Gəlin nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, resurslarla pis təminat, imkanların reallaşdırıla bilinməməsi və s. xarakterizə olunur.Yoxsulluq faktiki olaraq fərdlərin şəxsi tələbatlarını qarşılaya bilmədiyi, sosial-iqtisadi tərəqqi üçün imkanlara çıxışın məhdud olduğu şəraitdə geniş yayılır.
Dünya ölkələri sırasında daha çox inkişaf etməkdə olan ölkələr, o cümlədən də keçid iqtisadiyyatlı dövlətlər üçün xarakterik olan bu problemin yaratdığı obyektiv və subyektiv çətinliklər Azərbaycan Respublikasında da qabarıq görünür.
2003-2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramının icrası ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulan işlərin gedişi haqqında hesabatda göstərilir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 % səviyyəsindən 2002-ci ildəki 46.7 % və 2003-cü ildəki 44.7%-ə qədər azalıb. Göründüyü kimi, 2001-ci ilə nisbətən 2003-cü ildə yoxsulluğun səviyyəsi 4.3% bənd aşağı düşüb. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, 1996-cı ildə Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi 61% olub.
Azərbaycanda yoxsulluğun səviyyəsi Dövlət Statistika Komitəsinin «Ev Təsərrüfatlarının Müayinəsi» layihəsi üzrə 5000 ev təsərrüfatı arasında sorğuların nəticəsində müəyyənləşdirilir. Bu zaman müqayisəyə gələn göstəricilər ev təsərrüfatlarının orta aylıq gəlirləri ilə istehlak səbətinin dəyəri hesab olunur. Belə ki, rəsmi statistik məlumatlara görə 1996-2001-ci illərdə istehlak səbətinin aylıq dəyəri orta hesabla 120 min manat, 2002-ci ildə 175 min manat, 2003-cü ildə 180 min manat olub.
Dünya Bankı tərəfindən qəbul edilmiş populyar istehlak yanaşmasına görə, gündəlik qazancı ABŞ dollarının 1985-ci il məzənnəsi ilə 1 dollardan aşağı olanlar yoxsul sayılırlar. Hazırda bir sıra ölkələrdə bu göstərici minimum yaşayış indikatoru olaraq qəbul edilmişdir. Bununla belə bu göstərici özündə qeyri-dəyər göstəricilərinin əhəmiyyətini əks etdirə bilmir və yalnız kalorik yanaşma əsasında qurulur. Məsələn, yaşayış standartlarına daxil olan həyatın psixoloji keyfiyyəti, özünəhörmət və s. bu kimi göstəricilər nəzərə alınmır. Yoxsulluğun müəyyənləşdirilməsi ilə bağlı olan obyektiv və subyektiv baxışlarda ehtiyac içərisində yaşamağın müxtəlif aspektləri qabardılır.Bura insanın minimal inkişafı, sosial ayrı-seçkilik, yaşayış vasitələrinin dözülməzliyi, zəif qabiliyyət göstəriciləri daxildir.
Yoxsulluq səviyyəsini xarakterizə etmək üçün göstəricilərdən biri də sosial bərabərsizlik əmsalıdır. Sosial bərabərsizliyi ölçmək üçün Cini indeksindən istifadə olunur.
Cini indeksi - jəmiyyətdə gəlirlərin bölgüsünün qeyri-bərabərliyini əks etdirən statistik göstəricidir.
Cini indeksindən cəmiyyətdə gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Onu gəlirlərin təmərküzləşməsi əmsalı da adlandırırlar.
Cini indeksinin qiyməti sıfırla vahid arasında dəyişir. Hər bir sosial qrup cəmiyyətin ümumi gəlirlərində özünün sayına proporsional paya malik olduqda Cini indeksi 0-a bərabər olur və bu, ideal variant sayılır. Cini indeksinin qiymətinin 0-dan uzaqlaşıb 1-ə yaxınlaşması cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsini əks etdirir. İnkişaf etmiş ölkələrdə bu indeksin qiymətinin 0-a yaxınlaşma meyli üstünlük təşkil edir. Tədqiqatlar göstərir ki, Azərbaycanda Cini indeksinin qiyməti 1990-cı ildəki 0,346-dan 1997-ci ildə 0,703-dək artıb. Deməli, Azərbaycanda sosial bərabərsizlik dərəcəsi yüksək əmsalla ifadə olunur. Bu halda dövlət nə etməlidir? Problemi necə çözməli?
Dövlət yoxsul təbəqənin problemlərini pensiya və sosial təminat sistemi vasitəsilə həll edir. Belə olanda dövlət vergi şəklində topladığı vəsaitdən istifadə edərək yoxsullara maddi yardım edir. Beləliklə də gəlirlərin yenidən bölgüsünü həyata keçirir.
4. İctimai əmtəə və xidmətlərin buraxılışı
Alıcılar bazarda satılan əmtəə və xidmətlərə olan tələbatlarını ödəmək üçün konkret mallar alırlar. Lakin, elə mallar da var ki, ona hətta kəskin tələbin olmasına baxmayaraq, onun istehsalı xüsusi mülkiyyətçi tərəfindən təşkil olunmur. Siz nə vaxtsa özəl şirkətinişıqfor quraşdırılması ilə məşğul olmağı ilə rastlaşmısınızmı?
Çox güman ki, yox! Özəl bölmə nəyə görə belə xidmətləri göstərmir? Cavab sadədir! Həmin sahələrdə görülən işin haqqını almaq imkanları yox dərəcəsindədir.
Misal üçün, götürək küçələrin işıqlandırılmasını; onun haqqını kimdən və nə qədər almalı? Avtobus sürücüsündənmi, sərnişindənmi, yoxsa həmin küçədən təsadüfən keçən piyadadanmı? Hansı qaydada, bəlkə hər bir sütunun yanında xəzinə aparatı quraşdırılmalıdır? Axı biz bilirik ki, sahibkar mənfəət naminə bizneslə məşğul olur. Əgər gəlir əldə etmək mümkün deyilsə, onda belə fəaliyyətlə kim məşğul olacaq. Buna görə də bu cür xidmətləri dövlət göstərir.
İstehlak zamanı istisnasızlıq və yoxluğu ilə xarakterizə olunan mal və xidmətlər ictimai mallar və xidmətlər adlanır.
Rəqibinin yoxluğu xüsusiyyətinə malik olan məhsulun bir şəxs tərəfindən istehlakı onun başqalarına çatan miqdarını azaltmır. İstisnasızlıq dedikdə isə hətta haqqını ödəməyənlərin də həmin məhsulun istehlakından kənarlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Beləliklə, əmtəə və xidmətlər xüsusi və ictimai olurlar. Xüsusi mallar bir nəfər tərəfindən bir dəfə əldə oluna və istehlak edilə bilər. Onun haqqını ödəməyənlər ondan heç vaxt istifadə edə bilməzlər. Məsələn, biletsiz kinoya girmək, avtobusa, qatara, təyyarəyə minmək mümkün deyildir. İctimai məhsullar isə o mallardır ki, ondan eyni zamanda hamının istifadə etməsi mümkündür. Bu zaman başqaları üçün də əlverişli olan malların miqdarı azalmır.
Soruşa bilərsiniz ki, bu necə ola bilər? Gəlin dənizdə mayakları yada salaq. Məgər ondan istifadəyə görə gəmilər haqq ödəyirlərmi? Və ya svetofor! Yüzlərlə və ya minlərlə piyada və sürücülər bu xidmətdən istifadə edirlər. İctimai mallardan istifadəyə görə ayrı-ayrı adamlar könüllü haqq ödəmək istəyində olmur. Onlarda belə malların haqqını ödəmək üçün stimul azdır, bu zaman çoxları "başqasının hesabına gəzməkdə" maraqlıdırlar. İnsanlar ictimai məhsul və xidmətlərdən milli müdafiə, polisin, yolların və körpülərin saxlanılması məqsədilə haqqının ödənib ödənilməməsindən asılı olmayaraq istifadə edirlər. Əgər istehlakçılar bu malların haqqını ödəmək istəmirsə, onda kimlər onu ödəyəcək?
Dövlət? Bəli! Dövlət.
Bəs, o bunu necə edir?
Şəxsi gəlirləri vergiyə cəlb etməklə!
5. Yanaşı gəlir və xərclərə düzəliş edilməsi
Xüsusi bazarlar "üçüncü şəxsin effekt"inə uyğunlaşmaq qabiliyyətində deyildir. Nəticədə əgər yanaşı xərclər çox yer tutarsa, onda daha çox mal istehlak olunur, axı istehlakçılar bütün xərcləri ödəmədiyindən mallar onlara ucuz başa gələcək. Əgər yanaşı faydalar çox olarsa, həmin maldan az istehsal olunacaq, çünki yanaşı fayda əldə edən insanlar onların haqqını ödəmirlər.
Bazarın dayanıqsızlığına gətirib çıxaran bu halları aradan qaldırmaq məqsədilə dövlət istehsala və istehlaka vergilər tətbiq edir. Yanaşı effektləri daha yaxşı başa düşmək üçün bir misala müraciət edək. Tutaq ki, Əhmədin ailəsi böyük torpaq ərazisinin sahibidir. Onların gözəl və rahat evi var. Ətrafında güllər səliqə ilə əkilmiş və təmizlik hökm sürür. Lakin, bütün torpaq sahəsini əkib-becərmək çətin olduğundan onlar torpağın bir hissəsini satmaq qərarına gəlirlər.
Əhmədin ailəsi zibili həmişə məhv edir. Bəzən onu doldurmağa xəndək qazır, bəzən isə yandırır. Yeni qonşu özünü çox pinti göstərir, zibili düz hasarın yanına tökür. Çox keçmir ki, evin ətrafı ərzaq tullantıları, qarpız, yemiş qabıqları ilə çirklənir və çox pis iy verir. Ətrafı milçək və ağcaqanadlar bürüyür. Əhmədin qonşusu ilə danışıqları baş tutmur, o öz bildiyini edir və bunu onunla əsaslandırır ki, torpaq onundur və nə istəsə onu da edə bilər. Əgər belə bir hal "təmiz" və "səliqəsiz" sakinləri olan kənddə baş verərdisə, onda necə olardı? Bu zaman kəndin kim tərəfindən və nə qədər çirkləndiyini müəyyənləşdirmək çətindir. Problemin həlli məqsədilə bütün sakinlər arasında maliyyə sövdələşməsini həyata keçirmək mümkün deyil və bunun üçün dövlətin qayda müəyyənləşdirməsi tələb olunur. Çirklənmənin əksər problemləri hava, dəniz, çay, meşə və sahibi xüsusi şəxslər olmayan digər resurslarla bağlıdır. Ətraf mühitin çirklənməsi - yanaşı effektin klassik nümunəsidir. Bununla bağlı başqa hallar da vardır, məsələn, siqaret çəkənlərin vurduğu ziyanlar. Bundan siqaret çəkməyənlərə də zərər düşür. Və yaxud alkoqollu içkilərdən istifadəyə görə xərclər. Bunu da keflilərin qurbanı olan ayıq insanlar ödəməyə məcburdurlar. Yanaşı faydaya misal kimi aşağıdakıları göstərmək olar. Qripə qarşı peyvənddən hamının faydalanması mümkündür. Bu proseduranı keçən insanların xəstələnmək şansı azalır. Və yaxud insanların orta təhsil səviyyəsinin yüksəlməsi cinayətkarlığın azalmasına gətirib çıxarır.
6. İqtisadiyyatın sabitləşdirilməsi
Dövlət orqanları tam məşğulluğu və qiymət sabitliyini təmin etmək üçün müxtəlif üsullardan istifadə edirlər.
Dövlət firma və insanlar üçün investisiyaya, yığıma, iş yerlərinin açılmasına stimulları dəstəkləyir. Bu barədə daha geniş müzakirəni sonrakı fəsillərdə - makroiqtisadiyyat bölməsində açacağıq.
7. İqtisadiyyatda istehlakçının mövqeyi
İndiyə kimi biz sizinlə bazar qanunlarını, bazarın tiplərini, dövlətin iqtisadiyyatda rolunu və digər məsələləri nəzərdən keçirmişik. Biz bilirik ki, insanlar stimullara reaksiya verirlər. Lakin biz indiyədək şəxsi gəlirlərin hansı mənbələrdən formalaşdığını aydınlaşdırmamışıq? Bunu hansı formada daha yaxşı həyata keçirmək mümkündür? Hər şeydən əvvəl insanlar öz istəklərini təmin etmək istəyirlərsə iki işi mütləq görməlidirlər;
- birincisi, pul qazanmalı;
- ikincisi, həmin pula nələr alacağını müəyyənləşdirməlidir.
Bizim hər birimiz hər gün müxtəlif mallar almaqla və xidmətlərin geniş şəbəkəsindən istifadə etməklə ölkə iqtisadiyyatının inkişafına yaxından yardım edirik.
Gəlirlərin əldə edilməsinin iki üsulu vardır.
Birinci üsul- öz əməyini mübadilə etməklə pul qazanmaqdır. Bəzən bunu peşəkar fəaliyyətdən gəlir də adlandırırlar. İnsanların əksəriyyətinin şəxsi gəlirlərinin mənbəyini bu tip gəlirlər təşkil edir. Onlar firmalarda, dövlət təşkilatlarında işləyir və sərf etdikləri əməyin müqabilində məvacib alırlar.
Gəlirlərin əldə edilməsinin ikinci üsulu - sərvətdən gəlir götürülməsidir.
Сярвят - инсанларын саhиб олдуьу бцтцн ямтяялярин дяйяридир.
Bəzi insanlar böyük sərvət sahibidir və ondan müəyyən olunmuş qaydada istifadə edib, nəticədə gəlir əldə edirlər. Məsələn, adam var ki, iki, üç mənzili var. Onlar həmin mənzillərdən birini saxlayıb, digərlərini kirayə verməklə, gəlir əldə edə bilərlər. Və yaxud başqa misal. Pul formasında sərvətə malik olan insan öz vəsaitlərini banka qoymaqla, faiz formasında qazanc əldə edə bilər.
Birinci misalda sərvət sahibi "renta", ikinci misalda isə "faiz" alır. Gəlirlərin hər iki növü sərvətdən gəlir adlanır. İnsanların il ərzində xərclədiklərinin miqdarı onların malik olduqları gəlirlərdən asılıdır. Təbii ki, gəlirləri çox olan insanlar heç nədən imtina etmək istəməz. O kinoya, konsertə, saunaya gedər, idmanla məşğul olar, özünə fərdi kompüter alar, dil öyrənər, müasir dəbdə geyinər və hər gün bərbərxanaya baş çəkər. Lakin gəlirləri azalan kimi, o, xərclərinin bir hissəsindən imtina etməyə başlayacaq. Artıq teatr və konsert planda yoxdur. Əgər gəlirlərin azalması davam edirsə, onda sauna, idman da plandan çıxır. Bərbərxanaya getmək isə gündə deyil, ayda bir dəfə ilə əvəz olunur.
Əgər gəlirlərin azalması yenə davam edərsə, bərbərxanaya getməyə son qoyulur. İnsanlar artıq öz saçını dosta-tanışa qırxdırır və köhnələri geyinməyə başlayır.
Lakin insan nə qədər kasıb olsa belə ən zəruri mallara ehtiyacı var.
Beləliklə də malların istehlakı ilə insanların gəlirləri arasında birbaşa əlaqə mövcuddur. XIX əsrdə Prussiya statistiki Ernest Engel sübut edirdi ki, gəlirlərin artımı zamanı ən zəruri hesab edilən mallara xərclərin payı aşağı düşür, zinyət əşyalarına xərclər isə artır.
Öz gəlirlərini və xərclərini planlaşdırmaq üçün çox adamlar şəxsi büdcələrini tərtib edirlər. Praktiki olaraq hər bir ailənin öz büdcəsi var. Sadəcə olaraq, insanlar onu həmişə kağıza deyil, yaddaşlarına yazırlar.
Fərdi büdcəni necə tərtib etmək olar?
Bunun üçün bizlər bilməliyik ki, büdcənin iki tərəfi olur. Bir tərəfdə əldə edilən gəlirlər, digər tərəfdə isə nəzərdə tutulan xərclər öz əksini tapır.
Gəlir hissəsi xərc hissəsinə bərabər olanda büdcə balanslaşdırılmış adlanır. Əgər xərclər gəlirdən üstünlük təşkil edirsə, onda deyirlər ki, büdcənin kəsiri var.
Yox, əgər gəlirlər xərcləri üstələyərsə, onda ona büdcə profisiti, yəni büdcə artıqlığı deyirlər.
Öz büdcənizi tərtib edərkən gəlirlərinizi qiymətləndirməklə xərclərinizi planlaşdırmaq tələb olunur.
Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, müxtəlif növ büdcələr vardır: istehlak (ailə) büdcəsi, dövlət büdcəsi və s.
Dövlət büdcəsinin tərtibi prosesinin (bu barədə də sonrakı fəsillərin birində daha ətraflı bəhs edəcəyik) uzunmüddətli proses və onun çoxsaylı iştirakçılarının olduğunu nəzərə alsaq, onda diqqətimizi konkret bir fərdin (məsələn, şagirdin və ya tələbənin) büdcəsi üzərində cəmləyək. Bunun üçün öncə bilməliyik ki, istehlak büdcəsi nəyə deyilir.
İсtеhлак бцdъяси - аиляnиn эялир вя xяръляриnиn балаnсы, йаxуd ев tясяррцfаtыnыn oрtа сtаtисtик бцdъясиdир.
İstehlak büdcəsi ayrı-ayrı sosial qrupların həyat səviyyəsini xarakterizə edir. Ev təsərrüfatı büdcələrinin seçmə müayinəsi əhalinin həyat səviyyəsinin öyrənilməsi üzrə dövlət statistik müşahidəsi metodu hesab olunur və dövlət statistika orqanları tərəfindən həyata keçirilir. İstehlak büdcəsini xarakterizə edən göstəricilərdən ayrı-ayrı sosial normativlərin (məsələn, mövcud sosial standartlar nəzərə alınmaqla minimum istehlak büdcəsi, bir nəfərin yaşayış minimumu və s.) hesablanmasında istifadə olunur. Ev təsərrüfatının gəlirlərinin hesablanması zamanı ailənin bütün gəlir mənbələri - həm pul formasında gəlirləri (əmək haqqı, sosial transfertlər, sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gəlirlər və s.) və həm də natura şəklində (güzəştlər, yardımlar, məhsullar və s.) daxilolmalarının dəyəri - nəzərə alınır. Ailənin son istehlakına çəkilən xərclər ev təsərrüfatının natural gəlirləri məbləüində istehlak xərcləridir. Ev təsərrüfatının bütün pul xərcləri özündə istehlak xərclərini və istehlakla baülı olmayan xərcləri əks etdirir.
İstehlak xərcləri ərzaq məhsullarının, alkoqollu içkilərin, qeyri-ərzaq məhsullarının alınması, habelə əməyin ödənilməsinə çəkilən xərcləri əhatə edir.
İstehlakla bağlı olmayan xərclər məcburi ödənişlərdən və müxtəlif üzvlük haqlarından (vergi və yıüımlar, sıüorta üzrə ödənişlər, ictimai təşkilatlara ödənilən üzvlük haqqı, pul köçürmələri, hədiyyələr və s.) ibarətdir. İstehlak büdcəsinin xərclərinə investisiya, xarici valyutaların və qiymətli kaüızların alınması xərcləri, bank hesabındakı vəsaitlər daxil deyil.
İstehlak büdcəsinin tərkib hissəsini ailə üzvlərinin, o cümlədən məktəblinin, tələbənin büdcəsi təşkil edir.
Аиля бцдъяси - аилянин мцяййян дювр (мясялян, бир ай, бир ил) ярзиндя эялир вя хяръляринин балансыдыр.
Gəlin, məktəblinin (tələbənin) gündəlik büdcəsini tərtib etməyə cəhd göstərək.
Cədvəl 9
Məktəblinin (tələbənin) büdcəsi
Gəlirlər
|
Məbləüi
|
Xərclər
|
Məbləüi
|
1. Valideynlərin yol puluna və səhər yeməyinə ayırdıüı vəsait
|
3000
|
1.Sabit xərclər:
-məktəbə və geriyə avtobusla gediş haqqı
|
1000
|
2. Məvacib
|
5000
|
Səhər yeməyi
|
2000
|
3. Sair gəlirlər
|
2000
|
Şəxsi xərclər
|
3000
|
|
|
2.Dəyişən xərclər
|
|
|
- bilet, şirə, kökə və s. alışı
|
3500
|
|
|
- yıüım
|
500
|
Cəmi gəlirlər:
|
10000
|
Cəmi xərclər və yıüımlar
|
10000
|
Tutaq ki, valideynlər hər gün uşaqlarına səhər yeməyi üçün 3000 manat verirlər. Bu başa düşüləndir. Lakin, çoxları deyəcək ki, məktəblinin məvacibi hardandır? Qoy bu sizi heç də təəccübləndirməsin. Məgər, siz heç vaxt öz yaşıdlarınızın həyətdə qonşunun maşınını yuduğunu və yaxud digər başqa işlə məşğul olduğunu görməmisiniz? Düzdür, bu işlə heç də hamı məşğul olmur. Lakin belə imkanlar həmişə vardır. Bundan utanmağa və yaxud pul qazanmaqdan imtina etməyə dəyməz. Eyni zamanda tələbələrin dərsdən sonra müxtəlif yerlərdə (restoranlarda, şadlıq evlərində və s.) işləməsini də nəzərdən qaçırmaq olmaz.
Biz "sair gəlirlər" adı altında nə başa düşürük?
Bunu sizin fantaziyanızın öhdəsinə də buraxmaq olar. Bu qohumların verdikləri hədiyyələr, ərmağanlar və sairə ola bilər.
Öz xərclərinizi planlaşdırarkən sabit xərcləri ayrıca göstərmək daha məqsədəuyğundur.
Dəyişən xərclərə isə sizin dostunuzu və ya rəfiqənizi şirəyə və yaxud limonada qonaq etməyinizlə bağlı xərclər aid edilir.
Və bütün bu xərcləri ödəməklə yanaşı siz 500 manatı yığmaq imkanlarına da maliksiniz. Ola bilər ki, bunu o məqsədlə edirsiniz ki, növbəti həftə maqnitofonunuza 1 ədəd audiokaset alasınız.
Lakin büdcə heç də həmişə sabit olmur. Bəzən məvacib və yaxud sair gəlirlərin heç biri alınmır. Onda çox güman ki, həm kinoya getməkdən, həm də yığımdan imtina etmək lazım gəlir.
Sizlərdən çoxu büdcənin maddələrinə baxarkən ilk növbədə "yığım" maddəsini qeyd edirsiniz. Siz hər gün ətrafınızda bankların əhalinin əmanətlərini cəlb etmək istəyi ilə verdikləri müxtəlif reklamlarla üzləşirsiniz.
Bankların necə işlədiyini, insanların vəsaitlərini əmanət şəklində niyə saxladıqlarını biz sizinlə makroiqtisadiyyat fəslində öyrənəcəyik. İndi söhbətimizi bitirərkən bir daha qeyd edək ki, konkret insanın, ailənin, bütövlükdə dövlətin büdcəsi olur.
İqtisadi fikir tarixindən
Ernest Engel (1821-1896)
Alman statistiki, Prussiya statistika bürosunun rəhbəri, məşhur «Engel qanunu»nun müəllifi Ernest Engelin adı hər bir iqtisadçıya yaxşı tanışdır. Engelin əsas tədqiqat sahəsi ailə büdcəsinin strukturu olub. O bu istiqamətdə apardığı çoxillik statistik təhlillərin nəticəsində belə qənaətə gəlmişdir ki, ailə gəlirlərinin artımı onun büdcəsinin strukturuna təsir göstərir. Bu zaman fizioloji tələbatlara -qidalanmaya xərclərin xüsusi çəkisi aşağı düşür, geyimə, yaşayışa sərf olunan xərclər əvvəlki səviyyədə qalır, mədəni tələbatların ödənilməsinə yönələn xərclərin isə ümumi yekunda payı yüksəlir. Bu nəticələr üzərində qurulmuş qanunauyğunluq iqtisadiyyatda «Engel qanunu» adını alıb.
Beləliklə də ayrı-ayrı ölkələrdə ailə büdcəsinin strukturunun təhlilinin nəticələri ilə tanış olmaqla, orda ölkə əhalisinin yaşayış səviyyəsini qiymətləndirmək mümkündür. Əgər ailə büdcəsində qidalanma xərclərinin xüsusi çəkisi yüksəkdirsə, deməli bu göstərici həmin ailənin pis dolanışığının ifadəsidir və əksinə.
Xülasə:
-
İ
qtisadiyyatın 5 başlıca sosial məqsədi vardır:
-
iqtisadi azadlıq
-
iqtisadi səmərəlilik
-
iqtisadi bərabərlik
-
iqtisadi təhlükəsizlik
-
tam məşğulluq və sabitlik
-
Daha tənqidi düşünmək və qərar qəbul etməyi bacarmaq üçün alternativ qərarları nəzərə almaq və məqsədləri vaciblik dərəcəsinə görə qruplaşdırmaq vacibdir.
İqtisadiyyat – istehlakçıların davranışlarını təhlil etmək üsuludur.
-
Bazarlar 5 funksiyaya malikdir:
- qiymət əmələ gəlməsi
- informasiya
- vasitəçilik
- tənzimləyici
- sağlamlaşdırma
-
Bazar mexanizmi nöqsansız deyil. O, cəmiyyətin bütün problemlərinin həllini təmin etmir. Elə hallar olur ki, iqtisadiyyatda baş verən problemləri bazar çözə bilmir və belə hallar «bazarın dayanıqsızlığı» adlandırılır.
-
Ölkədə gəlirlər əməyin nəticəsindən və mülkiyyətin ölçüsündən asılıdır və əslində də belə olmalıdır, ancaq insanların həyat səviyyəsində həddindən artıq böyük fərqlərə imkan vermək olmaz. Çünki bu sosial gərginliyə gətirib çıxara bilər.
Müzakirə üçün suallar:
- «İqtisadi azadlıq» anlayışını izah edin
- «Tam məşğulluq» ölkədə işsizlərin olmaması deməkdirmi?
- İqtisadi bərabərlik dedikdə nə başa düşülür?
- İctimai rifahın əsas xarakteristikaları hansılardır? İstisna prinsipinin əhəmiyyətini izah edin. Hansı vəsaitlərlə hökumət ölkənin ictimai rifahını təmin edir?
- Bizə dövlət nə üçün lazımdır? (dövlətin əsas funksiyalarını sadalayın)
- Özünüzün həftəlik büdcənizi tutun və onun nə üçün kəsirdə qalmasını və ya artıq olmasını müəyyənləşdirin.
TEST
3.1. Azad sahibkarlıq sistemi nəyin üzərində qurulur
1 — özəl mülkiyyətin 2 — azad qiymətqoyma sisteminin 3 — rəqabətin
a) Yalnız 1-cinin
b) Yalnız 2-cinin
c) 1-ci və 3-cünün
d) hamısının
3.2. Aşağıda sadalananlardan hansı bazarın funksiyasına daxil deyil
a) vasitəçilik
b) sağlamlaşdırma
c) qiymətqoyma
d) tənzimləyiji
e) investisiya
f) informasiya
Dördüncü fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:
Bazar iqtisadi sistemi çoxlu sayda müsbət cəhətlərə malikdir. Onun üstünlüklərinə resurslardan səmərəli və çevik istifadə, istehlakçıların istəyinə intensiv reaksiya vermək qabiliyyəti, fəaliyyət seçiminin azadlığı və sairə aid edilə bilər.
Lakin, bu sistemin çatışmayan tərəflərini də heç vaxt nəzərdən qaçırmaq olmaz. O resursların əvəzedilməzliyini saxlamaq qabiliyyətinə, ətraf mühitin mühafizəsi mexanizminə, bütün insanlara mənsub olan resursları səmərəli şəkildə tənzimləmək imkanlarına malik deyil. Bazar iqtisadiyyatı kollektiv istifadədə olan (yollar, ictimai nəqliyyat, təhsil, səhiyyə və başqaları) məhsul və xidmət istehsalı üçün stimullar yaratmır, ən başlıcası isə bu sektorda əmək və gəlir hüququna təminat vermir. Bazar sosial təyinatlı zəruri məhsulların istehsalına deyil, haqqını ödəmək imkanlarına malik olan istehlakçıların sifarişləri üzrə tələbatların yerinə yetirilməsinə xidmət edir.
Məhz buna görə də bazarın dayanıqsızlıq hallarına təsadüf edilir ki, belə halların tənzimlənməsinə də dövlətin zəruri müdaxiləsi tələb olunur.
İstənilən halda bazar mexanizmi praktikada səmərəliliyi və həyat qabiliyyəti ilə özünü təsdiq edib.
Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir:
1. Mükəmməl bazar (xalis rəqabətli);
2. İnhisar rəqabətli;
3. Oliqopoliya;
4. İnhisar.
Onların hər birini ayrı-ayrılıqda xarakterizə edək.
XALİS RƏQABƏTLİ (MÜKƏMMƏL) BAZAR
Bazarın birinci tipi olan xalis rəqabətli bazarda eyni adlı məhsul istehsal edən və satan çoxsaylı kiçik müstəqil firmalar çıxış edir.
İstehlakçılar istənilən halda onlara lazım olan malları, daha doğrusu, istehsalçıdan eyni adlı və oxşar qiymətli məhsulları alır. Bütün hallarda, ayrıca götürülmüş xırda istehsalçı bazar (tarazlıq) qiymətinə, heç cür təsir göstərə bilmir. Əgər o öz malının qiymətini əhəmiyyətli dərəcədə qaldırarsa, sadəcə olaraq onun malı nadir hallarda satılacaq, çoxlu sayda istehlakçılar malı almaqdan imtina edərək, başqa dükanlarda daha ucuz qiymətə satılan məhsullara üstünlük verəcək. Onların fəaliyyəti heç cürə bütövlükdə bazar qiymətinə təsir göstərə bilmir. Çünki, belə firmaların istehsal etdikləri və yaxud, satdıqları məhsulların oxşar mallar üzrə ümumi yekunda xüsusi çəkisi cüzi payı ifadə edir. Əgər, xalis rəqabət şəraitində istehsalçı qiymətləri əhəmiyyətli dərəcədə aşağı salarsa, bu halda da onun qərarı bazarın tarazlıq qiymətinə heç cürə təsir göstərə bilməyəcək. Nəticədə, sadəcə olaraq onun ucuz qiymətə təklif etdiyi malları tez bir zaman ərzində satılıb qurtaracaq və sahibkar kiçik mənfəətlə qənaətlənir.
Belə tip bazara giriş və çıxış sərbəstdir. Daha doğrusu, eyni məhsul istehsal edən yeni müəssisə asanlıqla yarana və bağlana bilər. Çünki bu bazarda heç kim onların fəaliyyətinə əngəl törədə bilmir. Mükəmməl bazarda "qeyri-qiymət" rəqabəti mövcud olmur. Praktiki olaraq bütün firmalar oxşar məhsul istehsal edib, müxtəlif qiymətə satdığına görə onlar arasında rəqabət yalnız məhsulların qiyməti ətrafında gedir.
Xalis rəqabətli bazarda ayrıca firmalar öz qiymətlərini təyin edərkən bazardakı tarazlıq qiymətini nəzərə almağa məhkumdurlar. Bu bazara giriş və çıxış asandır.
İNHİSAR RƏQABƏTLİ BAZAR
İkinci model - inhisar rəqabətidir.
Инhисар рягабяти дедикдя, базарда чохлу сайда хырда истеhсалчыларын охшар, лакин бир гядяр фяргли мяhсуллар тяклиф етмяси баша дцшцлцр.
Burada, həmçinin hər bir firma bazarda böyük paya malik olmur və ona görə də bazar qiymətinə az nəzarət edilir. Lakin xalis rəqabətli bazardan fərqli olaraq istehsalçılar eyni məhsulların müxtəlif növlərini buraxır. Televizorda müxtəlif kanallar vasitəsilə seyr etdiyiniz reklamları yadınıza salın və həmin reklamlarda bizə hər hansı malı almağı təklif edən zaman, adətən onun hansısa xüsusi cəhətini qeyd edirlər. Məsələn, götürək tutacağının yuxarı hissəsi 18 dərəcəli bucaq altında əyri olması ilə düzxəttlilərdən xeyli fərqlənən diş fırçasını. Bu yaxşıdır və ya pisdir, eləcə də onu almaq istəyirik ya yox, gəlin bu barədə düşünək. Əgər, biz istəyiriksə, adi deyil, mütləq 18 dərəcəli bucaq altında əyilmiş fırça alaq, onda onu yalnız müvafiq firmadan əldə etmək olar. Və yaxud avtoqələmi götürək. Avtoqələmin müxtəlif növlərinin olduğunu hamımız bilirik. Demək olar ki, onların hamısı eyni məqsədə xidmət etsə də, ölçüsünə, formasına, dizaynına görə bir-birindən xeyli fərqlənir. Bunlar dükanların vitrinini bəzəyir. Belə müxtəliflik öz aləmində unikallığı göstərir. İnhisar rəqabəti şəraitində firmalar arasında rəqabət yalnız qiymət ətrafında deyil, həm də məhsulun keyfiyyəti, reklamı, satış şəraiti və sair meyarlar üzrə gedir. Bu bazara giriş və çıxış nisbətən asandır.
OLİQOPOLİYA
Bazarın belə formasının fərqləndirici cəhəti, orda çıxış edən firmaların sayının az olmasıdır. Onların sayı ikidən - üçdən ona, on beşədək dəyişə bilər. Oliqopoliya oxşar və ya fərqləndirilmiş ola bilər.
Oxşar oliqopoliyaya nümunə olaraq, alüminium və ya poladtökmə sənayesini göstərə bilərik. Fərqləndirilmiş oliqopoliyalara nümunə kimi isə avtomobil sənayesini və ya məişət elektronikası (televizor) istehsalını göstərmək olar.
Kifayət qədər səmərəli istehsalat firmanın optimal gücü ilə (adətən istehsal gücünün 80 faizi səviyyəsində) işləməsi zamanı mümkündür. Buna miqyasın effekti də deyilir. (Bu barədə daha ətraflı "Mikroiqtisadiyyat” bölməsində öyrənəcəksiniz).
Miqyasın effektinin reallaşdırılması rəqabət aparan firmaların müntəzəm olaraq müflisləşmə və birləşmə hesabına saylarının azalmasını nəzərdə tutur. Lakin, sonralar texnikanın təkmilləşməsi kimi tədbirlər ucbatından nisbətən az gücü olan firmalar daha güclü istehsalçılardan geri qalıblar. Siz hamınız bütün dünyada məşhur olan iri avtomobil istehsalçılarının əksəriyyətinin adını bilirsinız. Və nə vaxtsa digər adda avtomobil istehsalı üzrə yeni firma açmaq istəsəniz, onu bir neçə səbəbdən edə bilməyəcəksiniz. Birincisi, bu işi başlamaq üçün həddindən çox sərmayə yatırımı tələb olunacaq (təxminən bir neçə milyard dollar). Əgər bu mümkün olarsa belə, sizin istehsal elədiyiniz avtomobillərə kimlərinsə üstünlük verəcəyinə heç bir inam yoxdur. Və çox güman ki, heç kim tanımadığı firmanın istehsal etdiyi avtomobili almaq məqsədilə külli miqdarda vəsait ödəməyəcək. İkincisi, reklama xeyli pul tələb olunduğu halda və hətta bu istiqamətdə ehtiyaclar qarşılansa da yenə də yeni avtomobilin uğur qazanmaq prespektivi azdır.
Oliqopoliyada digər baryer həmin sahəyə girərkən yaranır. Axı, bir çox hallarda patentlər və kvotalar, xammal üzərində dövlət nəzarəti bu fəaliyyətin məhdudlaşdırılmasına yönəldilir. Belə olan halda həmin sahəyə girmək xeyli çətin olur.
Bəs oliqopiya şəraitində firmalar arasında rəqabət hansı şəraitdə baş verir? Göründüyü kimi, o "qeyri-qiymət" xarakteri daşıyır. Bu bazarda fəaliyyət göstərən firmalar bilirlər ki, öz aralarında “qiymət müharibəsi”nə başlasalar onlardan heç biri qalib olmayacaq. Tutaq ki, Azərbaycan bazarında məhsulunu satan şirkətlərdən "Mersedes" və "Ford" şirkətləri bir-biri ilə "qiymət müharibəsi”nə başlayır. "Mersedes" şirkəti öz maşınlarının qiymətini iki dəfə aşağı salır. Ona cavab olaraq "Ford" da qiymətləri 2-3 dəfə ucuzlaşdırır. Buna baxmayaraq, hər iki şirkət "yaşayacaq" və bizim ölkə həmin firmaların çoxsaylı bazarlarından biri kimi qalacaq. Bütün bunların nəticəsi olaraq onların maliyyə-satış fəaliyyətlərindən əldə etdikləri mənfəətin miqdarı azalacaq.
Bunu başa düşən firmalar oliqopol bazarda fəaliyyət göstərən zaman heç vaxt "qiymət" rəqabəti aparmır. Lakin, digər bütün sahələrdə onlar arasında mülayim rəqabət mübarizəsi gedir. Beləliklə də bəzi avtomobil şirkətləri öz məhsullarını ən təhlükəsiz məhsul kimi reklam edir, digərləri komfort və ya sürət parametrini önə çəkir.
Belə bazarların da öz liderləri olur və adətən oliqopoliya zamanı firmalar ya əvvəlcədən qiymət siyasətini bir-birilə razılaşdırır və ya da lider - firma öz qiymətini birinci olaraq müəyyənləşdirir, yerdə qalanlar da öz məhsullarına ona istiqamətlənmiş qiymət qoyurlar. Və nəhayət,
XALİS İNHİSAR
İnhisar o vaxt mövcud olur ki, yalnız bir firma həmin məhsulun yeganə istehsalçısı sayılır və onun bazarda əvəzedicisi yoxdur.
Məhsulun əvəzləyicisinin olmamasından danışarkən, başlıca olaraq, alıcının seçiminin, alternativinin məhdudluğu başa düşülür. Malın əvəzləyicisinin olmaması reklam baxımından çox sərfəlidir. Belə olan halda inhisarçıya reklama külli miqdarda vəsait xərcləməyə ehtiyac qalmır, çünki onsuz da onun bazarda rəqibi yoxdur. Biz öyrənmişdik ki, xalis rəqabətdə ayrıca firma bazarın təyin etdiyi qiymətlə razılaşmağa məcburdur. İnhisarçı isə qiymət üzərində nəzarəti həyata keçirir, qiymətləri diktə edir. O, istehsal olunmuş məhsulların miqdarı üzərində manipulyasiya etməklə qiymətə təsir göstərir. İnhisarın mövcudluğu praktiki olaraq iqtisadi, texniki, hüquqi və s. baryerlərin dəf edilməsi ilə izah olunur. Burada, biz xüsusilə qeyd etməliyik ki, "təbii inhisarlar"a əsasən ictimai istehlak sferasında, elektrik, su və qaz təhcizatı sahəsində rast gəlinir. Bu sahədə rəqabət tezliklə istehlakçıların xeyrinə dəyişdiyindən hökumət istisna olaraq bu sahəyə əlavə bir firma da cəlb edir. Lakin bu dəyişiklik olsa da belə hökumət adətən qiymətə nəzarət hüququnu özündə saxlayır.
Cədvəl 10
Dostları ilə paylaş: |