Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) III B qrupu hansı kontingentin hesabına formalaşır?



Yüklə 1,33 Mb.
səhifə3/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   2   3   4   5   6   7   8   9   ...   15

105) III B qrupu hansı kontingentin hesabına formalaşır?
A) 0 dispanser qrupundan keçirilənlərin cəmi

B) IV və V –ci dispanser qrupundan keçirilənlərin cəmi

C) I dispanser qrupundan keçirilənlərin cəmi

D) 0, I-ci və II-ci dispanser qrupundan keçirilənlərin cəmi

E) II dispanser qrupundan an keçirilənlərin cəmi
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyini metodları (Metodik təlimat). Bakı -1998.
106) Dispanser müşahidəsinin VIA; VIB və VIC qrupundan qeydiyyata alınan uşaq və yeniyetmələrə Mantu sınağı hansı tezliklə qoyulmalıdır?
A) İldə 1 dəfə

B) İldə 2 dəfə

C) Kvartalda 1 dəfə

D) 2 aydan bir

E) 2 ildən bir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
107) Vərəm mikobakteriyaları ifraz edən xəstələrlə təmasda olan uşaq və yeniyetmələr hansı dispanser qrupunda müşahidə olunur?
A) III A

B) IVA


C) IVB

D) IIIB


E) VIA
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr, əlavə 1
108) IVA qrupunda qeydiyyatda olan kontingentin müşahidə müddəti nə qədərdir?
A) 3 il

B) 2 il


C) Sayılanlardan heç biri

D) Təmasda olduqları vərəm mikobakteriyalarını ifraz edən xəstədə vərəm prosesinin aktivliyi sönəndən 1 il, öləndən 2 il sonra

E) 1 il
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
109) IV A qrupunda qeydiyyatda olan uşaq və yeniyetmələrin müayinəsi hansı intervalda və həcmdə aparılır?
A) İldə 6 dəfə kompleks müayinə

B) İldə 4 dəfə kompleks müayinə

C) İldə 2 dəfə minimum müayinə

D) Kvartalda 1 dəfə kompleks müayinə

E) İldə 2 dəfə kompleks müayinə
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
110) IVA qrupu dispanser müşahidəsi ilə qeydiyyatda olan kontingentə kimyəvi profilaktika kursu hansı formda ilə təyin edilir?

A) Kimyəvi terapiya metodikası və rejimi fərdi olaraq risk faktorlarını nəzərə almaqla təyin edilir

B) Fəsli kimyəvi profilaktika kursları təyin edilir

C) Kimyəvi profilaktika təyin edilmir

D) Sadalanların hamısı doğrudur

E) İmmunitetin güclənməsi üçün ümumi möhkəmləndirici terapiya kursu


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
111) IVB qrupunda kimlər müşahidə olunur?
A) Sayılanların hamısı doğrudur

B) Vərəm mikobakteriyalarını ifraz etməyən xəstələrlə təmasda olan uşaq və yeniyetmələr

C) Multirezistent formalı vərəmli xəstələrlə təmasda olanlar

D) Fibroz kavernoz vərəmli xəstələrlə təmasda olan uşaq və yeniyetmələr

E) Vərəm mikobakteriyalarını ifraz edən xəstələrlə təmasda olan uşaq və yeniyetmələr
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
112) IVB qrupunda qeydiyyatda olan xəstələrin müşahidə müddəti nə qədərdir?
A) 2 il müddətində

B) 1 il müddətində

C) 6 ay

D) 3 il müddətində



E) Vərəmli xəstələr vərəm prosesinin fəallığı söndükdən sonra 1 il müddətində
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
113) IVB qrupunda müşahidə edilən kontingent arasında kimyəvi profilaktika rejimi necə təşkil olunur?
A) Kimyəvi profilaktika rejimi və metodikası fərdi olaraq risk faktorlarını nəzərə alaraq aparılır

B) Kvartalda bir dəfə

C) Profilaktik müalicə kursu aparılımır

D) İldə 1 dəfə

E) İldə 2 dəfə profilaktik müalicə kursları
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
114) Vərəm əleyhinə peyvəndin ağırlaşmaları təsadüf olunan uşaqlar hansı dispanser qrupunda müşahidə olunurlar?
A) V qrupda

B) IIIA qrupunda

C) IA qrupunda

D) II qrupda

E) IV A qrupunda
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
115) VA qrupu hansı kontingent hesabına formalaşır?
A) İlk dəfə ağ ciyərlərində qeyri fəal vərəmə uyğun rentgenoloji dəyişikliklər aşkar olunan kontingent hesabına

B) Bütün cavablar doğrudur

C) Tuberkulindiaqnostikanın nəticəsi müsbət olan kontingent hesabına

D) Persistə edən və səpələnmiş KJB infeksiya o cümlədən sümük oynaq, limfa düyünləri sisteminin 2 və daha artıq limfa düyünləri qruplarında kazeoz limfadenit aşkar olunmuş xəstələrin hesabına

E) Vərəmli xəstlərlə təmasda olan kontingent hesabına
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
116) V B dispanser qrupunda müşahidə olunan uşaq və yeniyetmələrdə hansı zədələnmələr müşahidə edilir?
A) Qeyri fəal fazada olan limfodenitlər, soyuq abseslər

B) Məhdud lokal zədələnmələr: bir qrup limfa düyünlərinin irinli kazeoz dəyişiklikləri ilə müşayət olunan limfadenitlər, fistulsuz limfadenitlər, soyuq abseslər, böyüməyə meyilli kelloid çapıqlar

C) Qoltuqaltı və körpücüküstü limfa vəzlərinin vərəmi

D) Sayılanların hamısı

E) Kelloid çapıqlar
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
117) VA qrupunda xəstələrin müşahidə müddəti nə qədərdir?
A) Müşahidə müddəti məhdudlaşdırılmır

B) 6 aydır

C) 2 ildir

D) 3 ildir

E) Ömürlük
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
118) VA qrupunda hansı müalicə taktikası həyata keçirilir?

A) Müalicə aparılmır

B) İzoniazidlə müalicə aparılır

C) Əsas müalicə kursu kompleksi lazım gəldikdə

D) Göstəriş olarsa cərrahi müdaxilə

E) B və C doğrudur


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
119) VC qrupunda xəstələrin müşahidə müddəti nə qədərdir?
A) 3 il

B) Ömürlük

C) 6 ay

D) 5 il


E) Müşahidə müddəti məhdudlaşdırılmış deyil
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
120) Ağ ciyərlərdə rentgenoloji olaraq böyük qalıq əlamətləri müşahidə olunan xəstələrin dispanser qeydiyyat müddəti?

A) 1 il


B) 3il

C) 5 il


D) Müşahidə müddəti məhdudlaşdırılmır

E) Ömürlük


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
121) “0” qrupunda müşahidə olunan uşaq və yeniyetmə qrupları hansılardır?
A) Tuberkulinə həssaslığın xarakterinin dəqiqəşdirilməsinə ehtiyacı olan, postvaksinal və infeksion allergiya arasında differensiasiyaya ehtiyacı olan və ağ ciyərdə spesifik prosesin aktivliyinin təyininə ehtiyacı olan uşaq və yeniyetmələr

B) Bəlğəmlərində vərəm mikobakteriyaları aşkar olunan uşaq və yeniyetmələr

C) Yalnız tuberkulinə həssaslığın postvaksinal ya infeksion allergiya ilə əlaqədar olduğunun differensasiyasına ehtiyacı olan uşqalar

D) Yalnız ağ ciyərlərdə rentgenoloji aşkar olunan vərəmin fəallığının təyininə ehtiyacı olan uşaq və yeniyetmələr

E) Sadalanların hamısı doğrudur
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
122) “0” qrupunda müşahidə müddəti nə qədərdir?
A) 1 aydır

B) 6 aydır

C) 3 aydan artıq deyil

D) 1 ildir

E) 3 ildir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
123) Uşaq və yeniyetmələrin IA qrupunda müşahidə olunma müddəti nə qədərdir?
A) 6 ay

B) 1 il


C) 3 il

D) Qeydiyyata alınandan etibarən 24 aydan çox olmayaraq

E) Müşahidə müddəti məhdudlaşdırılmır
Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
124) Uşaq və yeniyetmələrin IB dispanser qrupunda müşahidə müddəti nə qədərdir?
A) 2 ildir

B) 6 ay


C) Qeydiyyata alınan vaxtdan 9 aydan artıq olmayaraq

D) 3 ildir

E) 1 il
Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
125) IB qrup dispanser müşahidəsinin effektivlik göstəricisi aşağıda qeyd edilənlərdən hansıdır?
A) Xəstələrin 50 %-nin II qrupa keçirilməsi

B) Xəstələrin 95 %-nin 9 aydan sonra III B qrupuna keçirilməsi

C) Xəstələrin 50 %-nin 9 aydan sonra III B qrupuna keçirilməsi

D) Xəstələrin 20 %-nin II qrupa keçirilməsi

E) Xəstələrin 10 %-nin III qrupa keçirilməsi
Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
126) IA qrupunda müşahidə olunan uşaq və yeniyetmələr nə vaxt uşaq kollektivinə buraxıla bilərlər?
A) Bəlğəmin mikroskopik və 3 kultural müayinəsinin cavabı "mənfi" olarsa

B) Kəskin ifadə olunmuş müsbət rentgenoloji dinamika müşahidə olunarsa

C) Qeydiyyata alınan vaxtdan 2 il sonra

D) Dağılma boşluğu bağlanandan sonra

E) Müalicə kursunun sonuna dağılma boşuğunun bağlanması, kultutural müayinənin cavabı 3 dəfə neqativ olması, kəskin kliniki yaxşılaşma əlamətləri əldə edildikdə
Ədəbiyyat: RSFSR Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
127) Uşaq və yeniyetmələrdə I B qrup dispanser kontingenti kimlərdən formalaşır?
A) Vərəm mikobakteriyalarını ifraz edən xəstələrdən

B) Destruktiv vərəmi olan xəstələrdən

C) Məhdud və fəsadlaşmış vərəm prosesi olan xəstələrdən hesabına

D) İlk dəfə aşkar olunmuş məhdud və fəsadlaşmamış prosesi olanlardan spesifik proseslər

E) Xroniki xəstələrdən
Ədəbiyyat: RSFSR Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
128) Uşaq və yeniyetmələrin II qrupda müşahidəsinin effektivlik göstəricisi hansıdır?
A) Letallığın 10 %-dən çox olmaması

B) Letallığın 5%-dən çox olmaması

C) 12 aydan sonra xəstələrin 80% -nin III B qrupuna keçirilməsi

D) Letallığın 3%-dan çox olmaması

E) Xəstələrin ömürlük II qrupda müşahidəsi
Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
129) Vərəmin kiçik qalıq əlamətləri aşkar olunan uşaq və yeniyetmələrin IIIA qrupunda müşahidə müddəti nə qədərdir?

A) 12 aydan artıq olmayaraq

B) 2 ildir

C) 3 ildir

D) 3 aydır

E) 6 aydır


Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
130) Vərəmin böyük qalıq əlamətləri və yanaşı xəstəliklərlə müşaiyət olunan vərəmin kiçik qalıq əlamətləri aşkar olunan uşaq və yeniyetmələrin III A qrupunda dispanser müşahidəsinin müddəti nə qədərdir?
A) Müşahidə olunmur

B) 5 il


C) 3 il

D) Ömürlük

E) Müddətsiz
Ədəbiyyat: RF Səhiyyə Nazirliyinin 109 saylı 21 mart 2003-cü il tarixli əmrinin 7-ci əlavəsi
131) III dispanser qrupunda nəzarətdə olan uşaq və yeniyetmələrdə residivlərin yol verilən həddi nə qədərdir?

A) 1%


B) 10 %

C) 2%


D) 3%

E) 0.5% residiv verir


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
132) IIIB qrupu hansı kontingent hesabına formalaşır?
A) Ağ ciyərlərində rentgenoloji müayinə ilə kiçik dağılma boşluğu aşkar olunan xəstələrin hesabına

B) Sadalanların heç biri

C) I-II və III A qrupundan köçürülənlərin hesabına

D) İlk dəfə ağ ciyərində vərəmin qeyri fəal qalıq əlamətləri müşahidə olunan xəstələrin hesabına

E) Bəlğəmin kultural müayinəsi zamanı vərəm mikobakteriyaları aşkarlanan xəstələrin hesabına
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmr
133) Vərəm əleyhinə dispanserin işini təşkil edən əsas tədbirlər hansılardır?
A) Vərəmin diaqnostikası

B) Bütün sadalananlar

C) Sənədləşmə və hesabatın aparılması

D) Qeydiyyat qrupları üzrə kontingentlərin müşahidəsi

E) Xəstələrin müalicəsi və kimyəvi profilaktikanın aparılması
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
134) Müalicə kursunun sonuna fəal vərəm xəstələrinin hansı faizini IIA dispanser qrupuna keçirildikdə dispanserin fəalliyətini normal saymaq olar?
A) 24 aylıq müalicə kursunun sonuna xəstələrin 10 %

B) 24 aylıq müalicə kursunun sonuna xəstələrin 25 %

C) 24 aylıq müalicə kursunun sonuna xəstələrin 15 %

D) 24 aylıq müalicə kursunun sonuna xəstələrin 50 %

E) 24 aylıq müalicə kursunun sonuna xəstələrin 20 %
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmrinə 2 saylı əlavə.
135) Normal epidemioloji şəraitdə vərəm menıngitinin ilkin aşkar edilmiş xəstələr arasında xüsusi çəkisi ən çox neçə faiz təşkil edə bilər?

A) Olmamalıdır

B) 2

C) Hər biri ola bilər



D) 3

E) 5
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988 в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988


136) İlkin aşkar edilmiş xəstələr arasında gecikmiş formanın (fibroz kavernoz, sirrotik) xüsusi çəkisi necə hesablanır?
A) İlkin aşkar edilmiş fibroz kavernoz və sirrotik vərəmli xəstələr sayının 100-ə hasilinin ilk dəfə qeydiyyata alınmış tənəffüs üzvlərinin fəal vərəmi olan xəstələrin sayına nisbəti.

B) Qeydiyyata ilkin götürülmüş fibroz kavernoz vərəmli xəstələrin sayının 100-ə hasilinin qeydiyyatda olan tənəffüs üzvlərinin fəal vərəmi olan xəstələrinin sayına nisbəti.

C) İlkin qeydiyyata götürülmüş fibroz kavernoz vərəmli xəstələr sayının 100-ə hasilinin dispanser qeydiyyatında olan tənəffüs üzvlərinin fəal və qeyri fəal vərəmli xəstələrin sayına nisbəti.

D) İlkin qeydiyyata götürülmüş fibroz kavernoz vərəmli xəstələr sayının 100-ə hasilinin ağ ciyərdən kənar vərəmi olan xəstələrin sayına nisbəti.

E) İlkin qeydiyyata götürülmüş fibroz kavernoz vərəmli xəstələr sayının 100-ə hasilinin dispanser müşahidəsində olan bütün fəal vərəm xəstələrinin sayına nisbəti
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
137) Dispanser müşahidəsinin keyfiyyət göstəricilərinə hansılar aiddir?
A) Vərəm xəstələrinin müalicə işinin təşkili

B) Vərəm xəstələrinin qeydiyyata alınması

C) Xəstələrin düzgün qruplaşdırılması

D) Dispanser müşahidəsinin və vərəm əleyhinə profilaktik əksepidemik tədbirlərin metodik təlimata uyğun aparılması

E) Dispanserlə GEM arasında əlaqə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
138) Bütün lokal formalar üzrə hər xəstənin dispanser müşahidəsinin opimal müddəti nə qədər olmalıdır?

A) 18 ay


B) Hər biri ola bilər

C) 5-6 il

D) 4-4.5 il

E) 24 ay
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973


139) Dispanser müşahidəsində olan xəstələr arasında residivlərin icazə verilən optimal səviyyəsi nə qədərdir?
A) 2-2.5 %

B) 0.5-0.6%

C) 6.5-7%

D) 3-4%


E) 5-6 %
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
140) Yüz min əhaliyə görə residivin optimal səviyyəsi nə qədərdir?
A) 0-2%

B) 3.5-4%

C) 0-3%

D) 5-6%


E) 2-3%
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
141) III qrup xəstələr arasında residivin optimal səviyyəsi nə qədərdir?
A) 1.1-2.0%

B) 1.5-3.5%

C) 2.5-3.0%

D) 0.3-0.5%

E) 0.5-0.6%
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
142) Ağ ciyərdən kənar vərəmi olan xəstələr arasında residivin optimal səviyyəsi nə qədərdir?

A) 0,1-0,5

B) Sayılanların heç biri doğru deyil

C) 3-4


D) 2-3

E) 0,8-1,0


Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
143) Ali təhsil müəssisələrində işləyən və vərəmə görə radikal cərrahi əməliyyat keçirmiş və bəlğəmində VMB aşkar olunmayanlar işə nə vaxt buraxıla bilər?

A) III qrup dispanser müşahidəsinə keçməyə imkan verən iki illik sistematik müalicədən sonra

B) Ümumiyyətlə işə buraxıla bilməz

C) Kliniki sağalma diaqnozu ilə qeydiyyatdan çıxarılandan sonra

D) Cərrahi əməliyyatdan bir il sonra 3 dəfə kultural üsulla dayanıqlı abasilləşmə cavabından sonra

E) Cərrahi əməliyyatdan 18 ay keçdikdən sonra kliniki rentgenoloji, bakteriolojı müsbət dinamikaya əsaslanaraq


Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmrinin 1,2-ci bəndi. Bakı 2001;
144) Rentgenoloji qeyri aktiv xarakterli vərəm prosesi olan, doğum evində işləyən şəxs nə vaxt işə buraxıla bilər?

A) Kliniki sağalma ilə qeydiyyatdan keçdikdən sonra

B) III qrupdan çıxarıldıkdan sonra

C) III qrupa keçirildikdən sonra

D) 36 ay müalicədən sonra

E) Heç vaxt


Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmrinin 1,2-ci bəndi. Bakı 2001;
145) Ocaqlarda sanitariya sağlamlaşdırıcı tədbirlərə aşağıda qeyd edilənlərdən hansı aid deyil?
A) Tamamlayıcı dezinfeksiya

B) Cari dezinfeksiya

C) Açıq formalı vərəmli xəstələrin hospitalizasiyası

D) Sahə terapevti tərəfindən ocağın qeydiyyata alınması

E) Kontaktların müayinəsi
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
146) Kliniki sağalma nədir?
A) Müalicədən sonra mikobakteriya ifrazı dayanır, rentgenoloji müayinədə infiltratın sorulması müşahidə olunmur

B) Müalicədən sonra mikobakteriya ifrazı dayanır, lakin dağılma boşluğu saxlanılır

C) Sadalananların heç biri

D) Müalicədən sonra mikobakteriya ifrazı dayanır, lakin rentgenoloji müayinədə infiltrativ dəyişikliyin tam sorulmamısı aşkar olunur

E) Müalicədən sonra mikobakteriya ifrazı dayanır, infiltrat tam sorulur, rentgoloji müayinədə qalıq əlamətləri müşahidə olunur
Ədəbiyyat: Лечение туберкулеза (рекомендации для национальных программ ВОЗ) 1998
147) DOTS strategiyasına görə kliniki sağalma nədir?
A) Əsas müalicə kursu dövründə mikobakteriyalar ifrazının kəsilməməsi

B) Sadalananların heç biri

C) Əsas müalicə kursunun sonuna davamlı şəkildə mikobakteriyalar ifrazının kəsilməsi

D) Əsas müalicə kursunun sonuna mikobakteriyalar ifrazının yenidən baş verməsi

E) Sadalananların hamısı
Ədəbiyyat: Лечение туберкулеза (рекомендации для национальных программ ВОЗ) 1998
148) İlkin aşkar edilmiş yaşlı xəstələrdə vərəmin fəallığını təyin etmək üçün dispanser müşahidəsinin taktikası necədir?
A) Xəstələr III dispanser qrupuna götürülür kompleks vərəm əleyhinə müalicə alır

B) Xəstələr IC dispanser qrupuna götürülür kompleks vərəm əleyhinə müalicə alır

C) Xəstələr IB dispanser qrupuna götürülür kompleks vərəm əleyhinə müalicə alır

D) Xəstələr 0A dispanser qrupuna götürülərək exyuvantibus spesifik müalicə kursu aldıqdan sonra nəticəyə rentgenoloji nəzarət edilir

E) Xəstələr 1A dispanser qrupuna götürülür kompleks vərəm əleyhinə müalicə alır
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
149) Ilkin aşkar edilmiş vərəmə şübhəli yaşlı xəstələrin dispanser müşahidəsi necə aparılır?
A) Xəstələr 1A dispanser qrupuna dispanser müşahidəsinə götürülür, kompleks vərəm əleyhinə müalicə alır

B) Xəstələr IC dispanser qrupuna müşahidəyə götürülür, kompleks vərəm əleyhinə müalicə alır

C) Xəstələr IB dispanser qrupuna müşahidəyə götürülür, kompleks vərəm əleyhinə müalicə alır

D) Xəstələr III dispanser qrupuna müşahidəyə götürülür, kompleks vərəm əleyhinə müalicə alır

E) OB qrupunda 2-3 həftə qeyri-spesifik müalicə aldıqdan sonra təkrari müayinə aparılır
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
150) Yaşlıların II dispanser qrupunda müşahidə olunan xəstələr kimlərdir?
A) İlkin vərəmli xəstələr

B) Vərəmin fəallığına şübhəli olan şəxslər

C) Vərəmin olmasına şübhəli xəstələr

D) Xroniki gedişə malik vərəmli xəstələr

E) Ağ ciyərində keçirilmiş vərəm xəstəliyinin qalığları mövcud olan şəxslər
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin