Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Xəstədə düyünlü eritema müşahidə olunarsa onu hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?



Yüklə 1,33 Mb.
səhifə7/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   2   3   4   5   6   7   8   9   10   ...   15

325) Xəstədə düyünlü eritema müşahidə olunarsa onu hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?
A) Talassemiya ilə

B) Trombositar purpura ilə

C) Ürək çatmamazlığı ilə

D) Limfaqranulyomatoz ilə

E) Revmatizm, sarkoidoz və vərəm ilə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
326) Profilaktik flüoroqrafik müayinələr zamanı uşaq və yeniyetmələrdə döş qəfəsi daxili limfa düyünlərində hiperplaziya aşkarlanarsa differensasiya hansı xəstəliklərlə aparılır?
A) Sadalananların hamısı ilə

B) Sarkoidoz ilə

C) Vərəm ilə

D) Limfoqranulyomatoz ilə

E) Sarkoma ilə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
327) Uşaq və yeniyetmələr arasında “vərəmə yoluxma” göstəricisi nəyi ifadə edir?
A) Vərəm infeksiyası rezervuarının həcmini və yeni xəstələnmə hallarının yaranma ehtimalını

B) Uşaq və yeniyetmələr arasında tuberkulin sınağının “virajının” səviyyəsini

C) Qeyri fəal formalı vərəmlə xəstə uşaq və yeniyetmərin səviyyəsini

D) Qeyri fəal formalı yaşlı vərəmli xəstələrin səviyyəsini

E) “Mantu” sınağı “şübhəli” olanların səviyyəsini
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
328) Mantu reaksiyası allergik reaksiyaların hansı tipinə aiddir?
A) Yüksək həssaslıqlı allergik reaksiya

B) Allergik dermatitlər

C) Kvinke ödemi

D) Ləng tipli allergik reaksiya

E) Allerqozlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
329) Uşaq və yeniyetmələr arasında vərəm xəstəliyinin proqnozuna hansı amillər təsir edir?
A) Mikobakteriyaların antibakterial preparatlara həssaslığı

B) Müalicənin adekvatlığı

C) Sadalananların hamısı

D) Xəstəliyin hansı mərhələdə aşkar edilməsi

E) Yanaşı xəstəliklərin olması
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999

Bölmə 5. Yaşlılarda tənəffüs orqanının vərəmi

330) Genezinə görə hansı kliniki forma ilkin vərəm xəstəliyi sayılır?
A) İnfiltrativ ağ ciyər vərəmi

B) Səpələnmiş ağ ciyər vərəmi

C) İlkin vərəm kompleksi

D) Fibroz kavernoz vərəm

E) Ocaqlı vərəm
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
331) Yaşlılarda döş qəfəsi daxili limfa vəzilərinin vərəminin tumoroz forması nə ilə xarakterizə olunur?
A) Limfa vəzilərinin zədələnmə ölçüsünün böyük olması ilə

B) Ağırlaşma ilə nəticələnən gedişata malik olması ilə

C) Hiperergik tuberkulin sınaqları ilə

D) Güclü kazeoz-nekroz ilə

E) Bütün sayılan əlamətlər ilə
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
332) Yaşlılarda döş qəfəsi daxili limfa vəzilərinin vərəmi nə ilə fəsadlaşa bilər?
A) Disseminasiya (limfogen və bronxogen) ilə

B) Plevritlə

C) Atelektaz ilə (bronx ağ ciyər zədəlnməsi ilə)

D) Bronxların vərəmi ilə

E) Bütün sayılanlarla
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
333) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəminin tumoroz forması infiltrativ formadan aşağıdakı hansı rentgenoloji əlamətə görə fərqlənir?
A) Kökün kölgəsi genişlənib, konturları aydın forması girintili çıxıntılı və dairəvidir

B) Kökün kölgəsi deformasiya olunur və yayılır

C) Kökün kölgəsinin strukturu yayılıb

D) Kökün kölgəsinin xarici konturları aydın deyil

E) Kökün kölgəsi adi qaydada yerləşib
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
334) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi zamanı ağ ciyərdə baş vermiş atelektazın rentgenoloji xarakteristikası hansıdır?

A) Payarası infiltrativ dəyişiklik

B) Sadalananların heç biri

C) Destruksiya boşluğu ilə müşahidə olunan infiltrat

D) Üçbucaq formasında kölgəlik

E) Ağ ciyərin orta nahiyəsində infiltrat


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
335) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi zamanı mikobakteriya ifrazı nə ilə izah olunur?
A) Döş qəfəsi daxili limfa vəzlərinin payarası plevritlə fəsadlaşması ilə

B) Döş qəfəsi daxili limfa vəzlərinin atelektazı ilə

C) Döş qəfəsi daxili limfa vəzlərinin bronxa fistul verməsi ilə

D) Heç biri ilə

E) Döş qəfəsi daxili limfa vəzlərinin infiltrasiya mərhələsi ilə
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
336) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəmi hansı xəstəliklərlə differensiasiya olunmalıdır?
A) Sarkoidoz ilə

B) Qeyri spesifik limfadenit ilə

C) Bəd xassəli şiş ilə

D) Limfoqranulyomatoz ilə

E) Bütün sayılanlarla
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
337) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəmi və döş qəfəsi daxili limfa vəzlərinin sarkaidozunu differensasiya edərkən hansı əlamət ilk öncə nəzərə alınmalıdır?
A) Sarkoidozda proses simmetrik və fazalı gedişə malik olur

B) İntoksikasiya simptomlarının olması

C) Döşqəfəsi daxili limfa vəzlərinin zədələnməsi zamanı güclü klinik simptomların olması

D) Limfa vəzlərinin zədələnmə dərəcəsinin aşağı olması

E) Döş qəfəsində ağrıların olması
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
338) Yaşlı xəstələrdə döş qəfəsi daxili limfa vəzlərində kalsinatların olması nə ilə əlaqədardır?
A) Vərəm xroniki formaya keçib

B) Vərəm prosesi fəallığını itirib

C) Vərəm dəyişikliklərinin fəallığını dəqiqləşdirmək lazımdır

D) Vərəm prosesi fəaldır

E) Keçirilmiş döş qəfəsi daxili limfa vəzlərinin vərəminin kliniki sağalma nəticəsində böyük və kiçik qalıq əlamətləri ilə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
339) Ağ ciyərdə payarası plevranın qalınlaşması necə qiymətləndirilməlidir?
A) Ağ ciyərin 4-5-ci seqmentinin atelektazı

B) Keçirilmiş payarası plevritdən sonra böyük qalıq əlaməti

C) Ağ ciyərdə şiş prosesinin olması

D) Payarası infiltrat

E) Paya gedən bronxun vərəmi
Ədəbiyyat: Шебанов В.Ф. Туберкулез 2-е издание Медицина 1981
340) Kəskin miliar ağ ciyər vərəmi ən çox harada lokalizə olunur?
A) Ağ ciyər və dalaq

B) Dalaq və böyrəklər

C) Qara ciyər və dalaq

D) Ağ ciyər və visseral üzvlər

E) Böyrək və baş beyin qişaları
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
341) Kəskin miliar vərəm zamanı hansı nəticə qənaətbəxş sayıla bilər?
A) Tam sorulma və kalsinatlaşma ilə nəticələnmə

B) Bərkimə

C) Yarım sorulma mərhələsi

D) Ekssudasiya mərhələsindən proliferasiya mərhələsinə keçid

E) Fibroz-sklerotik dəyişikliklərin inkişaf etməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
342) Yarım kəskin gedişatlı ağciyərin hematogen səpələnmiş vərəmi zamanı ağ ciyərdəki ocaqlar nə böyüklükdə olur?
A) Orta -böyük

B) Böyük


C) Sayılanların hər biri ola bilər

D) Kiçik


E) Orta
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
343) İnfiltrativ vərəmdə bir payın prosesə cəlb olunması necə adlanır?
A) Asman tipli infiltrat

B) İnfiltrativ vərəm dağılma mərhələsində

C) Bronxogen səpələnmə

D) Lobit


E) Perissisurit
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
344) Limfogen səpələnmiş vərəmin kliniki sağalması üçün ən əhəmiyyətli morfoloji əlamətləri hansılardır?
A) Kazeoz kütlə

B) Produktiv dəyişikliklər

C) Bütün sayılanlar

D) Ekssudasiya

E) Kalsinatlar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
345) Bronxogen səpələnmiş ağ ciyər vərəmi zamanı rentgenoqrammada aşkar olunan əlamətlər hansılardır?
A) Müxtəlif ölçülü ocaqlar, peribronxial dəyişikliklər

B) Kiçik ölçülü ocaqlar

C) Orta ölçülü ocaqlar

D) Peribronxial dəyişikliklər

E) İri ölçülü ocaqlar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
346) Bronxogen səpələnmiş vərəm zamanı ağ ciyərin hansı hissələri ən çox zədələnir?

A) Yuxarı paylar

B) Sadalananların heç biri

C) Bütün ağ ciyər

D) Aşağı və orta pay

E) Hər iki ağ ciyər


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
347) Bronxogen səpələnmiş vərəm zamanı qənaətbəxş dinamika üçün nə xarakterdir?
A) Ocaqların kalsinatlaşması

B) Bronx keçiriciliyinin pozulması və hissəvi hipovensilyasiya

C) Bronxların divarlarının daralması

D) Ocaqların sorulması və kalsinatlaşması

E) Ocaqların bərkiməsi
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
348) “Ocaqlı vərəm” dedikdə rentgenoloji olaraq nə nəzərdə tutulur?
A) Diametri 1 sm-dən yuxarı olan yeni törəmə kölgəsi

B) Diametri 1 sm-ə qədər olan iltihabi törəmə kölgəsi

C) Bütün sayılanlar

D) Ağ ciyərlərin bir payında yerləşən və ölçüsü 2 sm-dən yuxarı iltihabi prosesi əks etdirən kölgəlik

E) Ağ ciyərin iki payında yerləşən iltihabi kölgəlik
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
349) Ocaqlı ağ ciyər vərəmində ocaqların yerləşməsi nə ilə xarakterizə olunur?
A) Ocaqların xaotik yerləşməsi ilə

B) Ocaqların sıx yerləşməsi ilə

C) Simmetrik hər iki ağ ciyərdə zədələnmə ilə

D) Ocaqların zəncirvari yerləşməsi ilə

E) Bir, iki ocağın bir seqmentdə yerləşməsi ilə
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
350) Ocaqlı ağ ciyər vərəminin fəallığını dəqiq əks etdirən hansı əlamətlər mövcuddur?
A) Ex juvantibus spesifik kimyəvi terapiya nəticəsində müsbət rentgenoloji dəyişikliklərin müşahidəsi

B) Sayılanların hamısı

C) Mantu, zülal-tuberkulin və immun-tuberkulin sınaqlarının nəticəsinin zəif müsbət olması

D) Ümumi zəiflikdən, yorulma, azacıq bəlğəm ifrazı müşayət olunan öskürəkdən şikayət

E) Vərəm mikobakteriyalarının aşkar edilməməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
351) Vərəm residivlərinin əmələ gəlməsi nə ilə bağlıdır?
A) Bütün sayılanlarla

B) Xəstələrin kliniki sağalmış kimi vaxtından əvvəl qiymətləndirilməsi

C) Ağ ciyərlərdə olan qalıq əlamətlərinin xarakteri

D) Vərəm mikobakteriyalarının vərəm əleyhinə pereparatlara davamlığı

E) Yanaşı xəstəliklərin olması
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin erkən və gecikmiş residivləri Bakı Elm 1998
352) İnfiltrativ vərəm Asman forması eozinofil pnevmoniyasından necə fərqləndirilir?
A) Rentgenoloji dinamika olmamaqla yanaşı xəstənin vəziyyəti yüngülləşir

B) Rentgenoloji dinamika olmur və digər ağ ciyər yoluxur

C) İnfiltrativ vərəmdə qısa müddətli, qeyri spesifik aparılan müalicə rentgenoloji dinamika vermir, lakin xəstənin hərarəti enir

D) Bütün sadalananlar düzdür

E) İnfiltrativ vərəmdə qısa müddətli, qeyri spesifik müalicə heç bir rentgenoloji dinamika vermir
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
353) Aşağıda göstərilən kontingentlərdən hansı vərəmə görə risk qrupu sayılır?
A) Sanitar gigiyenik normalara əməl edənlər

B) Miqrantlar və qaçqınlar

C) Obliqat qruplar

D) Normal həyat tərzi keçirənlər

E) Sayilanların heç biri
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
354) Keçirilmiş vərəmdən sonra kiçik qalıq əlamətləri və şəkərli diabeti olan xəstələr neçə il dispanser müşahidəsində olmalıdırlar?

A) Müalicədən sonra 6 ay

B) 3 il

C) 2 il


D) Ömürlük

E) 1 il
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;


355) Dairəvi infiltrat rentgenoloji olaraq ilk növbədə hansı xəstəliklərlə differensiasiya olunmalıdır?

A) Ağ ciyər xərçəngi ilə

B) Sayılanların hamısı

C) Pnevmoniya ilə

D) Abseslə

E) Say Retension kista və ya xoşxassəli şişlə


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
356) Buludvari bənzər infiltratın ən xarakterik rentgenoloji əlamətləri hansılardır?
A) Aydın konturları olmayan ətrafında ocaqlar müşahidə olunan az intensiv kölgəlik

B) Ortasında dağılma boşluğu olan aydın sərhədlərə malik infiltrat

C) Dairəvi infiltrativ dəyişiklik

D) Ayrı-ayrı seqmentlərdə məhdud infiltratlar

E) Dağılma boşluğu olmayan aydın sərhədlərə malik infiltrat
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
357) Vərəm lobiti zamanı rentgenoqrammada nə təyin edilir?
A) Bronxogen səpələnmiş ocaqları

B) Ağ ciyərin bütün payını və ya onun böyük hissəsini əhatə edən qeyri homogen kölgəlik sahəsi (ocaqlar və dağılma boşluğunun hesabına

C) Total şəkildə iki və ya üç payın infiltrativ dəyişikliyi

D) Bütün sayılan əlamətlər

E) Hissəvi olaraq payı əhatə edən kölgəlik
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
358) Lobitin effektiv müalicəsindən sonra hansı rentgenoloji əlamətlər formalaşır?
A) Pnevmoskleroz sahəsi

B) Atelektaz

C) Emfizema

D) Ocaqlı pnevmoskleroz sahəsi

E) İri ocaqlar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
359) Kazeoz pnevmoniyanın və infiltrativ vərəmi əsas morfoloji fərqi nədir?
A) Kazeoz-nekrozun üstünlük təşkil etməsidir

B) Kazeoz nekrozun atelektazla yanaşı getməsi

C) Zədələnmən həcminin böyüklüyü və dağılma ilə müşahidə olunan kazeoz nekrozun ətraf toxumaya siarət etməsi

D) Dağılma boşluğuna daha tez-tez təsadüf edilməsidir

E) Bronxogen disseminasiyaya meyillilikdir
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
360) Patoloji pnevmotoraksın səbəbini aydınlaşdırmaq üçün hansı metod üstünlük təşkil edir?
A) Kökdən keçən tomoqrafiya

B) Rentgenoskopiya

C) Zonoqrafiya

D) Kompüter tomoqrafiyası

E) Flüoroqrafiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
361) Kazeoz pnevmoniya göstərilənlərdən hansı ilə xarakterizə olunur?
A) VMB ifrazının azlığı ilə

B) VMB –nin bir dəfə ifrazı ilə

C) VMB ifrazının nadir hallarda olması ilə

D) VMB –nin tapılmaması ilə

E) VMB ifrazının çoxlu miqdarda olması ilə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
362) Tuberkulyoma hansı xəstəliklərlə differensasiya olunur?
A) Sayılanların hamısı

B) Exinokokk

C) Asperğilyoma

D) Ağ ciyərin xoş xassəli şişləri

E) Ağ ciyər xərçəngi
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
363) Kazeoz pnevmoniyanın effektiv müalicəsindən sonra adətən hansı kliniki forma əmələ gəlir?
A) Qrup şəkilli ocaqlar

B) Pnevmosirroz sahəsi

C) Ocaqlı pnevmoskleroz

D) Fibroz-kavernoz vərəm

E) Çox saylı tuberkulyomalar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
364) Sadalanlardan hansı tuberkyuloma zamanı vərəm prosesinin fəallaşmasını göstərir?

A) İntoksikasiya simptomlarının əmələ gəlməsi

B) Bütün sayılanlar

C) Bəlğəmdə vərəm mikobakteriyaların aşkar olunması

D) Tuberkulyomanın ətrafında perifokal reaksiyanın əmələ gəlməsi

E) Tuberkulyomanın dağılması


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
365) Tuberkuloma nəyə deyilir?
A) Kalsinat

B) İçərisi jeleyəbənzər maye ilə dolu törəmə

C) 15 mm və daha böyük diametrdə kapsula ilə əhatə olunmuş kazeoz nekrotik fokus

D) Qamartoma

E) Dairəvi infiltrat
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
366) Ağ ciyər tuberkuloması adətən hansı xəstəliklərlə differensasiya edilə bilər?
A) Aspergilyoma ilə

B) Dolmuş kistalar ilə

C) Bütün cavablar doğrudur

D) Periferik xərçəng ilə

E) Qamartoxondroma ilə
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
367) Subplevral yerləşmiş şarabənzər kölgəlik aşkar olunarkən diaqnozu verifikasiya etmək üçün məqsədəuyğun müayinə nə sayılır?
A) Ağ ciyərin transtorokal punksion biopsiyası

B) Plevroskopiya

C) Kateter biopsiyası

D) Bronxoskopik biopsiya

E) Mediastinoskopiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
368) Kavernoz vərəmin formalaşmasında aşağıdakılardan hansı istisnadır?
A) Dağılma mərhələsində olan səpələnmiş ağ ciyər vərəmi

B) Dağılma mərhələsində olan ocaqlı ağ ciyər vərəmi

C) Fibroz-kavernoz ağ ciyər vərəmi

D) Dağılma mərhələsində olan infiltrativ ağ ciyər vərəmi

E) Dağılma mərhələsində olan tuberkuloma
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
369) Kavernoz vərəmin müalicəsindən sonra hansı variant progresivləşmə hesab olunur?
A) Kavernanın fibroz kavernoz vərəmə keçməsi

B) Sadalanların heç biri

C) Kavernanın ikincili kistaya keçidi

D) Kavernanın çapıqlaşaraq çapıq ocağı əmələ gətirməsi

E) Kavernanın dolaraq tuberkuloma əmələ gətirməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
370) Kavernoz vərəm hansı xəstəliklərlə diferensasiya olunur?
A) Xroniki abses ilə

B) Bütün sayılanlarla

C) Bronxoektaz ilə

D) Havalı kista ilə

E) Dağılma fazasında olan vərəmin istənilən forması ilə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
371) Ocaqlı vərəmdən sonra kiçik qalıq əlamətləri olan şəxs hansı müəssisələrdə və hansı vəzifədə işləyə bilməz?

A) İnfeksion xəstəxanada tibb bacısı

B) Mənzil istismar idarəsində

C) Körpələr evində

D) İnfeksion xəstəxanada xadimə

E) Məktəbin yuxarı siniflərində dərs deyən müəllim


Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
372) Vərəmin kavernoz forması ilə xərçəngin dağılmış formasının differensiasiyası hansı dəqiq metodlarla aparılır?
A) Biokimyəvi və immunoloji

B) Bakterioloji və sitohistoloji

C) “Ex juvantibus” müalicə və dinamik müşahidələr

D) Rentgenoloji

E) Bronxoloji
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
373) “Təzə” destruktiv prosesin fibroz-kavernoz vərəmə keçidini təmin edən faktorlar hansılardır?
A) Bütün cavablar doğrudur

B) Xəstələrə təyin olunan müalicənin düzgün olmaması

C) Xəstələrin dərmanlara qarşı dözümsüzlüyü və VMB –nin dərmanlara davamlı olması

D) Xəstələrə təyin olunan dərmanlarının keyfiyyətsizliyi

E) Ciddi yanaşı xəstəliklər
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
374) Fibroz-kavernoz vərəmin formalaşmasında hansı kliniki forma istisna təşkil edir?
A) Ocaqlı vərəm dağılma mərhələsi

B) Ocaqlı vərəm sorulma mərhələsi

C) Səpələnmiş vərəm dağılma mərhələsi

D) Kavernoz vərəm

E) İnfiltrativ vərəm
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
375) Fibroz kavernoz vərəm son mərhələdə hansı kliniki formaya keçə bilər?
A) Sirrotik vərəm

B) Sadalanların heç biri

C) İnfiltrativ vərəm

D) Ocaqlı vərəm

E) Kavernoz vərəm
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
376) Fibroz-kavernoz ağ ciyər vərəminin ən çox təsadüf edilən spesifik ağırlaşmaları hansılardır?
A) Sümük oynaq sisteminin vərəmi

B) Bağırsaq vərəmi

C) Bronxların vərəmi (baş, pay, seqmentar bronxlar)

D) Gözün vərəmi

E) Dəri vərəmi
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
377) Aşağıda göstərilən hansı kliniki formada kütləvi mikobakteriya ifrazı daha çox müşahidə olunur?
A) İnfiltrativ vərəmin dağılma mərhələsində

B) Eksudativ plevrit zamanı

C) İnfiltrativ vərəmdə

D) Ocaqlı vərəmdə

E) Kavernoz vərəmdə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
378) Fibroz-kavernoz vərəmli xəstələrin kimyəvi terapiyasının nəticəsiz qalmasının əsas səbəbləri hansılardır?
A) Sadalananların hamısı

B) Kazeoz nekrozlu kavernanın olması

C) Dərman preparatlarının keyfiyyətsizliyi

D) VMB –nin dərman preparatlarına davamlı olması və xəstələrdə spesifik preparatlara qarşı dözümsüzlük

E) Kavernanın divarında kobud fibroz kapsulun olması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
379) Fibroz- kavernoz vərəmli xəstələrin cərrahi müdaxiləsinin effektliliyini artıran səbəblər hansılardır?
A) Yanaşı xəstəliklərin müalicəsi

B) Bütün sayılanlar

C) Cərrahi əməliyyatdan əvəllki spesifik kimyəvi terapiya

D) Xroniki ağ ciyər, ürək və tənəffüs çatmamazlığının müalicəsi

E) Ağ ciyər rezeksiyası (lobektomiya, pulmonektomiya) ilə yanaşı torokoplastika və kavernotomiya əməlliyatlarının aparılması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
380) Fibroz kavernoz vərəmli xəstələrin ölümünə səbəb nə olur?
A) Ciddi yanaşı xəstəliklər (miokard infarktı, xərçəng və s.)

B) Ağ ciyər qanaxması və daxili orqanların amiloidozu

C) Ağ ciyər-ürək çatışmazlığı və tromboemboliya xəstəliyi

D) Ağ ciyər vərəminin proqressivləşməsi

E) Ağ ciyərdən kənar üzvlərin vərəminin qoşulması (meningit və s.)
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
381) Sirrotik vərəm hansı halda formalaşa bilməz?
A) Bronxların vərəmi ilə fəsadlaşmış ocaqlı və infiltrativ ağ ciyər vərəmindən sonra

B) Metodik təlimata uyğun müalicə olunan ocaqlı və infiltrativ vərəmdən sonra

C) Bronxların vərəmi ilə fəsadlaşmış döş qəfəsi daxili limfa vəzlərinin vərəmindən sonra

D) Plevranın vərəmindən sonra

E) Kazeoz pnevmoniya və fibroz kavernoz ağ ciyər vərəmindən sonra
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
382) Sirrotik vərəmin formalaşmamasında rolu olan faktorlar hansılardır?
A) Bronx ağacının zədələnməsi

B) Xəstəliyin uzun müddət sürməsi

C) Düzgün metodik təlimata uyğun spesifik müalicənin aparılması

D) Müalicədəki nöqsanlar

E) Ağ ciyərin müalicəvi kollapsının tətbiqi
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
383) Vərəmdən sonra formalaşan sirrotik qalıqlarla sirrotik vərəmin fərqi hansıdır?
A) Vərəm prosesinin fəallığının saxlanılması

B) Sirrozun daha massiv olması və fəallığının saxlanılması

C) Patoloji prosesin strukturunda ocaqlı dəyişikliklərin aktivliyini saxlanması

D) Spesifik prosesin aktivliyinin sönməsi

E) Ağ ciyərlərdə dağılma boşluqlarının olması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin