Fumiqasiya zər


Gəmi anbarlarında və vaqonlarda taxıl və taxıl məhsullarının zərərsizləşdirilməsi



Yüklə 32,94 Kb.
səhifə2/4
tarix03.02.2022
ölçüsü32,94 Kb.
#52057
1   2   3   4
FUMIGASIYA

7.Gəmi anbarlarında və vaqonlarda taxıl və taxıl məhsullarının zərərsizləşdirilməsi

7.1. Gəmi limana daxil olduqdan sonra ona baxış keçirilir. Baxış ilə eyni vaxtda müfəttiş yükün sıxlığı, onun rütubətlİliyi, kənar qoxu və öz-özünə sızma ocaqlarının olub-olmadığını, yükün və boş anbarların zərərvericilərlə yoluxmasını yoxlayır. Zərərsizləşdirmə zərurəti yarandıqda təxirə salınmadan zərərsizləşdirmə tədbirləri aparılır.

7.2 Taxıl və taxıl məhsullarının gəmilərdə fosfın tərkibli preparatlarla fumiqasiyasına gəmi aşağıdakı tələblərə cavab verdikdə icazə verilir:

- gəminin anbarlarının işlək vəziyyətdə lyuk örtükləri olduqda;

- gəmi anbarının ventilyasiya sistemi gəminin yaşayış və xidməti otaqlarından keçmədikdə;

- gəminin sonuncu anbarı yaşayış və xidməti otağlarının altında yerləşmədikdə;

- gəminin xidməti və yaşayış otaqlarının məcburi ventilyasiya sistemi olduqda;

- gəmi anbarlarında taxıl və taxıl məhsullarının daşınma müddəti 5 sutkadan az olmadıqda və taxılın temperaturu 15 °C-dən çox olduqda.

7.3 .Gəmilərin ayrı-ayrı anbarlarında tavana qədər yük yığılmışdırsa, fumiqantın daha yaxşı yayılması, onun yükün dərinliyinə daha sürətlə və nisbətən bərabər daxil olmasını təmin etmək məqsədilə yükün üzərində 1 -1,5 m dərinlikdə boşluq yaradılır.

7.4. Ventilyasiya boruları, lyuklar və gəmi anbarları ilə əlaqəli olan digər kanallar poliamid və ya polietilen plyonkadan hazırlanmış örtüklərlə tam şəkildə bağlanılır.

7.5 Lyuklar üzərində olan metal qapaqlarla, belə qapaqlar olmadıqda isə taxta qalxanlarla bağlanılır.

7.6. Metal qapaqların altındakı hissələr toz və çirkdən təmizlənir və xarici tərəfdən zərərvericilərin daxil ola biləcəkləri bütün digər gizli yerlər qapanır.

7.7. Yük mühitində fumiqant buxarlarının konsentrasiyasının müəyyənləşdirilməsi üçün hər anbarda 2-3 nöqtədə diaqonal üzrə üç üfüqdə - aşağı (anbarın dibinədək), orta və yuxarı (hər bir nöqtədə) hədlərdə zondlar daxil edilir. Belə zondu qurmaq üçün mis boruların ucları ardıcıl birləşdirilir. Birləşdirilmiş boruların dəlikli iti uclu olan hissəsi müəyyən üfüqi istiqamətdə yükə daxil edilir, rezin şlanqlı hissəsi isə (diametri 8-10 mm) dəliklər vasitəsilə hər bir zonddan keçirilərək, göyərtəyə çıxarılır. Şlanqlar qısqaclarla hermetikləşdirilir.

7.8. Preslənmiş məhsulun tayalarında əlçatan istiqamətlərdə xüsusi metal millər sancılır, onların açıq uclarına isə zondlar (mis borular və ya nazik şlanqlar) birləşdirilir. Zondların uclarını göyərtəyə çıxarırlar. Bu üsulla bilavasitə tayın daxilində fumiqant buxarlarının konsentrasiyası müəyyənləşdirilir.

7.9. Yeşiklərdə yığılmış məhsullarda zondun iti ucu yeşiyin daxilinə sancılır və ya yeşiklər arasında bərkidilir.

7.10.Taxıl daşıyan vaqonlarda taxılın fumiqasiyası zamanı fosfın preparatının həbləri ya taxıl vaqona yüklənərkən ona əlavə edilir, bu mümkün olmadıqda isə taxılın yüklənilməsindən sonra vaqonun damında olan yükləmə lyukları vasitəsilə metal zondların köməyi ilə tətbiq normasına uyğun vahid sahəyə yerləşdirilir. Həblər vaqonun bütün lyuklarından bərabər daxil edilir.


Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin