Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə3/13
tarix06.12.2016
ölçüsü3,39 Mb.
#952
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

Bu şkaladan istifadə etməklə, tələb və təklif nöqtələrini əvvəlki koordinatlar üzrə qeyd edib, kəsişən əyriləri çəkək.



2000

1800

1600

1400

1200

1000

800

600

0

P, man

































S





























































































































































A

















































































































































































D











































80 140 200 Q

Şəkil 5. Tələb və təklif əyrisi
Tələb təklif əyrisinin  kəsişən nöqtəsi tarazlıq nöqtəsi adlanır. Buna uyğun gələn qiymətə isə tarazlıq qiyməti ya bazar qiyməti deyilir. Bizim şkalamızda bazar qiyməti 1000 manata bərabərdir. Qrafikdən göründüyü kimi, məhz bu qiymətdə tələbin həcmi təklifə  bərabər olur (140 ədəd/1000 manat).

A nöqtəsi, tarazlıq nöqtəsi hesab olunur. Bu yeganə nöqtədir ki, həm tələb, həm də təklif əyrisinə məxsusdur. Bu nöqtəni daha dəqiq öyrənək. Bu nöqtə alıcının  qiymət 1000 manat olduğu halda, onun 140 ədəd piroq almağa hazır olduğunu bildirir. İstehsalçının isə qiyməti  1000 manata 140 ədəd piroq istehsal etməyə hazır olduğunu  əks etdirir. Yalnız bu nöqtə üzrə istehsal olunmuş piroqların  hamısı satılır. Bazarın başlıca prinsipi - sazişin alıcı və satıcı üçün sərfəli olmasıdır. Əlbəttə ki, bu mexanizm sınaq metodu əsasında işləyir. Çünki, nə qədər məhsul istehsal etməyi dəqiq  təyin etmək çox çətindir. Buna səbəb bazar qiymətini bəri başdan müəyyənləşdirməyin mümkün olmamasıdır.

Bundan başqa, tələb və təklifin rəqs etməsi də mümkündür ki, bu barədə də sizinlə növbəti fəsildə danışacağıq.

Bazar kəfkiri yaxud da tələb təklif qarşılıqlı surətdə necə fəaliyyət göstərir?

Bazarda satıcı və alıcının sərfəli razılaşma mexanizmi nə deməkdir? Bu necə olur?

İndi gəlin, bunu aydınlaşdırmağa cəhd edək. Fərz edək ki, piroqun satıcısı onun bazar qiymətini 1600 manat səviyyəsinə qaldırmaq haqqında qərar qəbul edib. Bu halda bazarda nə baş verəcək. Buna alıcıların reaksiyası necə olacaq?

Belə vəziyyət qrafikdə punktirli xətlər şəklində ifadə olunmuşdur.





2000

1800

1600

1400

1200

1000

800

600

0

P, man

































S





























































B













V















































































A

















































































































































































D











































80 140 200 Q ədədlə

Şəkil 6. Tələb və təklif əyrisi
Qiymətlərin qarşılıqlı fəaliyyətinə təklif əyrisi üzrə baxsaq, onlar V nöqtəsində kəsişir, ordan Q-yə perpendikulyar ox buraxsaq, görərik ki, qiymət 1600 manat olduqda istehsalçılar 180 ədəd piroq istehsal etməyə hazırdılar. İndi isə tələb əyrisində qiymətlərin qarşılıqlı fəaliyyətini tədqiq edək, daha doğrusu qiymət artımına alıcının reaksiyasını müəyyənləşdirək. B nöqtəsindən perpendikulyar buraxmaqla, həmin qiymətdə alıcının 100 ədəd piroq aldığını aşkar edə bilərik. Qrafikdə ştrixlənmiş sahə artıq təklifi göstərir. Satıcı 180 ədəd təklif edir, alıcı isə 100 ədəd alır. Fərq 80 ədəddir ki, bu da artıq təklifi ifadə edir. Təklifin bu hissəsində olan piroqlar satılmamış qalır. Təklifin artıqlığı və ya malın yığılıb qalması - bazarda  tələbin ölçüsünə münasibətdə malın qiymətinin həddindən çox yüksəlməsi zamanı əmələ gələn vəziyyətdir. Növbəti gün həmin vəziyyət yenidən təkrar olunarsa, yığılıb qalmış mallar çoxdur. Axı, satılmamış piroqlara da xərc çəkilib.





2000

1800

1600

1400

1200

1000

800

600

0

P, man

































S





























































B













V







































































А




























































































































































































D











































80 100 120 160 180 200 Q
Şəkil 7. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru enişi)
Bu şəraitdə satıcı nə etməlidir?

Qiymətləri endirməlidir!

Qiymətin 1200 manata qədər enməsi zamanı tələb artır. Qrafikdən göründüyü kimi, alıcılar artıq 120 ədəd piroqu almağa hazırdılar. İstehsalçı isə bu qiymətə 160 ədəd satmaq istəyir. Buna baxmayaraq yenə də 40 ədəd piroq artıq qalır. Deməli, qiyməti bir az da endirmək mümkündür. Bu proses o vaxta kimi davam edir ki, satıcı və alıcı hər iki tərəfin maraqlarını təmin edən A nöqtəsində üz-üzə gəlir.

Sizinlə başqa bir hala baxaq. Fərz edək ki, sahibkar çox aşağı qiymət qoyub. Bu halda piroq istehsalından çox az məbləğdə mənfəət əldə etmək mümkündür. Bu səbəbdən də onun çoxlu mal istehsal etməyə marağı yoxdur. O cəmi 120 ədəd istehsal etməyə hazırdır.

Bəs, alıcılar necə? Onlar 800 manatdan 160 ədəd piroq almaq istəyirlər. Deməli, bu qiymətdə daha 40 piroqa tələb yaranıb. Lakin piroq yoxdur! Hamı onu ala bilmir.

Bu şəraitdə satıcı nə etməlidir?

Qiymətləri qaldırmalıdır!

İqtisadiyyatda  yaranmış həmin vəziyyətə qıtlıq deyilir və bu qrafikdə V və B parçası ilə fərqləndirilir. Həmin sahə ştrixlidir.



Mal qıtlığı həddindən aşağı qiymət zamanı əmələ gələn  tələb təklifin gerçək münasibətini əks etdirməyən vəziyyətdir. Satıcı görəndə ki, hamı piroq axtarır o qiyməti qaldırmağa başlayır.

2000

1800

1600

1400

1200

1000

800

600

0

P, man







































































S




































































А




















































































V




B






















































































D
























































































120 140 160 Q ədədlə
Şəkil 8. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru artımı )
Bu proses hər iki tərəfin maraqları üst-üstə düşənədək davam edir. Belə vəziyyət A nöqtəsinə (1000 manat qiymətinə) uyğun gəlir. Göründüyü kimi heç bir müdaxilə olmadan qiymət tarazlığını bazar özü alıcıların və satıcıların könüllü istəkləri əsasında  müəyyən edir.

Malın yığılıb qalması və mal qıtlığı vəziyyətinin hər ikisi xoşagəlməz hal hesab olunur. Mal yığılıb qalarkən istehsalçı satılmış məhsullardan alınmış gəlir hesabına bütün malların xərcini ödəyə bilmir. Bu proses onu müflisləşməyə aparır. İstehlakçının aşağı və orta gəliri də malı almağa imkan vermədiyinə görə belə hal onun üçün də sərfəli deyildir. "Qıtlıq" zamanı isə “qara bazar”lar əmələ gəlməyə başlayır. Gəlirlərin çox hissəsinə möhtəkirlər nəzarət etməyə başlayır. Bundan başqa istehsalçının gəliri aşağı olduğundan, o məhsul buraxılışını genişləndirə bilmir. İstehlakçı üçün də bu pis hal hesab olunur. Çünki belə olanda o “qıt” mal almaq məqsədilə növbəyə dayanaraq xeyli vaxt itirməli, pulunu isə alverçilərə verməlidir.

Bazar hər iki tərəfi kompromisə gətirmək  üçün yardımçı obyektiv amillər meydana çıxarır:

- Qiymətin alıcının ödəmək imkanı çatan yuxarı həddi;

- Qiymətin satıcının razılaşdığı aşağı həddi;

Sxem vasitəsilə  onu aşağıdakı formada təqdim etmək olar.



Сатыъы


Bu qiymətdən aşağıya satmağa razı deyil



Q

İ

Y

M

Ə

T Bu qiymətdən çox

ödəməyə razı deyillər



Alıcılar
Şəkil 9 .Qiymətin əmələ gəlməsi

Qrafikin ştrixlənmiş hissəsi - kompromis sahəsidir.

Əgər satıcı və alıcı razılaşa bilməzsə, bu zaman yaranan hal 9-cu şəkildəki formaya uyğun gəlir. Deməli,  belə olan halda mal satılmadığından, sonradan da istehsal edilmir. Beləliklə də bazar nə istehsal etməli məsələsini özü sərbəst olaraq həll edir.



Satıcı

Bu qiymətdən aşağıya



Q satmağa razı deyil

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin