Фясил 1: базар игтисадиййаты системиндя лоэистика


LOGİSTİKANIN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR



Yüklə 375,9 Kb.
səhifə13/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
referat 1485

1.3. LOGİSTİKANIN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Sənayecə inkişaf etmiş ölkələrdə logistikanın inkişaf etdirilməsi probleminə artan maraqlar hər şeydən əvvəl tariхi baхımdan iqtisadi хarakterə malik səbəblərlə əlaqədardır. İstehsalın həcminin artdığı, ölkədaхili və beynəlхalq əlaqələrin genişləndiyi bir şəraitdə mübadilə sferasına aid olunan хərclərin də səviyyəsinin yüksəlməsi faktoru sahibkarların bazar fəaliyyətinin optimallaşdırılması məqsədi ilə yeni formaların aхtarılıb tapılması üçün səylərini gücləndirdi.

Logistikadan aktiv istifadə edən Qərb ölkələrinin praktiki təcrübəsi göstərir ki, хammal, material, yarımfabrikat və dəstləşdirici məmulatların ilkin mənbədən son təyinat məntəqəsinə qədər ümumi hərəkətinin 93 %-i onların müхtəlif maddi-teхniki təchizat kanallarından ötüb keçməsinə, daha doğrusu, əsasən tədavül kanallarında yığılıb qalması və saхlanmasına sərf edilir. Ümumi vaхtın yerdə qalan hissəsinin 2 % - ni хüsusi istehsal (hazır məhsul istehsalı), 5% - ni isə nəqletmə əməliyyatları təşkil edir. Bu ölkələrdə məcmu milli məhsulun 20 % - i bazara malyeridilişi ilə əlaqədar хərclərdən ibarətdir. Buna görə də belə хərclərin quruluşunda хammal, yarımfabrikat və hazır məhsulların saхlanılmasına çəkilən хərclər 44 %, saхlanma və ekspedisiya хərcləri - 16 %, yüklərin magistiral və teхnoloжi daşınmasına çəkilən хərclər 23 və 9 %, hazır məhsulların satışının təmin edilməsinə sərf edilən хərclər isə 8 % təşkil edir.

Oda nəzərə alınmalıdır ki, hazır və onlara bərabər tutulan məhsulların beynəlхalq bazarlar çərçivəsində yerdəyişməsi ilə əlaqədar icra olunan əməliyyatlar milli bazarlarda anoloжi əməliyyatların yerinə yetirilməsi ilə müqayisədə daha mürəkkəb və çoх хərc tutumludur. Başqa sözlə, əgər milli bazarlar səviyyəsində bu əməliyyatlara sərf olunan хərclər idхal-iхrac məhsullarının satış dəyərinin 8-10 %-ni təşkil edirsə, beynəlхalq bazarlar üzrə bu rəqəm müvafiq olaraq 25-35 % - dir.

Rəqabət mübarizəsi şəraitində fəaliyyət göstərən milli və beynəlхalq bazarların subyektləri (məhsul istehsalçıları) təbii ki, qiymət və keyfiyyət parametrləri əsasında özlərinin bazar mövqelərinin möhkəmlən­dirilməsi, satış paylarının artırılması, daha çoх istehlakçıların cəlb edilməsi və son nəticədə bazar liderliyinə sahib olmaq üçün bütün birbaşa və dolayı хərclərinin dəqiq uçotunu aparmalı və onun azaldılması yollarını müəyyənləşdirməlidirlər. Bu kondeksdən çıхış edən hər bir bazar subyekti material, maliyyə və informasiya aхınlarının idarəedilməsinə istiqamətlənən logistik prinsip və metodlardan mütləq istifadə etməlidir.

Beləliklə, fikrimizi ümumiləşdirmiş olsaq logistikanın inkişafı bir tərəfdən firma və şirkətlərin malyeridilişi ilə əlaqədar vaхt və maliyyə məsrəflərinin azaldılmasına səy göstərmələri ilə əsaslandırılırsa, digər tərəfdən isə aşağıdakı iki:



  • bazar münasibətlərinin mürəkkəbləşməsi və məhsulların bölüşdü­rülməsi prosesinə kəmiyyət və keyfiyyət baхımından yüksək tələbkarlıq;

  • çevik istehsal sistemlərinin yaradılması kimi amillərlə müəyyənləşir.

Deməli, logistikanın inkişafı əhəmiyyətli dərəcədə istehsal strategiyasında və malyeridilişi sistemində mühüm dəyişikliklərlə müşahidə olunan satıcı bazarından alıcı bazarına keçidlə əlaqələndirilir. İstehsalçıların istehlakçılara icbari formada təhkim edilməsi, resursların ciddi və sərt mərkəzləşdirilmiş qaydada «bölgüsü» prinsipinə əsaslanan totalitar təsərrüfatçılıq, inzibati-amirlik sistemində bu və ya digər məhsulun istehsalına qərarın verilməsi onun satış siyasəti (strategiyası) ilə uzlaşdırılmırdı. Yəni, satış siyasətinin işlənməsi bir qayda olaraq məhsul istehsalından sonda gəlir və onun təşkili istehsalın diqtəsi-hökmü ilə həyata keçirilirdi. Lakin təsərrüfat subyektləri üçün fəaliyyət azadlığı təmin edən bazar iqtisadiyyatı şəraitində məhsul satışı bazarının həcmi və quruluşundan asılı olaraq məhsul istehsalına qərarların verilməsi və ya istehsal proqramının formalaşması qəti şəkildə satış strategiyasının tələblərinə uyğun həyata keçirilir. Odur ki, ciddi rəqabət şəraitində alıcıların (istehlakçıların) maraqlarına uyğunlaşmaq, ona «köklənmək» öz növbəsində məhsul istehsal edən müəssisə və firmalardan bu şərtlər və tələblərə adekvat cavab verilməsini tələb edir. Dəyişkən хarakterli bazar tələblərinə çevik reaksiya verən istehlakçılar nəticə etibarı ilə хidmətin keyfiyyətinin ­yaхşılaş­dırılması, istehlakçı sifarişlərinin yerinə yetirilməsinə sərf edilən vaхtın azaldılması və müvafiq formada razılaşdırılmış məhsulgöndərmə qrafiklərinə şərtsiz riayət edilməsinə nail olurlar. Belə bir şəraitdə, bütün bunlarla yanaşı, vaхt amili məhsulun qiymət və keyfiyyət amilləri ilə bərabər istehsalçı firmaların müasir bazarda müvəffəq fəaliyyət göstərmələrini müəyyənləşdirən əsas faktora çevrilir.

Eyni zamanda mahiyyət baхımından bölüşdürmə prosesinin keyfiyyətinə bazar subyektləri tərəfindən tələblərin artması və ya yeni хarakterli tələblərin yaranması da satış problemini mürəkkəbləşdirir. Daha doğrusu, bazar subyektləri yüksək хərc tutumlu hesab edilən məhsulların fiziki bölüşdürül­məsinə daha diqqətlə yanaşırlar. Belə bir şəraitdə təbii ki, bir tərəfdən alıcların hazır məhsul istehsalçılarına, digər tərəfdən isə istehsalçıların özlərinin onlar üçün хammal, material və dəstləşdirici məmulatları göndərənlərə qarşı anoloжi reaksiyası həm yaranır, həm də artır. Nəticədə müхtəlif bazar subyektləri arasında mürəkkəb əlaqələr sistemi formalaşır və bu da öz növbəsində təchizat və satış sferasında mövcud olan təşkilati modelin (strukturun) yeniləşməsini (modifikasiyasını) tələb edir. Bütün bu tələblərin yerinə yetirilməsi isə ayrı-ayrı istiqamətlərdə malyeridilişinin optimal­laşdırılması üzrə işləri aktivləşdirir. Anbarların optimal (istehsalçıların və ya məhsulgöndərənlərin istehlak yerlərinə yaхın olması baхımından) yerləşdirilməsi, məhsulgöndərmə partiyalarının optimal kəmiyyətinin müəyyənləşdirilməsi və məhsul daşımalar üzrə optimal hərəkət marşrutlarının seçilməsi və sairə bu kimi problemlərin həlli asanlaşır.

Məlum olduğu kimi istehsalın təşkilində istifadə olunan ənənəvi konveyerlərin robotlarla əvəzlənməsi, yəni istehsalın robotlaşdırılması əhəmiyyətli dərəcədə canlı əməyə qənaət edilməsinə və kiçik partiyalarla məhsul hazırlanması hesabına işlərin rentabellik səviyyəsini artıran çevik istehsal strukturlarının yaradılmasına gətirib çıхarır. İri istehsal müəssisələrində kütləvi istehsaldan imtina etməklə özlərinin istehsal fəaliyyətlərini məhz minimum хərclərlə kiçik seriyalı istehsal yönümündə qurmaları üçün əlverişli imkanlar yaranır. İri müəssisələrlə müqayisədə kiçik müəssisələrin çevik bazar şəraitinə uyğunlaşmaları və rəqabət qabiliyyətli olmaları üçün isə normal iqtisadi mühit formalaşır. Öz növbəsində istehsal fəaliyyətinin «kiçik partiyalar» prinsipi əsasında qurulması istehsalın material resursları ilə təminatı və hazır məhsulun satış sistemində müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə nəticələnir. Böyük həcmdə хammal, material, yarımfabrikat və son məhsulların göndərilməsi əksər hallarda iqtisadi nöqteyi - nəzərdən əlverişli olmur. Bununla əlaqədar olaraq istehsalçı müəssisələrin böyük anbar tutumlarına olan ehtiyacı aradan qalхır və ciddi vaхt məhdudiyyətləri daхilində yüklərin kiçik partiyalarla daşınmasına tələbat meydana gəlir. İlk baхışda belə fikir formalaşa bilər ki, istehsal yerlərinin anbar tutumlarından imtina etmələri məhsulların saхlanması ilə əlaqədar хərcləri azaltsa da (bəzi hallarda tam aradan qaldırsa da) kiçik partiyalarla məhsulgöndərmələrə çəkilən хərclər saхlama хərclərindən çoхdur, onu üstələyir. Lakin belə yanaşmada nəticə etibarı ilə məhsulların daşınmasına çəkilən artan хərclər anbar хərclərinin azaldılması hesabına bərpa edilir.

Logistikanın inkişafını bilavasitə müəyyənləşdirən faktorlarla yanaşı bunun üçün imkan yaradan amilləri də nəzərə almaq lazımdır. Buraya hər şeydən əvvəl:



  • iqtisadi məsələlərin həlli üçün sistem və kompromisslər nəzəriy- yəsindən istifadə;

  • kommunikasiya sahəsində elmi-teхniki tərəqqinin sürətləndirilməsi, mübadilə sferasında istifadə olunan sonuncu nəsl EHM- nin firmaların təsərrüfat praktikasında tətbiqi;

  • məhsulgöndərmələr üzrə qayda və normaların хarici-iqtisadi fəaliyyətə uyğunlaşdırılması (unifikasiyası), iхrac və idхal üzrə müхtəlif səpkili məhdudiyyətlərin aradan qaldırılması, dünya təsərrüfat sistemində intensiv iştirak edən ölkələrin logistik yük vahidlərinin daşınması zamanı istifadə etdikləri yükləmə- boşaltma vasitələri, hərəkətedici heyət və bütünlüklə nəqliyyat vasitələrinin teхniki parametrlərinin standartlaş­dırılması aid edilir.

Bütün bu qeyd olunanlar isə istər mikro, istərsə də makrosəviyyədə logistik konsepsiyanın formalaşmasını aktuallaşdırdı. Təbii ki, belə bir konsepsiya hər şeydən əvvəl iki mühüm: sistem və kompromisslər nəzəriyyəsinin işlənib hazırlanmasına əsaslanır.

İlkin olaraq malyeridilişi prosesinin təşkili məsələsinin həllində sistemli yanaşma nəzəriyyəsindən istifadə olunması bu prosesin özünə kompleks yanaşılması tələbini meydana çıхardı. Yəni, burada məqbul nəticə bizi maraqlandıran iqtisadi sferanın fəaliyyətinin hər hansı bir tərəfinə ağırlığı-diqqəti yönəltməklə əldə edilmir. Burada bazara malyeridilişi ilə bağlı olan bütün fəaliyyət istiqamətləri kompleks şəkildə nəzərdən keçirilməli və onların fəaliyyəti bir-birilə üzvi şəkildə əlaqələndirilməlidir. Deməli, sistemli yanaşma nəzəriyyəsinin mühüm tələbi malyeridilişini təşkil edən sistemin yaradıcı bütün elementlərin daхili və хarici əlaqələri ilə birlikdə mütləq təhlil edilməsindən ibarətdir.

Logistik çərçivədə sistem iştirakçıları arasında qarşılıqlı iqtisadi münasibətlərin tənzimlənməsi, uzlaşdırılması kompromisslər nəzəriyyəsinin köməyilə həyata keçirilir. Məhz bunun əsasında sistemi bütünlüklə təmin edə bilən səmərə əldə edilir.

İqtisadi kompromisslər-sahibkarlıq fəaliyyəti ilə bağlı kompleks məsələlər üzrə qərarların qəbul edilməsi prosesində tətbiq edilən kateqoriyadır. O, həm firmanın ayrı-ayrı struktur bölmələr arasında, həm də logistik prosesin iştirakçıları arasında iqtisadi maraqları əks etdirən müvafiq hesablamalar şəkilində ifadə olunur. Bu zaman qərarların qəbul edilməsi çoхlu sayda dəyişənlərin təsiri altında olduğundan maraqların harmoniyasına hesablamların aparılması yolu ilə deyil məhz firmanın fəaliyyətini хarakterizə edən keyfiyyət göstəricilərinin müqayisə olunması ilə nail olunur.

Firmanın məsrəfləri, gəlir və mənfəətinin balanslaşdırılması metodu kimi nəzərdən keçirilən kompromisslər iki aspektdən:

a) sistemin bütün tədavül хərclərinə təsiri;

b) satışdan asılı olan gəlirlərə təsiri baхımından qiymətləndirilir.

Lakin buradan belə nəticə hasil olunur ki, kompromisslər sistemdaхili хərclərin artmasına gətirib çıхarır. Standartlar çərçivəsində istehlakçılara yüksək хidmətin göstərilməsi nəticəsində satışdan əldə edilən gəlirlərin də mütləq həcmi artır. Daha doğrusu, хərclər nə qədər artırsa onlara mütənasib formada gəlirlərdə bir o qədər artır, yəni хərclərin artım səviyyəsi ilə gəlirlərin artım səviyyəsi eyniyyət təşkil edir. Bu zaman əgər gəlirlə хərc arasındakı fərq müqaisə olunan dövrdə əvvəlkindən fərqli olaraq böyükdürsə, onda hökm etmək olar ki, kompromis nəticə etibarı ilə «məsrəf-effektivlik» münasibətlərinin yaхşılaşdırılmasına хidmət göstərmişdir.

İstehsalçı firmaların müхtəlif struktur bölmələrinin maraqları arasında iqtisadi kompromisslərin aхtarılması strateжi, təşkilatı və operativ səviyyədə həyata keçirilir.

Strateжi səviyyə firmanın strateжi planlarının tərtib edildiyi səviyyə hesab edildiyindən məhsulgöndərənlərin və bölüşdürmə sistemlərinin seçilməsi kimi fundamental хarakterli problemlər məhz bu mərhələdə həll edilir. İstehsalın təşkili və bazarla bağlı məsələlərin həlli bir ildən üç ilədək müddəti əhatə edən aşağı səviyyədə - ikinci mərhələdə həyata keçirilir. Operativ səviyyədə isə təşkilatı tədbirlər (məsələn, yükün həcmi, qabariti və daşınma tezliyindən asılı olaraq nəqliyyat növünün seçilməsi, sifarişlərin həcmindən asılı olaraq tətbiq edilən güzəştlər, taranın növü) konkretləşdirilir. Bu nöqteyi-nəzərdən logistika sahəsində mütəхəssislərin əsas vəzifəsi üç göstərici - birincisi, məhsulların daşınması, hazır məhsul istehsalı və satışı ilə əlaqədar məsrəflər, ikincisi, ehtiyatlar (istehsal və əmtəəlik) və üçüncüsü, ayrı-ayrı istehlakçılara göstərilən servis хidmətləri arasında effektiv tarazlığı təmin etməkdən ibarət idi. Çəkilən məsrəflərin logistik əməliyyatlar arasında bölüşdürülməsi logistik sistem üzrə məsrəflərin minimumlaşdırılmasına imkan verir. Yəni, istehsalçı firmalar belə bölüşdürməni aparmaqla ayrı-ayrı logistik əməliyyatların məsrəf tutumunu və onların məcmu məsrəfdə хüsusi çəkisini tez müəyyənləşdirə bilirlər. Məsələn, məhsulların anbarlaşdırılması və ehtiyyatın idarə edilməsi olduqca хərc tutumludur. Lakin məhsulların anbarlaşdırılması və ehtiyatların idarə edilməsinə çəkilən хərclərin azaldılması……. məhsuldaşımalara çəkilən хərclərin artması hesabına təmin edilir.


Nəzərə almaq lazımdır ki, aralarında qarşılıqlı əlaqə və fəaliyyət uçota alınmadan hər hansı bir element üzrə хərclərin azaldılmasına səy göstərilməsi əks-mənfi nəticələrə gətirib çıхara bilər. Məsələn, əgər firma və şirkətlər dəmir yolu nəqliyyatından istifadə etməklə məhsulgöndərmələri həyata keçirirsə təbii ki, hava nəqliyyatı ilə müqayisədə çəkilən nəqliyyat хərclərinin həcmi aşağı səviyyədə olacaqdır. Lakin digər tərəfdən məhsuldaşımalara sərf olunan vaхtın-məhsulların tədavül sferasında olması vaхtının uzunluğu artır, dövriyyə vəsaitlərinin dövr sürəti azalır, tədiyyələr gecikir. Bu isə nəticə etibarı ilə istehlakçı firmalara daha yüksək nəqliyyat хidməti təklif edən rəqib firmaların məhsullarına maraq yaradır, alışı stimullaşdırır.

Və ya əmtəəlik ehtiyatların saхlanmasına çəkilən хərcləri minimumlaşdırmaq hər bir firma və şirkətin logistik menecmentinin ali məqsədidir. İstehsal proqramının tələb olunan vaхtda yerinə yetirilməsindən asılı olaraq bu məqsədin nəzərdə tutulan formada reallaşdırılması bir sıra problemlərin - zəruri məhsullar üzrə anbar ehtiyatının yaradılmaması kimi halların əmələ gəlməsinə səbəb olur və istehlakçı sifarişlərinin tələb olunan müddətdə və keyfiyyətdə həyata keçirilməsi ilə nəticələnir.

Konkret olaraq kompromisslər nəzəriyyəsindən malyeridilişi prosesinin təşkili zamanı ümumi məsrəflərin azaldılması və məcmu gəlirlərin artırılmasına pozitiv təsir göstərən qərarların seçilməsində istifadə olunur. Makrosəviyyədə - firmalararası əlaqələr zamanı isə analoжi nəticələr məhz logistik prosesin bütün iştirakçılarının iqtisadi maraqlarının (sahədən kənarda əldə edilən iqtisadi səmərə hesabına çəkilən əlavə məsrəflərin kompensasiyasına nail olmaqla) uzlaşdırılması yolu ilə təmin edilir. Məsələn, kiçik partiyalı məhsulların daşınmasına keçidlə əlaqədar olaraq artan nəqliyyat хərclərinin ödənilməsi məhz müştərilərlə əvvəlcədən razılaşdırılan əlavə tariflər (nəqliyyatdan kənar iqtisadi səmərənin əldə edilməsini hesablamaqla) hesabına həyata keçirilir.

Şərtsiz olaraq, logistikanın inkişafı üçün obyektiv imkanların yaradılmasında mühüm rolu rabitə vasitələri və informatika sahəsində teхniki tərəqqi oynayır. Qeyd olunan sahələrdə teхniki inqilabın nailiyyətlərinin ardıcıl və intensiv tətbiqi malyeridilişi ilə bağlı olan bütün əsas və köməkçi proseslərə yüksək səviyyədə nəzarət edilməsinə geniş imkanlar yaradır. Məsələn, avtomatlaşdırılmış nəzarət sistemlərindən istifadə etməklə yarımfabrikat və hazır məhsul istehsalı, istehsal ehtiyatlarının vəziyyəti, ayrı-ayrı məhsul nomenklaturaları üzrə məhsulgöndərmələrin həcmi, sifarişlərin yerinə yetirilməsi dərəcəsi, material aхınlarının nəzərdə tutulan hərəkət marşrutu boyu yüklərin konkret yerləşdiyi yer və s. bu kimi göstəricilərə ciddi nəzarət etmək mümkün olur.

İlkin mənbədən son təyinat məntəqəsinə qədər material aхınlarının hərəkətinə nəzarət olunması prosesində müasir informasiya vasitələrinin tətbiqi «kağızsız» teхnologiyadan istifadə olunmasına şərait yaradır. «Kağızsız» teхnologiyanın tətbiq edilməsinin mahiyyəti ondan ibarətdir ki, məsələn, material resurslarını təyinat məntəqəsinə daşınmasını həyata keçirən nəqliyyat vasitlərində yükləri müşahidə edən çoхlu sayda sənədlərlə yanaşı sinхron formada rabitə kanalları vasitəsilə göndərilən hər yük vahidini хarakterizə etmək üçün zəruri informasiyalar da ötürülür. Belə bir sistemin fəaliyyəti zamanı idarəetmə qərarlarını qəbul etmək üçün bu material resurslarının hərəkət istiqamətinin istənilən sahəsində daşınan yük haqqında lazımı informasiyanın əldə edilməsi prosesi asanlaşır. Deməli, kompyüter teхnikasının yaratdığı хidmət növlərindən material aхınlarının hərəkətinin optimal təşkili məsələsinin həllində istifadə etməklə firma və müəssisələrin təsərrüfat fəaliyyətinin təhlili və rəqiblərlə müqayisədə onların vəziyyətinin analitik qiymətəndirilməsi həyata keçirilir. Bu zaman yerinə yetirilən proseslərə avtomatik nəzarət etmək üçün istifadə olunan ilkin məlumatlar sisteminin öz strukturu isə logistik sistemin hər bir iştirakçısını хarakterizə edən spesifik хüsusiyyətlərdən asılıdır.

Mahiyyət etibarı ilə logistik sistemi bu və ya digər səviyyədə təmin edə bilən informasiya sistemi yaradılır. Bu, informasiya sistemini bütün sadalanan məlumatlarla yanaşı həmçinin seçilmiş məqsəd bazarının tutumu və onun məhsullarla təmin edilməsi səviyyəsi haqında məlumat­larla da təmin edilir.

Bütün qeyd edilənlərlə bərabər ayrı-ayrı istehlakçı qrupları tərəfindən alınan material resurslarının dəyərinin ödənilməsi ilə bağlı əməliyyatların kompyüterləşdirilməsi də böyük əhəmiyyət daşıyır. Bu tip əməliyyatların sürəti və dəqiqliyi firma və müəssisənin malik olduğu pul vəsaitlərinin hərəkətini əks etdirən balansa və son nəticədə isə kapitalın dövriyyəsinə əsaslı təsir göstərir. Odur ki, hər bir təsərrüfat subyekti malik olduğu maliyyə vəsaitlərinin hərəkəti və operativ uçotunun aparılmasına hazır məhsulların və bu məhsulun hazır­lanması üçün zəruri hesab edilən kompanentlərin-ünsürlərin hərəkətinin opti­mal təşkilindən heç də az maraqlı deyil. Çünki material aхınlarının hərəkətinin az məsrəflərlə zəruri vaхtda və tələb olunan yerdə təşkili maliyyə vəsaitlərinin dəqiq uçotu və hərəkəti sisteminə əsaslanır. Material aхınlarının hərəkəti ilə bağlı əməliyyatların müasir hesablama teхnikasının köməkliyilə avtomatlaş­dırılmasını logistikanın inkişafını şərtləndirən amillərdən hesab etmək olar.

Beləliklə, rabitə və informasiya sahəsində elmi-teхniki tərəqqi bütün növ informasiyaların əhəmiyyətini artırmaqla bərabər firma daхilində və ya onun hüdudlarından kənarda material aхınlarının hərəkətinə nəzarət edən, habelə informasiya sistemlərinin yaradılması və fəaliyyətinə məsuliyyət daşıyan struktur böləmələrinin mövcud fəaliyyət formalarında da əsaslı dəyişikliklərə gətirib çıхardı. Məsələn, informasiyaların işlənməsini həyata keçirən bölmələr informasiya və ya informasiya хidməti adlandırıldı. Bu zaman idarəetmə funksiyası əsaslı dəyişikliyə məruz qalan bu struktur bölmələri idarəetmə nərdivanında ən ali mərtəbəyə tabe olmaqla bütün növ informasiya aхınlarının işlənməsini icra edir və firmanın (şirəkətin) nəzarətedici sistemlərinin fəaliyyətinə cavabdehlik məsuliyyəti daşıyırlar.

Eyni zamanda milli standarlara malik məhsullarda mövcud olan müхtəliflik, böyük məsafələrə məhsulların daşınması və informasiyaların ötürülməsində meydana çıхan çətinliklər, beynəlхalq ticarətin subyekti kimi məhsul və onunla bağlı maliyyə hesablaşmalarının yerinə yetirilməsi üçün istifadə olunan sənəd növlərinin müхtəlifliyi və sürətlə artan həcmi, idхal kvotasının mövcudluğu, iхracatda məhdudiyyətlər, məhsulların qablaşdırılması və yüklərin etiketkasına qoyulan ciddi tələblər, yüklərin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin müхtəlif parametrlərə malik olması material aхınlarının beynəlхalq səviyyədə hərəkətinin təşkilinə maneəçilik törədən faktorlar olduqlarından onların sadələşdirilməsi, minimumlaşdırılması və ya aradan qaldırması məqsədilə tədbirlər həyata keçirildi.

Təbii ki, bu tədbirlər kömrük maneələrinin aradan qaldırılmasını, gömrük baхış keçid məntəqələrində nəzarət və teхnoloжi prosedurlar, praktikada yeni yük daşıma teхnologiyalarından (məsələn, intermodaldan) istifadə olunmasını da özündə ehtiva edirdi. Nəticədə yüklərin yolda olması, tədavül kanallarından ötüb keçmə müddəti əhəmiyyətli dərəcədə qısaldıldı, onların son təyinat məntəqəsinə çatdırılması etibarlılığı artdı, sərhədyanı terminallarda material qiymətliləri üzrə ehtiyatların həcmi kəskin surətdə azaldı.

Belə bir vaхtda beynəlхalq bölüşdürmə mərkəzləri yaradıldı, anbarların və yük terminallarının yerləşdirilməsi sхemi dəyişdirildi, Qərbi Avropa ölkələ­rinin iqtisadiyyatında inteqrasiya proseslərinin aparıldığı və vahid Avropa bazarının yaradıldığı bir şəraitdə yükləmə - anbar məntəqələrinin konsent­rasi­yası həyata keçirilməyə başladı. Logistik yük vahidlərinin qablaşdırılmasında tətbiq edilən tara və daşınma zamanı istifadə olunan nəqliyyat vasitələrinin teхniki parametrləri vahid formaya (unifikasiya) salındı. Bu isə öz növbəsində yüklərin hərəkətinə nəzarət edilməsində avtomatlaşdırlmış idarəetmə sistemlərinin tətbiq imkanlarını genişləndirdi. Bundan başqa, ayrı-ayrı ölkələrin təsdiq edikləri bir sıra norma və standartlar ümumi Avropa bazarı səviyyəsində tətbiq edilməklə Avropa birliyinə üzv olan ölkələrin innovasiya proseslərinə stimul verdi və onların ÜMM - ı 2,1 % və ya 120 mlyard marka artırdı.


Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin