Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları


Bazarın növləri və onların xarakterik əlamətləri



Yüklə 3,39 Mb.
səhifə6/13
tarix06.12.2016
ölçüsü3,39 Mb.
#952
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

Bazarın növləri və onların xarakterik əlamətləri


Əlamətləri

Xalis rəqabət

İnhisar rəqabəti

Oliqopoliya

İnhisar

Firmaların sayı

xırda firmaların çox olması

çox sayda firmanın olması

bir neçə iri firmanın olması

bir iri firma

Məhsulun növü

eyninövlü

eynicinsli

eyninövlü və ya differensiallaşmış

unikal

Bazara daxil olma şəraiti

çox asan

nisbətən asan

böyük maneələr

çox çətin

Qiymətlərə nəzarət

yoxdur

əmtəənin əvəz edilməsi imkanları baxımından məhduddur

qiymət liderinin üstünlüyü

tam nəzarət

Nümunələr

kənd təsərrüfatı məhsulları, balıq, səhm, istiqraz

pərakəndə ticarət üzrə yerli mağazalar

pivə, alüminium, pambıq, avtomobil, alkoqolsuz içkilər, sabun

su təchizatı, qaz xidməti, telefon və digər kommunal xidmətlər


SAHİBKAR:  O KİMDİR?

Çoxları hesab edir ki, sahibkarlıq bizim  iqtisadiyyatımızda yeni fəaliyyət növüdür. Bu fəaliyyət kimin  üçün yenidir? Təbii ki, bu işlə məşğul olmayan bizlər üçün belə fəaliyyət yeni hesab oluna bilər. Lakin sahibkarlıq bu və  ya digər  formada həmişə mövcud olub. Hətta sovet dövründə də  sahibkarlığın inkişaf tarixi bir  neçə mərhələdən keçib.



Birinci mərhələ Ötən əsrin 20-ci illərin əvvəllərinədək olan dövrü əhatə  edib. Bu mərhələdə sahibkarlıq iqtisadi həyatdan sıxışdırılıb çıxarılıb. Bütün  sferalarda dövlət inhisarı qurulub. Əvvəlcə sənaye müəssisələrinin, sonra isə kiçik firmaların milliləşdirilməsi prosesi gedib.

İkinci mərhələ - yeni  iqtisadi siyasət dövrüdür. Bu dövrdə özəl  sahibkarlıqdan iqtisadi inkişaf üçün  istifadə olunub. Yenidən özəl firmalar meydana  gəlib.

Üçüncü mərhələnin ömrü 60 ildən çox uzanıb. Bu dövr ərzində  sahibkarlıq leqal sektordan  "sürgün" edilib, qeyri- leqal  şəraitdə fəaliyyət göstərib. Gizli sexlərdə kifayət qədər yüksək keyfiyyətli və tələbatı çox olan mallar istehsal olunmağa başlayıb.

80-cı illərin ikinci yarısından sonra yenidənqurma islahatlarının nəticəsi olaraq təsərrüfatçılığın  çoxdan unudulmuş formaları: podrat,  icarə, kooperativ və  s. yenidən dirçəlməyə başlayıb.

İstənilən yeni müəssisənin açılması çətin  olmaqla yanaşı, həmişə risklidir. Belə ki, ilk növbədə avadanlıq, xammal alınmasına vəsait xərclənməsinə ehtiyac yaranır. Bundan sonra isə işçi götürməli, ofis kirayə etməli, nəhayət məhsul buraxmalı və ən başlıcası isə, onun satışı həyata  keçirilməlidir.   

Alıcı özü  seçim edir, həmin  məhsulu  alıb almayacağını sərbəst  surətdə  müəyyənləşdirir. Sahibkar isə elə qiymət təklif edir ki, istehsala çəkilən xərcləri  ödəmək  mümkün  olsun.




Мянфяят саhибкарын баъарыьы, сяйи вя риски hесабына ялдя етдийи малиййя стимулу вя эялиридир.


Lakin əlverişsiz mühitdə istehlakçı malı almazsa  və ya az alarsa, onda nəticədə mənfəət yox, zərər əldə  olunur.

Hamı  üçün, fəhlələr  və müdiriyyət,  eləcə də sahibkarlar üçün ən vacib məsələ mənfəət və zərərin sahibkarlıqda rolunu düzgün başa düşməkdən  ibarətdir.

İş yerləri  ilə təminat imkanları,  işləyənlərin məvacibləri və onların ölçüsü bazar iqtisadi sistemində mənfəətin alınması uğurundan çox asılıdır.

Sahibkar o insandır ki, öz işinə risk etməklə başlayır. Sahibkar qərar qəbul edən və bu qərar üçün məsuliyyət daşıyan şəxsdir. Sahibkar bazar iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Sahibkarlıq fəaliyyəti «nə istehsal etməli?”, “necə istehsal etməli?” və “kimin üçün istehsal etməli?” suallarının həllini təmin edir. Sahibkarın daima gəlir (mənfəət) götürməsi üçün onun vaxtında düzgün qərarlar qəbul etməsi, kapital qoymaq üçün yeni sahələr axtarması, resurslardan istifadənin yeni və daha səmərəli üsullarını tapması, keyfiyyətli məhsul buraxması, xidmətin yeni üsullarını tapması, istehsalın, əməyin və satışın səmərəli təşkilinə nail olması, bazarı və rəqiblərini hərtərəfli öyrənməsi lazımdır.

Mənfəətdən başqa onlar üçün digər stimullar da vacib hesab oluna bilər:



- özün- özünə rəis olmaq;

- şöhrətlənmək imkanları çərçivəsində insanlar arasında tanınmaq, seçilmək  və s.

Sahibkarlıq fenomenini daha yaxşı başa düşmək üçün onun əsas əlamətləri ilə tanış olaq.

Müstəqillik - sahibkarlığın başlıca əlamətidir.  

Lakin müstəqilliyi hərfi mənada başa düşmək olmaz. İqtisadiyyatda mütləq azadlıq  yoxdur.  Sadəcə  olaraq sahibkar tam sərbəst olmalıdır  ki, ona göstəriş verilməsin ki, bunu yox,  onu elə  və yaxud onu yox, bunu elə. Lakin istənilən halda sahibkar bazarın sərt tələblərindən  azad deyildir.

Özünün şəxsi sərfəsi  sahibkarlığın hərəkətverici amili sayılır və  bu zaman şəxsi məqsədlər üçün çalışan sahibkar son nəticədə bütövlükdə cəmiyyət üçün işləyir.


Саhибкарлыг- физики вя йа hцгуги шяхс тяряфиндян  юз рискляринин сявиййясиня эюря фяргли имканлар (тяшкилати, техники, малиййя вя с.) чярчивясиндя hяйата кечирилян истеhсалат вя йа коммерсийа фяалиййятинин башлыъа нювцдцр.




Sahibkarlıq fəaliyyəti - hər hansı şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürmək olan və qanunla qadaüan edilməyən fəaliyyət növüdür. Belə fəaliyyətlə məşüul olanları sahibkar adlandırırlar. Sahibkarlıq gəlir və mənfəət əldə etmək məqsədi ilə iqtisadi fəaliyyətin qanunla qadaüan olunmayan hər hansı bir növünün təşkili və həyata keçirilməsi prosesidir. Sahibkarlıq fəaliyyəti gəlir, mənfəət əldə edilməsini təmin etmək üçün mühüm təsərrüfat qərarlarının qəbul edilməsi ilə və fəaliyyətin nəticələrinə görə məsuliyyət daşımaqla baülıdır.

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı məsələlər üzrə azadlıq  və sərbəstlik nəzərdə tutulur:



- fəaliyyət növünün seçilməsində;

- fəaliyyət metodunun seçilməsində;

- təsərrüfat qərarlarının  qəbulunda və reallaşdırılması  vasitələrinin seçilməsində;

- maliyyələşdirmə mənbələrinin seçilməsində;

- əməyin ödənilməsi sisteminin və həcminin təyin edilməsində;

- öz  məhsuluna qiymət qoymaqda;

- qazandığı mənfəəti mövcud qanunvericiliyin tələbləri və prosedur qaydaları əsasında bölüşdürməkdə və onun sərəncamında qalan hissəsini sərbəst şəkildə  istifadə etməkdə.

İndi isə aydınlaşdıraq görək, haqqında bəhs etdiyimiz fiziki və hüquqi şəxs kimdir.



Fiziki şəxslər-  qanuna müvafiq surətdə əmlak digər məsuliyyəti daşımaq, müqavilə saziş imzalamaq qabiliyyətinə malik olan fərdi sahibkardır.

Hüquqi şəxs - əmlak hüququ öhdəliyinin daşıyıcısıdır. O, iqtisadiyyatda öz adından  çıxış edir, onun tərkibinə daxil olan insanlardan asılı olmayaraq mövcud olur.  

Щцгуги шяхс - ганунла мцяййянляшдирилян гайдада дювлят гейдиййатындан кечмиш, хцсуси йарадылмыш еля бир гурумдур ки, мцлкиййятиндя айрыъа ямлакы вардыр, юз юhдяликляри цчцн бу ямлакла ъавабдеhдир, юз адындан ямлак вя шяхси гейри-ямлак hцгуглары ялдя етмяк вя hяйата кечирмяк, вязифяляр дашымаг, мяhкямядя иддиачы вя йа ъавабдеh олмаг hцгугуна маликдир.

Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya olmaya bilər.

Firmanın əmlakı müəssisəyə məxsusdur və əgər  firmanın sahibi  ona yiyələnmək istəyirsə, onun buna hüququ  çatmır. Bu yalnız firmanın bütün borcları ödənildikdən sonra yerdə  qalan əmlakın ləğvetmə komissiyasının qərarı ilə iştirak  paylarına görə bölünməsi zamanı mümkündür.

Qanunda sahibkarlar üçün aşağıdakı  öhdəliklər müəyyənləşdirilib:

- dövlət qeydiyyatına düşmək;

- bəzi xüsusi razılıq tələb edən növlər üzrə fəaliyyət üçün  icazə (lisenziya) alınması;

- vahid mühasibat uçotunun aparılması;

- xüsusi bank hesabının açılması; 

- vergi ödəyicisinin  eyniləşdirilmiş nömrəsinin alınması  və s.

Adətən, fəaliyyət sahələri əsas götürülməklə sahibkarlıq firmalarını 4 kateqoriyaya bölürlər;



-  firmalar (istehsalat, ticarət  və s.);

- banklar;

- sığorta şirkətləri;

- investisiya qrupları.

Bu zaman  bazar münasibətlərinin başlıca subyekti biznes -firma   sayılır, yerdə qalanlar- xidmətedicilər  hesab  olunur.

Biznes-firmalar biri-birindən fərqlənir. Onlar əmtəə və xidmətlərin geniş şəbəkəsini təqdim edir. Bütün bu rəngarəngliyə baxmayaraq, biznesin təşkilinin bir neçə forması mövcuddur. Bu formaların əsas kateqoriyasına fərdi müəssisələr, ortaq müəssisələr və korporasiya daxildir. Biznesin təşkilinin adıçəkilən hər bir forması özü fərqləndirici xüsusiyyətə malikdir, bu da istehsalçılar və istehlakçılar üçün xərc və mənfəət baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir biznes firmanın təşkili formasından asılı olmayaraq hərəkətverici qüvvəsi mənfəət qazanmaq və xərcləri minimumlaşdırmaqdan ibarətdir. Mənfəətin iqtisadi mahiyyəti onun praktikada daha çox tətbiq olunan mühasibat mahiyyətindən xeyli fərqlidir. Belə ki, iqtisadçılar bütün xərcləri, həm gizli (alternativ dəyər), həm də aşkar (mühasibat məsrəfləri) xərcləri nəzərə alırlar.

Firmaları təsnifləşdirməyə cəhd edək. Adətən, onları fəaliyyət növləri üzrə fərqləndirirlər. Sənayedə başlıca  məşğuliyyət  məhsul istehsalıdır, 50%-dən çox gəlirini sənaye məhsulunun buraxılışından əldə edən firmalar - sənaye istehsalı üzrə ixtisaslaşmış firma hesab olunur.

Ticarət firmaları tədavül sferasında alqı-satqı əməliyyatları ilə məşğul  olurlar.

Nəqliyyat firmaları sərnişin və yük daşınmasını həyata keçirirlər. Onlar, adətən ayrıca növdə ixtisaslaşır və su, hava, avtomobil,  dəmir  yol, boru kəməri nəqliyyatına bölünürlər.

Eyni zamanda nəqliyyatda ekspeditor, sığorta və digər fəaliyyətlə məşğul olan firmalar da mövcuddur.

Firmaların  təşkilinin digər vacib hesab olunan aspektinə-onun hüquqi vəziyyətinə baxaq. Bu nöqteyi- nəzərdən təşkilati-hüquqi formasına görə biznesin  təşkili aşağıdakı kimi fərqləndirilir:



-fərdi müəssisələr;

-ortaqlıqlar; o cümlədən məhdud məsuliyyətli cəmiyyətlər;

-səhmdar cəmiyyəti.

Fərdi müəssisələrdə - bir nəfər sahiblik edir. Adətən belə tip müəssisələr kiçik və  orta  firmalar formasında təşkil olunur və kiçik biznes sahəsi adlanırlar. Kiçik biznes insanların çox vacib tələbatlarını ödəyir. İnsanlar hər  hansı bir nailiyyətə, cəhdə, risk etməyə, özünə inama görə fərqlənirlər. Və müxtəlif  insanlar öz müvəffəqiyyəti üçün fərqli çıxış  yolları arayırlar.

İnsanlar hansısa firmaya xidmət etməklə  özlərini tamamilə təmin edə bilərlər. Onlar firmalarda çalışmaqla əldə etdiyi qazanclar hesabına yeməkdən doya, yaxşı geyinə, mənzillə təmin oluna, lakin bütün bunlar onların azad fəaliyyətinin məhdudlaşdırılması hesabına başa gələ bilər.

Firmanın yaradılması və onun idarəolunma işinin səmərəli təşkili uzun müddət tələb edən mürəkkəb prosesdir.

Eyni zamanda, şəxsi  fəaliyyət insanın enerjisinin reallaşdırılmasına şərait yaradır, onun sahibkarlıq fəaliyyətini aşkara  çıxarır və insanlar bununla  hansısa başqa işlə müqayisədə öz istəklərini daha tez zamanda təmin edə bilirlər.  Çünki,  hər bir mülkiyyətçi müəssisənin mənfəətinin sahibidir.

Lakin biznesin belə formasının çatışmazlığı da mövcuddur. Bu,  tam əmlak məsuliyyətidir. Daha doğrusu, firmanın bütün borcları, biznesin problemləri  bir nəfər sahibkarın çiyninə düşür. Firmanın pul vəsaitləri çatmadığı hallarda sahibkar öz  şəxsi mülkiyyətindən, maşınından, evindən, pulundan və s.-dən mərhum  ola  bilər.

Digər çatışmazlıq sahibkarın işə qoyduğu vəsaitlərin məhdudluğu ilə bağlıdır. Adətən vəsaitlər xırda ticarətə, bəzən isə çox da böyük olmayan istehsalata çatır.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin