şey səni izləyir və səni udmaq istəyir. Orta amerikalı, beləliklə, öz qorxularını yenidən yaşayır, bir daha özünün miskinliyi hissini yaşayır və sonra özünə təsəlli tapır: “Hər şeyə baxmayaraq, mən (=Mickey Mouse) yenə də xilas oldum! Bu dəfə də mən düşməndən güclü oldum”. Və bu zaman orta amerikalı heç dərk etmir ki, onun xilası, onun bəxtinin gətirməsi daha çox onun aradan çıxma qabiliyyətindən və bu izləyicini onu tutmağa imkan verməyən müxtəlif vəziyyət və təsadüflərdən asılıdır – yəni, vəziyyət alçaldıcıdır.

Danışmaq istədiyim daha bir “kərpic” Fromm tərəfindən müasir cəmiyyətin repressiv kimi təsvir edilməsidir. Prinsipcə, müasir cəmiyyətin repressiv kimi qəbul edilməsi neofreydistlər üçün təbii haldır. Amma Frommda bu, çox maraqlıdır ki, mahiyyətcə onun iradəsindən asılı olmayaraq alındı. O, insanın öz vicdanı ilə hərəkət etməyi və sosial maskasından, yəni “qeyri–produktiv” “sosial xarakter”indən qaçma qabiliyyəti barədə mülahizələr yürüdürdü. Amma bu zaman Fromm qəflətən dərk etdi ki, əgər insan öz həqiqi mahiyyətini dərk edirsə və “sosial xarakter”dən qaçırsa, o zaman o, bununla mövcud sosial sistemin fəaliyyətini pozur, bu isə qaçılmaz olaraq onun dəyişdirilməsi istiqamətindəki sosial hərəkətlərə, Sartrın dediyi kimi – inqilabi layihəyə gətirib çıxarır. Buna görə də cəmiyyət, təbii ki, bütün gücü ilə insana öz daxili mahiyyətini dərk etməyə mane olmağa çalışır – diqqət yetirin: qanunla cəzalandırılan inqilabi hərəkətlərə deyil, insan tərəfindən öz daxili mahiyyətinin dərk edilməsinə mane olur. Yəni bu cəmiyyət öz daxili parametrlərinə görə immanent olaraq repressivdir. Frommun bu kəşfinin radikal üçün nə kimi əhəmiyyəti var? Belə ki, siz dərk etməlisiniz: siz bu cəmiyyətə mənsub olmadığınızı başa düşdüyünüz anda – bu andan siz repressiyanın qanuni obyektinə çevrilirsiniz. Təkrar edirəm, qanuni, ona görə də şikayətlənməyin ki, sizinlə yaxşı davranmırlar, siz özünüzü pis hiss edirsiniz, siz kasıb yaşayırsınız, kayeranız uğurlu deyil, sizi döyüblər, işdən qovublar və s. Əgər siz özünüzü bu cəmiyyətlə eyniləşdirməyirsinizsə - hər şey doğrudur, sizinlə elə davranmalıdırlar, onlar tərəfindən bu tamamilə qanuni repressiyalardır, onları zərurilik kimi qəbul etməli və zorakılığa zorakılıqla, təsirə əks təsirlə cavab vermək lazımdır. Yəni müqavimət göstərmək lazımdır.

Və sonuncu “kərpic” – Frommun norma haqqında təsəvvürüdür. Xatırlayırsınızsa, mən Adorno haqqında, onun müasir sosiologiyanın tənqidindən və sosiologiyanın fəlsəfi xarakterli olması tələbindən danışanda demişdim ki, Adorno iki norma anlayışı irəli sürmüşdür: orta, geniş yayılmış norma (o, bunu qeyri-həqiqi normal hesab edir) və şüurlu insanın davranış modelindən uzaqlaşan norma. Əgər ikinci norma tətbiq edilirdisə, Adornonun müasir olan səyyar sosiologiyası dəyərsizləşir, çünki o orta insanı, obıvateli, kütləvi insanı təsvir edərək onu norma elan edirdi. Əslində isə elə o, patologiya idi, süni insan idi. Fromm da həmin nəticəyə gəlmişdi, o dərk etmişdir ki, bütün etalonların hakim sinif tərəfindən tamahkarcasına irəli sürüldüyü, insanlara “sosial xarakter”lərin yeridildiyi və sizin daxili mahiyyətinizin təhrif olunduğu kapitalist cəmiyyətində siz bu təhriflərə məruz qalmamısınızsa, deməli sizin mövcudluğunuz artıq defektlidir, amma rəsmi olaraq siz bu zaman xəstə deyilsiniz. Əgər siz xəstə olmusunuzsa – siz artıq cəmiyyət üçün müəyyən qədər (az dərəcədə) təhlükəlisiniz. Əgər siz defektlisiz, amma xəstə deyilsinizsə, siz normasınız. Əgər defektin mövcudluğu normadırsa, deməli cəmiyyət də defektlidir. Fromm – psixoanalitik “Sağlam cəmiyyət” əsərini yazmışdı, göstərməyə çalışmışdı ki, cəmiyyəti psixoanaliz metodları ilə necə müalicə etmək olar. Amma Frommun ümumi konsepsiyasından bu irəli gəlmir, çünki əgər cəmiyyət repressivdirsə, onu sağaltmaq mümkün deyil, o, müalicə cəhdlərinə repressiya il cavab verəcək. Bu, sizin azğın psixi xəstənin yanına gəlməyinizə oxşayır. Onun əlində balta var, siz isə ona deyirsiniz: “Bilirsən, “aminazin” deyə çox yaxşı həblər var, sən onları içsən – o saat sakitləşəcəksən, özünü daha yaxşı hiss edəcəksən...” . O isə bütün dünyaya hirslidir və aydındır ki, sizin sözlərinizə cavab olaraq sadəcə olaraq baltanı sizin başızına vuracaq. Prinsipcə, öz əsərləri ilə Fromm da müasir Amerikanı buna səsləyirdi. Yəni o, Amerikaya – baltalı dəliyə - demək istəyirdi: “Sən özünü pis hiss edirsən, sən əziyyət çəkirsən, müalicə olun!” – və ona fikir vermirdi ki, bundan əvvəl bu müraciətə cavabın balta zərbəsi olacağını sübut etmişdi. Prinsipcə, başqa cavab ola da bilməz. Amma bizim üçün vacibdir ki, sosiologiyaya dəymədən və Adornodan müstəqil şəkildə Fromm həmçinin göstərir ki, iki norma mövcuddur: sırf statistik olaraq, patologiyanın geniş yayqınlığı əsasında irəli sürülmüş ortalama norması, “orta insan” norması və həqiqi mövcudluq insanının norması, radikalın norması, yəni həqiqi norma.



Son olaraq, görünür, demək lazımdır ki, Fromm bir neçə xüsusi layihələr – “vicdan səsi” şuraları, şəxsiyyətlərarası ünsiyyət şuraları, individual və ictimai sağlamlığa və insanların ictimai maraqlarına uyğunluğu nöqteyi nəzərindən – ekoloji, iqtisadi və s. layihələrin, yeni növ məhsul və xidmətlərin qiymətləndirilməsi və s. üçün ekspert şuraları və s. kimi layihələr işləyib hazırlamışdı. Amma bu xüsusi layihələr, sözsüz ki, cəmiyyətin inqilabdan sonrakı möcvudluğu mərhələsi üçün qiymətlidir ki, bu, anladığınız kimi, indiki mühazirələr tsiklinin tematikası çərçivələrindən kənara çıxır.

[Material scepsis.ru ünvanındakı original yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]

Tərcümə: Ləman Orucova

Redaktə: Loğman Qasımov

(c) www.solfront.org
Yüklə 67,3 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin