Fumiqasiya zər


Yaş meyvə-tərəvəzin zərərsizləşdirilməsi



Yüklə 32,94 Kb.
səhifə4/4
tarix03.02.2022
ölçüsü32,94 Kb.
#52057
1   2   3   4
FUMIGASIYA

9. Yaş meyvə-tərəvəzin zərərsizləşdirilməsi

9.1. Tövsiyə olunmuş texnologiyalara və rejimlərə ciddi riayət edərək yaş meyvə-tərəvəzin fosfin qazınin müvafiq formaları (ECO2FUME – 98% CO2, 2% PH3) ilə zərərsizləşdirilməsini həyata keçirmək, zərərvericilərin meyvələr arasında, meyvələrdə, taranın səthində və digər materiallarda tam məhv olmasını təmin edir. ECO2FUME preparatının dozası, fumiqasiyaya təsir edən amillərdən asılı olaraq 200-2000 ppm təşkil edir

9.2. İxracat zamanı fumiqasiya olunmuş yaş meyvə-tərəvəz yerində və ya qatarın vaqon-refrijeratoru yaxud avtomobil refrijeratorunda 3 sutkadan çox olmayan daşınma müddətindən sonra istifadəyə verilməlidir.

9.3. Keyfiyyətinə görə əmtəə kondisiyalarına cavab verməyən yaş meyvə-tərəvəz və ya göstərilmiş nəqliyyatda və müəyyən olunmuş müddətdə göndərilməsi təmin edilməyən yaş meyvə-tərəvəz fumiqasiyaya qəbul edilmir.

ECO2FUME preparatının miqdarı aşağıdakı qaydada hesablanır:

Miqdar (kq) = hədəf x həcm / 14000

Zərərvericilərin növü: Siçan, siçovul, düyü biti, surinam unyeyəni, taxıl qurdu, lobya biti, taxıl güvəsi, anbar uzunburunu, un xırıldağı, qısabığlı unyeyən, həmçinin bütün növ zərərvericilərə qarşı effektiv təsirlidir

10. Meşə materiallarının dəmir yol vaqonlarında zərərsizləşdirilməsi

10.1. Meşə materiallarının dəmir yol vaqonlarında fumiqasiya edilməsi polietilen örtük altında həyata keçirilir. Örtük materialı olaraq bir dəfəlik istifadə üçün 0.03-0.05 mm qalınlığında, bir neçə dəfə istifadə üçün 0.1-0.15 mm qalınlığında plyonkalardan istifadə etmək olar.

10.2. Vaqonun üzərini örtərkən örtüyün deşilməməsinə diqqət edilməlidir. Örtüyün uclarını içəriyə doğru qatlamaq qum torbası və s. ilə hermetikləşdirmək lazımdır.

10.3. Örtüyü tamamilə örtməzdən əvvəl vaqonun müxtəlif yerlərində müvafiq qaydada, müəyyən olunmuş miqdarda preparatın tabletləri yerləşdirilir.

10.4. Ekspozisiya müddəti başa çatdıqdan sonra örtük tədricən açılır və qaz təmizlənənə qədər havalandırılır.

11. Meşə və taxta qablaşdirma materiallarının ISPM 15 beynəlxalq standartının tələblərinə uyğun zərərsizləşdirilməsi və işarətlənməsi.

11.1. Müxtəlif enerji mənbələrindən istifadə edərək ən azı 30 dəqiqə ərzində fasiləsiz olaraq ağac materialının bütün eni boyunca (özək də daxil olmaqla) minimal 56 °C temperatura çatmalıdır (markalanma şifrəsi: HT).

11.2. İstilik kameraları hermetik olub döşəmə izolyasiyası da daxil olmaqla yaxşı izolyasiya olunmalı, hava axınının ağac materialının ətrafında və içində dolaşmasına imkan verəcək şəkildə hazırlanmalıdır.

12. Qazdan təmizləmə (deqazasiya)

12.1.Fumiqasiyaya məruz qalmış otaqların qazdan təmizlənməsi istifadə olunmuş preparatların tətbiqi üzrə tövsiyələrdə (təlimatlarda) müəyyən olunmuş müddətlərdə, sorucu ventilyasiyanın tətbiqi ilə havalandırma və ya açıq qapı və pəncərələr vasitəsilə havalandırma yolu ilə aparılır.

12.2.Fumiqasiya üçün buxarları havadan ağır olan pestisidlərdən istifadə edən zaman işlər başa çatdıqdan sonra zirzəmi otaqlarının havalandırılmasım təmin etmək lazımdır.

12.3.Gəmi anbarlarında yüklərin qazdan təmizlənməsi aktiv və ya passiv üsulla həyata keçirilir. Onun sürətləndirilməsi üçün anbarların ventilyasiyasından istifadə etməklə, aktiv ventilyasiya metodunu tətbiq edirlər. Passiv qazdan təmizləmə zamanı əvvəlcə göyərtədə üz-üzə hərəkət edərək, metal qapaqları açırlar və hər açılmış anbardan sonra 20 dəqiqə fasilə edirlər, sonra ventilyasiya borularını açırlar. Gəminin ventilyasiya sisteminin köməyi ilə aktiv qazdan təmizləməni yay vaxtlarında təxminən iki saat, payız-qış dövründə isə dörd saat aparır, bu zaman göyərtədəki dəlikləri, ventilyatorları və divar hava dəliklərini açırlar. Sonra isə anbarların qapılarını tam açırlar.

12.4.Obyektin fumiqasiyası zamanı gəmi anbarlarında, anbarlarda, kameralarda, vaqon- elevatorlarda olan hər hansı məhsulda eyni vaxtda qazlanmaya məruz qalıbsa qazdan təmizlənmə müddətini artırmaq lazımdır.

12.5. İnsanların qazla işlənilmiş otaqlara buraxılması müəyyən olunmuş qazdan təmizləmə müddətlərinin başa çatması, havalandırmanın aparılması və iş mühitinin havasında fumiqantın miqdarının gigiyenik normativləri aşmadığının müəyyənləşdirilməsindən sonra mümkündür.

12.6.Güclü iflic əlamətlərinin olduğu (normal hərəkətdən məhrum) tək-tük canlı həşəratlar fumiqantın davam edən zəhərli təsiri nəticəsində sonradan məhv olurlar.

12.7. Qazdan təmizləmənin başa çatması fumiqasiya işlərinin rəhbəri tərəfindən müəyyən olunur və obyektdən istifadəyə icazə verilir.

12.8. Deqazasiya zamanı da fumiqasiya heyəti təhlükəsizlik qaydalarına ciddi əməl etməli, xüsusi geyim formaları və respiratorlardan istifadə etməlidir.

13 .Karantin nəzarətində olan materialların fumiqasiya edilməsi(zərərsizləşdirilməsi) haqqında aktın rəsmiləşdirilməsi və verilməsi

13.1. Zərərsizləşdirmədən sonra fumiqasiya dəstəsi tərəfindən iki nüsxədən ibarət akt tərtib edilir.



13.2. Aktın bir nüsxəsi zərərsizləşdirilən materialın (yükün) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) təqdim olunur, ikinci nüsxəsi isə Aqrar Xidmətlər Agentliyində saxlanılır.

13.3. Aktda aşğıdakılar öz əksini tapmalıdır:

13.3.1.fumiqasiya dəstəsinin nümayəndəsinin (nümayəndələrinin) soyadı, adı, atasının adı, tutduğu vəzifəsi;

13.3.2.karantin nəzarətində olan materialları zərərsizləşdirməyə təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı;

13.3.3.karantin nəzarətində olan materialları zərərsizləşdirməyə təqdim edən hüquqi şəxsin adı və hüquqi ünvanı;

13.3.4. fitosanitar karantin nəzarətində olan materialın mənşəyi;

13.3.5.zərərsizləşdirmənin yeri, ekspozisiyası (saat, dəqiqə);

13.3.6. havanın temperaturu;

13.3.7. pestisidin adı, tətbiq norması;

13.3.8. zərərsizləşdirilən materialın (yükün) deqazasiyası (saat);

13.3.9. digər zəruri məlumatlar.

13.4. Zərərsizləşdirilmiş fitosanitar karantin nəzarətində olan materialları müşaiyət edən sertifikatlarda zərərsizləşdirməyə dair məlumatlar öz əksini tapmalıdır.

13.5. Fumiqasiya aktları xüsusi qaytanlanmış, möhürlənmiş kitablarda qeyd edilir.
Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin